"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 334
Dayanıqlı və davamlı icma quruculuğu konsepsiya sənədinin təqdimat mərasimi və dəyirmi masa müzakirələri keçirilib
Tədbirlər 25 Yanvar, 2023

BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının maliyyə dəstəyi ilə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi ilə əməkdaşlıq əsasında “Regional İnkişaf” İctimai Birliyi tərəfindən icra olunan “Qarabağ və Şərqi Zəngəzurda müasir dayanıqlı cəmiyyət konsepsiyasının təşviqi” layihəsi çərçivəsində aidiyyəti dövlət qurumlarının, beynəlxalq təşkilatların və qeyri-hökumət təşkilatlarının nümayəndələrinin, millət vəkilləri və ekspertlərin iştirakı ilə dayanıqlı icmanın təşviqinə dair konsepsiya sənədinin təqdimat mərasimi və dəyirmi masa müzakirələri keçirilib.

 

Tədbirin açılışında çıxış edən “Regional İnkişaf“ İctimai Birliyinin layihə rəhbəri Əfqan Əliyev layihə çərçivəsində paytaxt və regionlarda məcburi köçkün icmalarının təlimləndirilməsi, ekspertlər tərəfindən fokus qrupları ilə aparılan sorğu və müsahibələrin nəticələri, eləcə də müxtəlif mənbələrdən əldə olunan məlumatlar əsasında dayanıqlı və davamlı icmanın təşviqinə dair konsepsiya sənədinin hazırlandığını, sənədin  Azərbaycan Respublikası Prezidentinin 16 noyabr 2022-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrasına töhfə verəcəyini bildirib.

 

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov çıxışında bildirib ki, məcburi köçkünlərin problemlərinin uzunmüddətli və dayanıqlı həlli onların doğma torpaqlarına beynəlxalq hüququn prinsiplərinə əsasən könüllü, təhlükəsiz və ləyaqətli qayıdışı ilə bağlı idi. Vətən müharibəsi nəticəsində qazanılmış tarixi Zəfər nəticəsində soydaşlarımızın Böyük Qayıdışına imkan yarandı. Məcburi köçkünlərin dayanıqlı məskunlaşmasının təmin edilməsində davamlı icmaların qurulması olduqca mühüm əhəmiyyət kəsb edir. Bu baxımdan belə bir konseptual sənədin hazırlanması zəruridir.

 

BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Quido Ambresso çıxışında bu sənədin daxili köçürmə üzrə rəhbər prinsiplərə əməl olunmaqla Qarabağda dayanıqlı və davamlı icmanın qurulmasının ən yaxşı həll yollarının tapılmasında faydalı olacağına ümid etdiyini və Ali Komissarlığın bu sahədə fəaliyyət göstərən qurumların  potensialının gücləndirilməsini dəstəkləməyə hər zaman hazır olduğunu qeyd edib.

 

Daha sonra ekspertlər Anar Vəliyev və Lalə Cumayeva tərəfindən hazırlanan “Qarabağ və Şərqi Zəngəzurda dayanıqlı icma quruculuğu konsepsiya sənədi”nin təqdimatı keçirilib, iştirakçıların sualları cavablandırılıb.

 

Tədbirin davamında Səhiyyə Nazirliyi, Elm və Təhsil Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiasi Nazirliyi, İqtisadiyyat Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Ombudsman Aparatı, Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Qarabağ Dirçəliş Fondu, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi, BMT-nin Əhali Fondu, BMT-nin Uşaq Fondu, BMT-nin Qadınlar üzrə Agentliyi, Ümumdünya Səhiyyə Təşkilatı, Avropa İttifaqı, Dünya Bankı, Aqrar Kredit və İnkişaf Agentliyinin mütəxəssislərinin iştirakı ilə dayanıqlı icmanın təşviqinə dair konsepsiya sənədinin müzakirəsi aparılıb. Səsləndirilən təkliflər əsasında konsepsiya sənədinin təkmilləşdirilərək aidiyyəti üzrə təqdim olunması qərara alınıb.

23 May, 2023 / Tədbirlər Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş ağacəkmə tədbirləri keçirilib
15 May, 2023 / Tədbirlər Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş turnir keçirilib
10 May, 2023 / Tədbirlər Dövlət Komitəsində ümummilli lider Heydər Əliyevə həsr olunmuş tədbir keçirilib
02 May, 2023 / Tədbirlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
26 Aprel, 2023 / Tədbirlər Dövlət Komitəsində kollegiya iclası keçirilib
14 Aprel, 2023 / Tədbirlər Dövlət Komitəsində Başlıbel faciəsinin 30-cu ildönümünə həsr olunmuş tədbir keçirilib
12 Aprel, 2023 / Tədbirlər Məcburi köçkünlərə hüquqi yardım göstərilib
11 Aprel, 2023 / Tədbirlər Dövlət Komitəsində ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş tədbir keçirilib
17 Mart, 2023 / Tədbirlər Məcburi köçkünlərin sosial sahibkarlıq brendləri təqdim olunub
16 Mart, 2023 / Tədbirlər Talış kəndinə 20 ailə köçürülüb
03 Mart, 2023 / Tədbirlər Ağalıda məskunlaşmış sakinlərin sayı 420-yə çatıb
28 Fevral, 2023 / Tədbirlər Daha 10 ailə doğma yurda köçürüldü
27 Fevral, 2023 / Tədbirlər Dünya Bankının məcburi köçkünlərlə bağlı layihəsi üzrə görülən işlərin təqdimatı keçirilib
16 Fevral, 2023 / Tədbirlər Mina təhlükəsinə dair növbəti təlim keçirilib
03 Fevral, 2023 / Tədbirlər Dövlət Komitəsində kollegiya iclası keçirilib
28 Yanvar, 2023 / Tədbirlər Mina təhlükəsinə dair növbəti təlim keçirilib
18 Yanvar, 2023 / Tədbirlər Dövlət Komitəsində qanvermə aksiyası keçirilib
28 Dekabr, 2022 / Tədbirlər Məcburi köçkünlərə hüquqi yardım göstərilib
16 Dekabr, 2022 / Tədbirlər “Mina təhlükəsi” mövzusunda maarifləndirici təlim keçirilib
08 Dekabr, 2022 / Tədbirlər Gender zorakılığına qarşı mübarizəyə həsr olunmuş tədbirlər keçirilib