"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 713
Dövlət Komitəsinin sədr müavini BMT QAK-ın iclasında Böyük Qayıdış prosesi haqqında məlumat verib
Mətbuat xidmətinin məlumatı 11 Oktyabr, 2022

Oktyabrın 11-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının İcraiyyə Komitəsinin 73-cü sessiyasında iştirak edib.

 

Sessiyada Azərbaycan hökuməti adından çıxış edən Fuad Hüseynov bildirib ki, Azərbaycanın əhalisinin 10 faizini məcburi köçkünlər təşkil edir və ölkəmiz məcburi köçkün problemi ilə mübarizədə çox böyük təcrübə və bilik qazanıb. Prezident İlham Əliyevin sosial siyasət xəttinin prioritetləri arasında qaçqınların və məcburi köçkünlərin problemlərinin həllinin mühüm yer tutduğu, bu kateqoriyadan olan şəxslərin hüquq və mənafelərinin qorunmasına Birinci vitse-prezident xanım Mehriban Əliyevanın xüsusi diqqət yetirdiyi qeyd olunub. Nəzərə çatdırılıb ki, bu günədək məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün 116 qəsəbə istifadəyə verilib, 320 mindən çox məcburi köçkün yeni yaşayış sahəsi ilə təmin edilib. Həyata keçirilən bütün tədbirlərə baxmayaraq, BMT-nin məcburi köçkünlərin hüquqları üzrə xüsusi məruzəçisinin də dediyi kimi, problemlərin davamlı həlli münaqişəsinin siyasi həlli ilə sıx bağlı idi.

 

Qeyd olunub ki, beynəlxalq təşkilatların qəbul etdiyi qərar və qətnamələrə baxmayaraq, Ermənistan Azərbaycan ərazilərini 30 ilə yaxın müddətdə işğal altında saxlayıb. 2020-ci ilin sentyabr ayında Prezident İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan ordusu işğal altında saxlanılan əraziləri azad edib, beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ölkəmizin ərazi bütövlüyünü bərpa edib. Beləliklə, məcburi köçkünlərin könüllü, təhlükəsiz və ləyaqətlə doğma yurdlarına qayıtmasına imkan yaranıb.  Hazırda Azərbaycan dövlətinin qarşısında işğaldan azad edilmiş ərazilərin bərpasını, davamlı inkişafını, məcburi köçkünlərin öz daimi yaşayış yerlərinə qayıtmasını və reinteqrasiyasını təmin etmək kimi şərəfli vəzifə durur. İşğaldan azad edilmiş ərazilərdə təhlükəsizlik tədbirləri görülür, irimiqyaslı infrastruktur layihələri həyata keçirilir. İşğaldan azad edilmiş ərazilərdə aparılan yenidənqurma işlərində “ağıllı kənd”, “ağıllı şəhər” layihələrinə üstünlük verilir, artıq 70-ə yaxın ailə Zəngilan rayonun Ağalı kəndində bu konsepsiya əsasında inşa olunmuş mənzillərində yaşayır. Bildirilib ki, məcburi köçkünlərin Böyük Qayıdışı Azərbaycanın 2030-cu ilədək əldə olunacaq sosial-iqtisadi inkişafının beş milli prioritetindən biri kimi müəyyən edilib.

 

Sessiyada Ermənistanın işğal altında saxlanılan Azərbaycan ərazilərini mina və digər partlamamış hərbi sursatlarla çirkləndirdiyi diqqətə çatdırılıb. Vurğulanıb ki, beynəlxalq ekspertlərin fikrincə, bu ərazi ən çox minalanmış ərazilərdən biri hesab olunur. Dəqiq mina xəritələrini tam şəkildə təhvil verməkdən imtina etməklə Ermənistan fundamental insan hüquqlarını, xüsusən də yaşamaq hüququnu kobud şəkildə pozur, eyni zamanda məcburi köçkünlərin Böyük Qayıdış prosesini ləngidir.

 

Məcburi köçkünlər üçün ədalətin bərpası regionda istənilən uzunmüddətli sülh və sabitlik üçün möhkəm təməldir və bu baxımdan, bu uzunmüddətli münaqişəyə son qoyulması məcburi köçkünlərin əsas fundamental hüquqlarının bərpası deməkdir. Beynəlxalq ictimaiyyətin birgə səyləri ilə Azərbaycanın yaxın bir neçə ildə münaqişədən sonrakı reabilitasiya və reinteqrasiya üçün yeni model təqdim etmək iqtidarında olacağı vurğulanıb.

 

Ali Komissar Azərbaycan nümayəndə heyətinin rəhbərinin çıxışına cavabında Azərbaycanın qaçqın və köçkünlərlə bağlı fəaliyətini yüksək qiymətləndirərək, BMTQAK-ın Böyük Qayıdışla bağlı zəruri töhfəni verməyə hazır olduğunu bildirib.

18 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Aygün Bayramova: “Qarabağı cənnətə çevirəcəyik”
09 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Mənsum İbrahimov: "Qarabağda əbədi yaşayacayıq"
01 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Şamil Süleymanlı: "Böyük Qayıdış başlayıb, evlərimizə qayıdırıq
30 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Laçın rayonuna çatıb
30 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Laçın rayonuna növbəti köç karvanı yola salınıb
29 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
29 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
27 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
27 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
18 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Nəzakət Teymurova: O torpaqda yenidən yeni həyat qurmaq lazımdır
18 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
18 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
15 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
15 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
13 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Əlaqələndirmə Qərargahının növbəti iclası keçirilib
12 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Tahir İmanov: İstənilən şəhəri, istənilən kəndi gözəlləşdirən onun doğma sakinləridir
07 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Firəngiz Mütəllimova: Şuşada böyük məmnuniyyətlə gedib yaşayacam
07 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Sosial medianın dövlət qurumları üçün əhəmiyyətinə dair təlim keçirilib
28 Fevral, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Laçın rayonuna çatıb
28 Fevral, 2024 / Mətbuat xidmətinin məlumatı Laçın rayonuna növbəti köç karvanı yola salınıb