"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 486
Dövlət Komitəsində yaponiyalı xeyriyyəçi ilə görüş olub
Görüşlər 08 Sentyabr, 2022

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Yaponiyanın “Fuji Optical Co. Ltd” şirkətinin rəhbəri, dünya şöhrətli oftalmoloq  və xeyriyyəçi Akio Kanai ilə görüşüb.

 

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz torpaqlarımızı işğaldan azad etdikdən sonra məcburi köçkünlərin həyatında yeni bir dövrün başlandığı barədə yaponiyalı qonağa ətraflı məlumat verilib. Qeyd edilib ki, işğaldan azad edilmiş ərazilərdə geniş bərpa-quruculuq işləri aparılır, Böyük Qayıdışın ilkin mərhələsi başlanıb. Doğma yurda böyük ruh yüksəkliyi ilə qayıtmağa hazırlaşan insanlar dövlətimizin qayğısı ilə əhatə olunublar. Prezident İlham Əliyev onların qısa müddətdə öz ata-baba ocaqlarına qayıdışının təmin olunmasını ən mühüm vəzifə kimi qarşıya qoyub. Birinci vitse-prezident Mehriban xanım Əliyeva məcburi köçkünlərlə bağlı məsələlərin həllini daim diqqətdə saxlayır.

 

Məcburi köçkünlüyün çətinliklərini yaşayanların sağlamlıq vəziyyətinə xüsusi həssaslıqla yanaşılır. Dövlət Komitəsi ilə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi – TƏBİB  arasında bağlanmış əməkdaşlıq haqqında memorandum əsasında doğma yurda qayıdarkən məcburi köçkünlər hərtərəfli tibbi müayinədən keçirilirlər. Artıq Zəngilan rayonunun Ağalı kəndinə qayıdışda bu təcrübə tətbiq edilir.

 

Yaponiyalı xeyriyyəçinin Azərbaycanda 15 ildən artıq bir müddətdə məcburi köçkünlərə  və aztəminatlı ailələrə optometrik xidmətlər göstərdiyi, nəticədə hər il minlərlə insanın görmə imkanlarını yaxşılaşdırdığı minnətdarlıqla xatırlanıb.

 

Akio Kanai COVID-19 pandemiyası ilə əlaqədar 2020-ci ildən ölkəmizdə öz xeyriyyəçilik missiyasını həyata keçirə bilmədiyini vurğulayaraq, indiki səfərinin missiyanı bərpa etmək məqsədi daşıdığını bildirib. Yaponiyalı qonaq səfər çərçivəsində Tərtər rayonunda olub, vaxtilə xidmət göstərdiyi insanlarla görüşüb, müharibə zamanı rayonda dağıntıya məruz qalmış mülki obyektlərə baş çəkib, bundan ziyan görən insanlarla söhbətləşib. O, xeyriyyə missiyasının uğurla həyata keçirilməsinə hökumət səviyyəsində göstərilən dəstəyi razılıq hissi ilə xatırlayıb, missiyanın bərpasından sonra bu dəstəyin davam edəcəyinə ümidvar olduğunu deyib.

 

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlərdən də danışılıb.

19 Mart, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
18 Mart, 2024 / Görüşlər Dövlət Komitəsinin sədri Siyəzəndə vətəndaşları qəbul edib
15 Mart, 2024 / Görüşlər Dövlət Komitəsində BMqT nümayəndələri ilə görüş keçirildi
13 Mart, 2024 / Görüşlər Dövlət Komitəsinin dəstəyi ilə həyata keçirilən layihənin təqdimatı keçirilib
12 Mart, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
05 Mart, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
04 Mart, 2024 / Görüşlər İctimai Şura üzvlərinin Böyük Qayıdış prosesində aktivliyi artırılacaq
01 Mart, 2024 / Görüşlər Dövlət Komitəsində almaniyalı deputatlarla görüş keçirilib
27 Fevral, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
21 Fevral, 2024 / Görüşlər Dövlət Komitəsinin sədri Ağdaşda vətəndaşları qəbul edib
20 Fevral, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
14 Fevral, 2024 / Görüşlər Dünya Bankı nümayəndələri ilə görüş keçirilib
13 Fevral, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
08 Fevral, 2024 / Görüşlər Dövlət Komitəsinin sədri bir qrup mərakeşli jurnalistlə görüşüb
30 Yanvar, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
23 Yanvar, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
23 Yanvar, 2024 / Görüşlər Dövlət Komitəsində Asiya İnkişaf Bankının nümayəndələri ilə görüş keçirilib
18 Yanvar, 2024 / Görüşlər Dövlət Komitəsinin sədri Şəmkirdə vətəndaşları qəbul edib
18 Yanvar, 2024 / Görüşlər Dövlət Komitəsində xarici qonaqlarla görüş keçirilib
16 Yanvar, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib