"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 1689
Beynəlxalq humanitar yardım üzrə respublika komissiyasının sədri beynəlxalq və yerli humanitar təşkilatların rəhbərləri ilə görüşmüşdür
Mətbuat xidmətinin məlumatı 13 Dekabr, 2008
Baş nazirin müavini, Dövlətqaçqınkomun və Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının sədri cənab Əli Həsənov Azərbaycanda fəaliyyət göstərən aparıcı beynəlxalq humanitar təşkilatların rəhbərləri ilə görüşmüşdür. Cənab Əli Həsənov bildirmişdir ki, son 15 ildə beynəlxalq humanitar təşkilatlar Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində zərər çəkmiş qaçqınlara və məcburi köçkünlərə humanitar yardım göstərilməsi sahəsində ölkəmizdə böyük iş görmüşlər. Bu yardım olmasaydı, ölkəmiz humanitar fəlakətlə üzləşərdi. Cənab Ə.Həsənov vurğulamışdır ki, 2002-ci ildə humanitar yardım formatında ölkəmizdə yeni bir proses – qeyri-bank kredit təşkilatları yaradılması prosesi başlanmışdır. Azərbaycan hökuməti bu prosesi dəstəkləmiş və həmin təşkilatların işi üçün ən yaxşı şərait yaratmışdır. Bu təşkilatların bütün vergi və rüsumlardan azad edilməsi barədə sənədlər qəbul olunmuşdur. Təşkilatlara verilən sertifikatlarda göstərilir ki, onların kommersiya fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdur. Lakin bəzi beynəlxalq qeyri-bank kredit təşkilatları son illərdə öz statusunu dəyişmiş və kommersiya fəaliyyəti ilə məşğul olmağa başlamışdır. Halbuki, onlar öz fəaliyyətlərində hər hansı dəyişiklikləri Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyası və müvafiq nazirliklərlə razılaşdırmağa borcludur. Bu təşkilatlara vəziyyəti normallaşdırmaq üçün ən qısa müddətdə tədbirlər görmək təklif olunmuşdur. Sonra yerli və xarici qeyri-bank kredit təşkilatlarının nümayəndələri müzakirə edilən məsələyə münasibət bildirmişlər. Görüşdə ədliyyə nazirinin müavini Toğrul Musayev, vergilər nazirinin müavini Natiq Əmirov, bir sıra nazirliklərin idarə rəisləri və məsul əməkdaşları iştirak etmişlər.
23 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuliyə köçənlərə ödənişsiz danışıq üçün sim-kartlar hədiyyə edilib
23 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
22 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
22 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
18 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Aygün Bayramova: “Qarabağı cənnətə çevirəcəyik”
09 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Mənsum İbrahimov: "Qarabağda əbədi yaşayacayıq"
01 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Şamil Süleymanlı: "Böyük Qayıdış başlayıb, evlərimizə qayıdırıq
30 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Laçın rayonuna çatıb
30 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Laçın rayonuna növbəti köç karvanı yola salınıb
29 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
29 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
27 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
27 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
18 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Nəzakət Teymurova: O torpaqda yenidən yeni həyat qurmaq lazımdır
18 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
18 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
15 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
15 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
13 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Əlaqələndirmə Qərargahının növbəti iclası keçirilib
12 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Tahir İmanov: İstənilən şəhəri, istənilən kəndi gözəlləşdirən onun doğma sakinləridir