"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 351
Komitə əməkdaşları üçün maarifləndirici təlim keçirilib
Tədbirlər 02 Dekabr, 2022

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin struktur bölmələrinin rəhbərləri üçün “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanunu və “Dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsi qaydası”na dair maarifləndirici təlim keçirilib. Təlimin keçirilməsində məqsəd mövcud qaydanın tətbiqi məsələləri barədə məlumatlılığın artırılması olub.

 

Təlim zamanı, dövlət qulluqçusunun cari fəaliyyətinə nəzarətin həyata keçirilməsi, onun potensial imkanlarının aşkara çıxarılması və həmin imkanlardan səmərəli istifadə edilməsi, dövlət qulluqçusunun peşə səriştəliliyinin artırılmasının stimullaşdırılması və onun əlavə təhsilə ehtiyacının, habelə tutduğu vəzifəyə uyğun gəlib-gəlmədiyinin müəyyənləşdirilməsi məqsədilə xidməti fəaliyyətinin qiymətləndirilməsinin zəruriliyi bildirilib.

 

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 23 noyabr tarixli 739 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019−2025-ci illər üçün Strategiya”da göstərilən tədbirlərin icrası ilə əlaqədar dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsini həyata keçirən əməkdaşların fəaliyyət istiqamətləri təlimin əsas müzakirə mövzusu olub.

 

Təlimdə bildirilib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə  Azərbaycanda səmərəli dövlət idarəçiliyi sistemi qurulub, dövlət qulluğu sahəsində kadr potensialı təkmilləşdirilib. Dövlət qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi, layiqli həyat səviyyəsinin təmin edilməsi üçün zəruri tədbirlər görülür.

 

Maarifləndirici tədbir sual-cavab və müzakirələrlə  yekunlaşıb.

 

Qeyd edək ki, xidməti fəaliyyətin qiymətləndirilməsi hər il yanvar 1-dən dekabrın 31-dək olan dövrü əhatə edir. Həmin dövrdə verilən tapşırıqların icra səviyyəsi, əmək intizamı və digər meyarlar nəzərə alınmaqla qiymətləndirmə aparılır, dövlət qulluqçuları barəsində müvafiq tədbirlər görülür.

17 Mart, 2023 / Tədbirlər Məcburi köçkünlərin sosial sahibkarlıq brendləri təqdim olunub
16 Mart, 2023 / Tədbirlər Talış kəndinə 20 ailə köçürülüb
03 Mart, 2023 / Tədbirlər Ağalıda məskunlaşmış sakinlərin sayı 420-yə çatıb
28 Fevral, 2023 / Tədbirlər Daha 10 ailə doğma yurda köçürüldü
27 Fevral, 2023 / Tədbirlər Dünya Bankının məcburi köçkünlərlə bağlı layihəsi üzrə görülən işlərin təqdimatı keçirilib
16 Fevral, 2023 / Tədbirlər Mina təhlükəsinə dair növbəti təlim keçirilib
03 Fevral, 2023 / Tədbirlər Dövlət Komitəsində kollegiya iclası keçirilib
28 Yanvar, 2023 / Tədbirlər Mina təhlükəsinə dair növbəti təlim keçirilib
25 Yanvar, 2023 / Tədbirlər Dayanıqlı və davamlı icma quruculuğu konsepsiya sənədinin təqdimat mərasimi və dəyirmi masa müzakirələri keçirilib
18 Yanvar, 2023 / Tədbirlər Dövlət Komitəsində qanvermə aksiyası keçirilib
28 Dekabr, 2022 / Tədbirlər Məcburi köçkünlərə hüquqi yardım göstərilib
16 Dekabr, 2022 / Tədbirlər “Mina təhlükəsi” mövzusunda maarifləndirici təlim keçirilib
08 Dekabr, 2022 / Tədbirlər Gender zorakılığına qarşı mübarizəyə həsr olunmuş tədbirlər keçirilib
18 Noyabr, 2022 / Tədbirlər Koreya səfirliyi qaçqınlara və məcburi köçkünlərə dəstək tədbirləri həyata keçirir
07 Noyabr, 2022 / Tədbirlər “Zəfər arzuları” adlı sosial aksiya təşkil edilib
05 Noyabr, 2022 / Tədbirlər YAP-ın təsis edilməsinin 30 illiyi qeyd olunub
25 Oktyabr, 2022 / Tədbirlər Məcburi köçkünlərə hüquqi yardım göstərilib
21 Oktyabr, 2022 / Tədbirlər Dövlət Komitəsində kollegiya iclası keçirilib
14 Oktyabr, 2022 / Tədbirlər Dövlət Komitəsi yanında İctimai Şuranın iclası keçirilib
13 Oktyabr, 2022 / Tədbirlər Məcburi köçkün qəsəbələrində Beynəlxalq Qız Övladları Günü qeyd edilib