"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 448
Gənc diplomatlara Böyük Qayıdış haqqında məlumat verilib
Mətbuat xidmətinin məlumatı 21 Oktyabr, 2022

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini Fuad Hüseynov Xarici İşlər Nazirliyində çalışan 40-a yaxın diplomata “Azərbaycanda məcburi köçkünlər probleminin həlli - uzunmüddətli köçkünlük və həsrətlə gözlənilən Qayıdış” mövzusunda mühazirə deyib.

 

“Gənc Diplomatlar üçün Xarici Siyasət Proqramı” çərçivəsində keçirilmiş görüş  ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutu və Xarici İşlər Nazirliyinin birgə təşəbbüsü ilə keçirilib.  

 

Dövlət Komitəsinin sədr müavini diplomatlara Ermənistanın işğalçılıq və deportasiya siyasətinin tarixi kökləri, qaçqın və məcburi köçkün problemi və onun həlli istiqamətində həyata keçirilən dövlət siyasəti haqqında ətraflı məlumat verib. Bildirilib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan ordusu ərazilərimizi işğaldan azad edib, biz artıq bu qələbənin ikinci ildönümünü qeyd edirik. Qazandığımız bu qələbədən sonra 30 ilə yaxın yurd həsrəti çəkən həmvətənlərimizin beynəlxalq hüququn prinsiplərinə uyğun olaraq könüllü, təhlükəsiz və ləyaqətlə doğma rayonlarına, şəhərlərinə qayıtmasına şərait yaranıb.

 

Diqqətə çatdırılıb ki, məcburi köçkün həyatı yaşadıqları dövrdə onlar daim dövlətimizin diqqət və qayğısı ilə əhatə olunublar. Prezident İlham Əliyevin sosial siyasət xəttinin prioritetləri arasında qaçqınların və məcburi köçkünlərin problemlərinin həllinin mühüm yer tutduğu, bu kateqoriyadan olan şəxslərin hüquq və mənafelərinin qorunmasına Birinci vitse-prezident xanım Mehriban Əliyevanın xüsusi diqqət yetirdiyi qeyd olunub. Hazırda isə işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirilir. Yol-nəqliyyat infrastrukturu, rabitə, kommunal xətləri bərpa olunur və yenidən qurulur.  Zəngilan rayonu həm də qayıdışın ilk qədəmləridir, rayonun “ağıllı kənd” konsepsiyası əsasında inşa olunmuş Ağalı kəndinə 66 ailə 326 nəfər köçürülüb. Digər şəhər və rayonların da Baş planı təsdiq olunub, tikinti-quruculuq işləri aparılır.

 

Eyni zamanda diqqətə çatdırılıb ki, Ermənistanın işğal altında saxlanılan Azərbaycan ərazilərini, eləcə də hərbi təyinatı olmayan torpaqları da mina ilə çirkləndirib. Ərazilərin minalardan təmizlənməsi prosesi məcburi köçkünlərin Böyük Qayıdışını ləngidir, həmin ərazilərə səfər edən şəxslərin həyatı üçün təhlükə yaradır. İndiyədək Ermənistan minalanmış xəritələri tam olaraq təhvil verməkdən imtina etməklə, fundamental insan haqlarını, xüsusilə insanların yaşamaq hüququnu kobud şəkildə pozur.

 

Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin bərpası və yenidən qurulması, həmçinin Böyük Qayıdışın tam olaraq icra edilməsi dövlətimizin qarşısında duran mühüm vəzifədir. Beləliklə, məcburi köçkünlərin öz doğma yurdlarına ləyaqətli, könüllü və təhlükəsiz şəkildə beynəlxalq hüquqda təsbit olunmuş qayıtmaq hüququ təmin ediləcək.

 

Sonda təlim iştirakçılarının çoxsaylı sualları cavablandırılıb.

16 Mart, 2023 / Mətbuat xidmətinin məlumatı Əlaqələndirmə Qərargahının növbəti iclası keçirilib
09 Mart, 2023 / Mətbuat xidmətinin məlumatı Doğma yurda qayıdış uşaqların arzularında...
26 Yanvar, 2023 / Mətbuat xidmətinin məlumatı Beynəlxalq Miqrasiya Təşkilatı ilə birgə əməkdaşlıq məsələləri müzakirə olunub
19 Yanvar, 2023 / Mətbuat xidmətinin məlumatı Laçın sakinləri doğma yurda qayıtmağa hazırdır
09 Dekabr, 2022 / Mətbuat xidmətinin məlumatı Dövlət Komitəsinin sədr müavini Müdafiə sahəsində təhdidlər üzrə Dialoqun 13-cü iclasında iştirak edib
06 Dekabr, 2022 / Mətbuat xidmətinin məlumatı Zəngilanlı müəllim: “Şagirdlərimizlə birgə təhsilimizi Zəngilanda davam etdirəcəyik”
05 Dekabr, 2022 / Mətbuat xidmətinin məlumatı Dövlət Komitəsinin sədr müavini “Stratcom 22” sammitində Böyük Qayıdış haqqında çıxış edib
04 Noyabr, 2022 / Mətbuat xidmətinin məlumatı Zəfər Günü ərəfəsində veteranların görüşü
18 Oktyabr, 2022 / Mətbuat xidmətinin məlumatı Ağdam sakini: Kəndimizin təməlqoyma mərasimini böyük sevinc və qürur hissi ilə izlədik
12 Oktyabr, 2022 / Mətbuat xidmətinin məlumatı Mətbuat xidmətinin məlumatı
11 Oktyabr, 2022 / Mətbuat xidmətinin məlumatı Dövlət Komitəsinin sədr müavini BMT QAK-ın iclasında Böyük Qayıdış prosesi haqqında məlumat verib
10 Oktyabr, 2022 / Mətbuat xidmətinin məlumatı Xıdırlı kənd sakini: Gələcəyə ümidimiz çox böyükdür
22 Sentyabr, 2022 / Mətbuat xidmətinin məlumatı Məcburi köçkün şagirdlərə məktəbli geyimləri verilib
13 Sentyabr, 2022 / Mətbuat xidmətinin məlumatı Dövlət Komitəsinin sədri vətəndaşları qəbul edib
06 Sentyabr, 2022 / Mətbuat xidmətinin məlumatı Yaponiyanın “Fuji Optical Co. Ltd” şirkətinin rəhbəri Doktor Akio Kanainin Tərtər rayonunda səfərdə olub
05 Sentyabr, 2022 / Mətbuat xidmətinin məlumatı Zabux kəndinin sakini doğma yurda qayıtmağa hazırlaşır
02 Sentyabr, 2022 / Mətbuat xidmətinin məlumatı Dövlət Komitəsinin gənc əməkdaşları üçün təlim təşkil edilib
25 Avqust, 2022 / Mətbuat xidmətinin məlumatı Həsrətində olduğumuz Laçında əbədi yaşamaq borcumuzdur
24 Avqust, 2022 / Mətbuat xidmətinin məlumatı Zəngilan rayonunun Ağalı kəndində “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdış: pozulmuş hüquqlar və onların bərpası” mövzusunda konfrans keçirilib
24 Avqust, 2022 / Mətbuat xidmətinin məlumatı Dövlət Komitəsinin əməkdaşlarına medal təqdim olunub