"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 320
Dövlət Komitəsində məcburi köçkün idmançılarla görüş olub
Görüşlər 30 Dekabr, 2022

Dekabrın 30-da Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev “Qobu park 2” yaşayış kompleksində fəaliyyət göstərən “Xocalı” idman klubunun üzvləri ilə görüşüb.

 

Görüşdə idman klubunun qəsəbədə fəaliyyət göstərən bölməsinin baş məşqçisi Novruz Xudiyev və idmançılar iştirak edib.

 

Qeyd olunub ki, Prezident İlham Əliyev idmana və idmançılara diqqət və qayğını dövlət siyasətinin tərkib hissəsi kimi müəyyənləşdirib. Bunun nəticəsində ölkəmiz bədən tərbiyəsi və idmanın inkişafında mühüm nailiyyətlər əldə edir, idmançılarımız müxtəlif nüfuzlu yarışlarda yüksək nəticələr qazanırlar. Birinci vitse-prezident xanım Mehriban Əliyeva gənc nəslin fiziki və mənəvi  sağlamlığına, sosial müdafiəyə xüsusi ehtiyacı olan uşaq və yeniyetmələrin cəmiyyətə inteqrasiyasına, onların həyatda öz yerini tutmasına, layiqli vətəndaş kimi böyüməsinə böyük qayğı göstərir.

 

Vurğulanıb ki, məcburi köçkünlər arasında da idmanın kütləviliyinin artırılması istiqamətində də ardıcıl tədbirlər həyata keçirilir, onlar üçün salınmış qəsəbə və yaşayış komplekslərində idman bölmələri fəaliyyət göstərir.

 

Dövlət Komitəsinin sədri Rövşən Rzayev idmançıları təbrik edib, onlara uğurlar arzulayıb. 

 

Daha sonra Novruz Xudiyev idman klubunun bir illik fəaliyyəti, üzvlərin kikboksinq idman növü üzrə qazandığı qələbələr haqqında ətraflı məlumat verib, səmimi görüşə görə minnətdarlıq bildirib.

 

Sonda xatirə şəkli çəkdirilib.

23 May, 2023 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
18 May, 2023 / Görüşlər Diplomatlara Böyük Qayıdış prosesi haqqında məlumat verilib
17 May, 2023 / Görüşlər Dövlət Komitəsinin sədri Sumqayıtda vətəndaşları qəbul edib
16 May, 2023 / Görüşlər Yaponiyalı optometrist müharibə iştirakçılarını müayinə edib
16 May, 2023 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
15 May, 2023 / Görüşlər Dövlət Komitəsində tədqiqatçı Sebastien Bussua ilə görüş keçirilib
12 May, 2023 / Görüşlər Dövlət Komitəsinin sədri məcburi köçkünlərlə görüşüb
08 May, 2023 / Görüşlər Dövlət Komitəsində beynəlxalq və yerli professorlarla görüş keçirilib
25 Aprel, 2023 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
18 Aprel, 2023 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
11 Aprel, 2023 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
07 Aprel, 2023 / Görüşlər Dövlət Komitəsinin sədri Şamaxıda vətəndaşları qəbul edib
04 Aprel, 2023 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
31 Mart, 2023 / Görüşlər Dövlət Komitəsində BMT-nin Qaçqınlar üzrə Ali Komissarının Azərbaycandakı nümayəndəsi ilə görüş keçirilib
30 Mart, 2023 / Görüşlər Dövlət Komitəsində beynəlxalq təşkilatın nümayəndəsi ilə görüş keçirilib
29 Mart, 2023 / Görüşlər Dövlət Komitəsinin sədri Füzulidə vətəndaşları qəbul edib
28 Mart, 2023 / Görüşlər Dövlət Komitəsində fransalı jurnalistlə görüş olub
28 Mart, 2023 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
15 Mart, 2023 / Görüşlər Talış kəndinə köçürüləcək ailələrlə görüş keçirilib
14 Mart, 2023 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib