"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 3032
Mətbuat xidmətinin məlumatı
Mətbuat xidmətinin məlumatı 12 Oktyabr, 2022

Bəzi internet media resursları və sosial şəbəkə istifadəçiləri oktyabrın 11-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin inzibati binasının qarşısında məcburi köçkünlərin etiraz bildirdikləri barədə məlumat yayıblar. 

 

Dövlət Komitəsinin Mətbuat xidməti həmin şəxslərin müraciətləri ilə əlaqədar aparılan araşdırmanın nəticələrini ictimaiyyətin diqqətinə çatdırır. Belə ki, “etirazçı”lardan biri -  Şuşa şəhərindən məcburi köçkün Sədirzadə Gülşən Səid qızı 2021-ci ildə Bakı şəhəri Sabunçu rayonunun Pirşağı qəsəbəsində yerləşən “Qızılqum sanatoriyası”ndan məcburi köçkün ailələrinin köçürülməsi zamanı Sabunçu rayonunun Ramana qəsəbəsində yeni istifadəyə verilmiş yaşayış kompleksində ikiotaqlı mənzillə təmin edilib. Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin yaşayış kompleksinə xidmət edən mənzil kommunal-istismar sahəsinin (MKİS) əməkdaşlarının müntəzəm apardıqları müşahidə və baxış-yoxlama tədbirləri zamanı G.Sədirzadənin mənzildə yaşamadığı müəyyən edilib. Yaşayış sahəsinin təqdim edildiyi 2021-ci ilin may ayından bu günədək qeyd edilən mənzilin sayğac göstəriciləri (elektrik, qaz və su üzrə) sıfır olub. O özü də ötən gün Dövlət Komitəsində qəbulda olarkən mənzildə yaşamadığını etiraf edib.

 

Mövcud qanunvericiliyə əsasən, xüsusi təyinatlı yaşayış sahəsinin kirayəçisi və ailə üzvləri yaşayış sahəsində fasiləsiz olaraq 3 aydan artıq müddətdə üzrlü səbəb olmadan yaşamadıqda kirayə müqaviləsinə Dövlət Komitəsi tərəfindən xitam verilir. Bu səbəbdən, əvvəlcədən xəbərdarlıq edilməklə, G.Sədrizadə ilə imzalanmış müqaviləyə xitam verilib və ona məxsus mənzil məcburi köçkün şəhid ailəsinə təqdim edilib.

 

Digər “etirazçı” - Ağdam rayonundan məcburi köçkün Hacıyeva Şəbnəm Telman qızının tək ana olması və müvəqqəti məskunlaşma yerində pis şəraitdə yaşaması, özünün ağır xəstə olması nəzərə alınaraq Dövlət Komitəsi tərəfindən ona Bakı şəhərinin Qaradağ rayonundakı Müşfiqabad qəsəbəsində məcburi köçkünlər üçün salınmış yaşayış kompleksində birotaqlı mənzil təqdim olunub. Həmin mənzil 2017-ci ildə Füzuli rayonundan məcburi köçkün Əmirov Elgün Məzahir oğluna müvəqqəti məskunlaşma üçün verilib. Lakin o, həmin mənzildə yaşamayıb və onu qeyri-qanuni şəkildə başqa şəxslərə kirayəyə verib. Bu səbəbdən Dövlət Komitəsi ilə Elgün Əmirov arasında bağlanmış kirayə müqaviləsinə qanunvericiliyə uyğun olaraq xitam verilib. Mənzil boşaldıb Ş.Hacıyevaya təqdim edərkən isə əvvəlki məcburi köçkünün qohumları buna mane olmağa cəhd göstəriblər. Buna baxmayaraq, hazırda mənzil qanuni olaraq Ş.Hacıyevaya verilib, Dövlət Komitəsi tərəfindən onun mənzildə yerləşdirilməsi təmin ediləcəkdir.

 

Bir daha xatırladırıq ki, məcburi köçkünlərin onlara verilən mənzillərdən mövcud qaydalara uyğun istifadə etməsinə nəzarət Dövlət Komitəsinin müvafiq strukturları tərəfindən həyata keçirilir, müntəzəm monitorinqlər, baxış-yoxlama tədbirləri təşkil olunur. Mövcud qanunvericiliyin pozulması halları aşkar edildikdə, məcburi köçkünə əvvəlcədən xəbərdarlıq olunmaqla, bağlanmış müqaviləyə xitam verilir.

16 Mart, 2023 / Mətbuat xidmətinin məlumatı Əlaqələndirmə Qərargahının növbəti iclası keçirilib
09 Mart, 2023 / Mətbuat xidmətinin məlumatı Doğma yurda qayıdış uşaqların arzularında...
26 Yanvar, 2023 / Mətbuat xidmətinin məlumatı Beynəlxalq Miqrasiya Təşkilatı ilə birgə əməkdaşlıq məsələləri müzakirə olunub
19 Yanvar, 2023 / Mətbuat xidmətinin məlumatı Laçın sakinləri doğma yurda qayıtmağa hazırdır
09 Dekabr, 2022 / Mətbuat xidmətinin məlumatı Dövlət Komitəsinin sədr müavini Müdafiə sahəsində təhdidlər üzrə Dialoqun 13-cü iclasında iştirak edib
06 Dekabr, 2022 / Mətbuat xidmətinin məlumatı Zəngilanlı müəllim: “Şagirdlərimizlə birgə təhsilimizi Zəngilanda davam etdirəcəyik”
05 Dekabr, 2022 / Mətbuat xidmətinin məlumatı Dövlət Komitəsinin sədr müavini “Stratcom 22” sammitində Böyük Qayıdış haqqında çıxış edib
04 Noyabr, 2022 / Mətbuat xidmətinin məlumatı Zəfər Günü ərəfəsində veteranların görüşü
21 Oktyabr, 2022 / Mətbuat xidmətinin məlumatı Gənc diplomatlara Böyük Qayıdış haqqında məlumat verilib
18 Oktyabr, 2022 / Mətbuat xidmətinin məlumatı Ağdam sakini: Kəndimizin təməlqoyma mərasimini böyük sevinc və qürur hissi ilə izlədik
11 Oktyabr, 2022 / Mətbuat xidmətinin məlumatı Dövlət Komitəsinin sədr müavini BMT QAK-ın iclasında Böyük Qayıdış prosesi haqqında məlumat verib
10 Oktyabr, 2022 / Mətbuat xidmətinin məlumatı Xıdırlı kənd sakini: Gələcəyə ümidimiz çox böyükdür
22 Sentyabr, 2022 / Mətbuat xidmətinin məlumatı Məcburi köçkün şagirdlərə məktəbli geyimləri verilib
13 Sentyabr, 2022 / Mətbuat xidmətinin məlumatı Dövlət Komitəsinin sədri vətəndaşları qəbul edib
06 Sentyabr, 2022 / Mətbuat xidmətinin məlumatı Yaponiyanın “Fuji Optical Co. Ltd” şirkətinin rəhbəri Doktor Akio Kanainin Tərtər rayonunda səfərdə olub
05 Sentyabr, 2022 / Mətbuat xidmətinin məlumatı Zabux kəndinin sakini doğma yurda qayıtmağa hazırlaşır
02 Sentyabr, 2022 / Mətbuat xidmətinin məlumatı Dövlət Komitəsinin gənc əməkdaşları üçün təlim təşkil edilib
25 Avqust, 2022 / Mətbuat xidmətinin məlumatı Həsrətində olduğumuz Laçında əbədi yaşamaq borcumuzdur
24 Avqust, 2022 / Mətbuat xidmətinin məlumatı Zəngilan rayonunun Ağalı kəndində “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdış: pozulmuş hüquqlar və onların bərpası” mövzusunda konfrans keçirilib
24 Avqust, 2022 / Mətbuat xidmətinin məlumatı Dövlət Komitəsinin əməkdaşlarına medal təqdim olunub