"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 535
Dövlət Komitəsində ispandilli jurnalistlərlə görüş olub
Görüşlər 29 Noyabr, 2022

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində Diasporla İş üzrə Dövlət Komitəsinin dəvəti ilə ölkəmizə səfərə gəlmiş ispandilli əcnəbi jurnalistlər - “Gurevich Communications” İsrail şirkətinin rəhbəri Roman Qureviç, “SIC”, “La Vanguardia” və “Mediaset Espana”  media qurumlarının Orta Şərq  üzrə müxbiri, tanınmış jurnalist, Nobel mükafatına namizəd olmuş Xose Enrike Simerman Benarroç, “El Taquiqrafo” qəzetinin müxbiri Felipe Eduardo Larak Lopez, “La Vanguardia”, “Haaretz” media qurumlarının  və “The Jerusalem Post Magazine” və “The Berlin Quarterly” jurnallarının müxbiri Paul Manuel Sançez Kifllin, İspaniyada yayımlanan “La Vanguardia” (Barselona) və “La Razon” (Madrid) qəzetlərinin müxbiri Ofer Lastsevikki, İspaniya, Portuqaliya, Fransa, Argentina və digər ölkələrin media qurumları ilə əməkdaşlıq edən yəhudi kinematoqraf Yair Simermanlə görüş olub.

 

Dövlət Komitəsinin sədri Rövşən Rzayev qonaqlara ölkəmizdə qaçqınlıq və məcburi köçkünlük probleminin yaranmasının tarixi səbəbləri, Ermənistanın deportasiya və işğalçılıq siyasətinin ağır nəticələri, onların aradan qaldırılması üçün həyata keçirilən tədbirlər, həmçinin bu sahədə beynəlxalq təşkilatların humanitar fəaliyyəti barədə ətraflı məlumat verib.

 

Qaçqınların və məcburi köçkünlərin dövlət qayğısı ilə əhatə olunduğu, bu kateqoriyadan olan şəxslərin yaşayış şəraitinin yaxşılaşdırılmasına, sosial müdafiəsinin səmərəli təşkilinə Prezident İlham Əliyevin xüsusi diqqət yetirdiyi, Birinci vitse-prezident Mehriban Əliyevanın onların problemlərinin həllinə daim həssaslıq və təsirli dəstək göstərdiyi qeyd edilib. 

 

Ermənistanın işğalına iki il əvvəl son qoyulduğu, ölkəmizin ərazi bütövlüyünün bərpa olunduğu, otuz ilə yaxın davam edən məcburi köçkünlükdən sonra yüz minlərlə azərbaycanlının doğma yurd yerlərinə qayıdışına imkan yarandığı, lakin həmin yerlərdəki yaşayış məntəqələrinin - şəhər və kəndlərin ermənilər tərəfindən tamamilə dağıldığı, xalqımızın maddi-mənəvi sərvətlərinin məhv və talan edildiyi vurğulanıb. Bildirilib ki, Azərbaycan dövləti məcburi köçkünlərin könüllülük prinsipi əsasında, təhlükəsiz şəraitdə və ləyaqətlə geri dönüşünü təmin etmək üçün bütün zəruri tədbirləri görür.  Ermənistanın hələ də davam edən mina terorunun bu prosesə ciddi əngəl törətdiyi diqqətə çatdırılıb.

 

İspandilli media mənsubları Böyük Qayıdışa hazırlıq istiqamətində görülən genişmiqyaslı tədbirlər, o cümlədən komitənin Laçın şəhərində, Zabux və Sus kəndlərində həyata keçirməyə başladığı bərpa işləri, həmçinin Zəngilan rayonunun “ağıllı kənd” konsepsiyası əsasında yenidən salınmış Ağalı kəndində əhalinin məskunlaşdırılmasının ilkin nəticələri haqqında da məlumatlandırılıblar.

 

Roman Qureviç və Xose Enrike Simerman Benarroç səmimi qəbula görə həmkarları adından komitə rəhbərliyinə təşəkkür edib, səfərin məqsədi barədə məlumat veriblər.

 

Görüşdə ispandilli jurnalistlərin çoxsaylı sualları cavablandırılıb, onları maraqlandıran məsələlərə aydınlıq gətirilib. 

 

 

 

22 Aprel, 2024 / Görüşlər Dövlət Komitəsinin sədri Tərtərdə vətəndaşları qəbul edib
16 Aprel, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
09 Aprel, 2024 / Görüşlər Dövlət Komitəsində BMT QAK-ın nümayəndələri ilə görüş keçirilib
09 Aprel, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
02 Aprel, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
19 Mart, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
18 Mart, 2024 / Görüşlər Dövlət Komitəsinin sədri Siyəzəndə vətəndaşları qəbul edib
15 Mart, 2024 / Görüşlər Dövlət Komitəsində BMqT nümayəndələri ilə görüş keçirildi
13 Mart, 2024 / Görüşlər Dövlət Komitəsinin dəstəyi ilə həyata keçirilən layihənin təqdimatı keçirilib
12 Mart, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
05 Mart, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
04 Mart, 2024 / Görüşlər İctimai Şura üzvlərinin Böyük Qayıdış prosesində aktivliyi artırılacaq
01 Mart, 2024 / Görüşlər Dövlət Komitəsində almaniyalı deputatlarla görüş keçirilib
27 Fevral, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
21 Fevral, 2024 / Görüşlər Dövlət Komitəsinin sədri Ağdaşda vətəndaşları qəbul edib
20 Fevral, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
14 Fevral, 2024 / Görüşlər Dünya Bankı nümayəndələri ilə görüş keçirilib
13 Fevral, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
08 Fevral, 2024 / Görüşlər Dövlət Komitəsinin sədri bir qrup mərakeşli jurnalistlə görüşüb
30 Yanvar, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib