"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 415
Dövlət Komitəsində Laçın rayonunun Alxaslı kəndinin sakinləri ilə görüş keçirilib
Görüşlər 09 Fevral, 2023

Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində Laçın rayonunun Alxaslı kənd icması nümayəndələri ilə görüş keçirilib.

 

İşğaldan azad edilmiş ərazilərdə, Prezident İlham Əliyevin tapşırığı əsasında, genişmiqyaslı bərpa-quruculuq işlərinin aparıldığı, məcburi köçkünlərin geri dönüşünə hazırlıq görüldüyü bildirilib. Bu məqsədlə icrasına başlanılmış Dövlət Proqramının Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının dirçəldilməsinə, həmin ərazilərdə əhalinin dayanıqlı məskunlaşmasına və məşğulluğunun təmin edilməsinə xidmət etdiyi diqqətə çatdırılıb.

 

Hər zaman dövlətin diqqət və qayğısı ilə əhatə olunduqlarını deyən Alxaslı kənd sakinləri Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıq bildiriblər. Onlar Laçın rayonunun, Zabux, Sus və digər kəndlərin, həmçinin Alxaslı kəndinin də tezliklə bərpa olunacağına əminliklərini ifadə edərək, hamılıqla doğma yurda qayıdıb, orada daimi yaşamaq istədiklərini bildiriblər. Diqqətə çatdırılıb ki, həm gənc, həm də yaşlı nəsil Alxaslının dirçəldilməsi üçün əlindən gələni etməyə hazırdır.

 

Dövlət Komitəsinin sədri Rövşən Rzayev görüş iştirakçılarını maraqlandıran məsələlərə aydınlıq gətirib, onların suallarını cavablandırıb.

15 Mart, 2023 / Görüşlər Talış kəndinə köçürüləcək ailələrlə görüş keçirilib
14 Mart, 2023 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
07 Mart, 2023 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
28 Fevral, 2023 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
24 Fevral, 2023 / Görüşlər Beynəlxalq Miqrasiya Təşkilatının nümayəndəsi Dövlət Komitəsində olub
22 Fevral, 2023 / Görüşlər Dövlət Komitəsində USAİD-in nümayəndəsi ilə görüş keçirilib
21 Fevral, 2023 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
20 Fevral, 2023 / Görüşlər Dövlət Komitəsinin sədri Zaqatalada vətəndaşları qəbul edib
14 Fevral, 2023 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
07 Fevral, 2023 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
02 Fevral, 2023 / Görüşlər Dövlət Komitəsində gənclərlə görüş keçirilib
01 Fevral, 2023 / Görüşlər Dövlət Komitəsində Zabux və Sus kəndlərinin sakinləri ilə görüş keçirilib
31 Yanvar, 2023 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
30 Yanvar, 2023 / Görüşlər Dövlət Komitəsinin sədri Yevlaxda vətəndaşları qəbul edib
27 Yanvar, 2023 / Görüşlər Dövlət Komitəsində Böyük Britaniyanın ölkəmizdə yeni təyin olunmuş səfiri ilə görüş olub
16 Yanvar, 2023 / Görüşlər Dövlət Komitəsində Henri Cekson cəmiyyətinin elmi işçisi, Kiyev-Mohyla Akademiyasının Milli Universitetinin professoru ilə görüş keçirilib
30 Dekabr, 2022 / Görüşlər Dövlət Komitəsində məcburi köçkün idmançılarla görüş olub
27 Dekabr, 2022 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
23 Dekabr, 2022 / Görüşlər Dövlət Komitəsində məcburi köçkün yeniyetmələrlə görüş keçirilib
20 Dekabr, 2022 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib