"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 409
Yaponiyanın “Fuji Optical Co. Ltd” şirkətinin rəhbəri Doktor Akio Kanainin Tərtər rayonunda səfərdə olub
Mətbuat xidmətinin məlumatı 06 Sentyabr, 2022

Yaponiyanın Azərbaycandakı səfirliyi və BMT QAK-in Azərbaycandakı nümayəndəliyinin təşkilatçılığı ilə Yaponiyanın “Fuji Optical Co. Ltd” şirkətinin rəhbəri Doktor Akio Kanainin Azərbaycana səfər edib. Səfər çərçivəsində o, Vətən müharibəsi zamanı dağıntılara məruz qalmış ərazilərlə tanış olmaq məqsədilə Tərtər rayonunda olub.

 

Doktor Akio Kanai Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov tərəfindən qəbul edilib. Rayon rəhbəri ona Vətən müharibəsi zamanı Tərtər rayonuna dəymiş ziyanla bağlı məlumat verib. Qeyd olunub ki, Vətən müharibəsi zamanı Tərtər şəhərinə və onun yaşayış məntəqələrinə erməni terrorçuları tərəfindən 16277 top, tank, qrad mərmisi, 21 qadağan olunmuş raket atılıb. Nəticədə rayonun infrastrukturuna, yüzlərlə yaşayış evlərinə, sosial obyektlərinə, o cümlədən 12 körpələr evi-uşaq bağçasına, 16 ümumtəhsil məktəbinə, İlk Peşə İxtisas Məktəbinə, Gənclər Mərkəzinə, 10 tibb, 7 mədəniyyət müəssisəsinə, 1 məscidə, inzibati binalara, nəqliyyat vasitələrinə, kənd təsərrüfatına güclü ziyan dəymiş, dağıntılar olmuşdur.

 

Dinc əhali 16 mülki şəhid verib, erməni vandalları tərəfindən şəhər qəbirstanlığının atəşə tutulması nəticəsində dəfndə iştirak edən 4 nəfər həlak olub.

 

Qonaq Ermənistan silahlı qüvvələrinin “Smerc” raketləri ilə hücumu nəticəsində Tərtər şəhəri, Elman Səfərov küçəsinin sakini Sahib İsmayılovun dağılmış, hazırda erməni vandalizminin sübutu kimi saxlanılan ev muzeyinə və onun yerinə inşa olunmuş yeni evdə yaradılan şəraitlə də tanış olub, ermənilər tərəfindən Tərtər rayonuna müxtəlif tipli reaktiv yaylım atəşi sistemləri və artilleriya qurğularından atılmış mərmilərə, Vətən müharibəsi zamani rayona dəymiş ziyanı əks etdirən fotostentlərə baxıb, sonra isə müharibə vaxtı rayonda mülki müdafiə qərargahının fəaliyyət göstərdiyi ərazidə olub, ermənilərin Azərbaycana qarşı ərazi iddialarını ifşa edən “Marağa-150” abidəsinə baxıb.

 

Doktor Akio Kanainin ətraflı məlumata və səmimi qəbula görə öz razılığını ifadə edib.

 

26 May, 2023 / Mətbuat xidmətinin məlumatı Azərbaycan-Aİ Əməkdaşlıq Komitəsi çərçivəsində fəaliyyət göstərən alt-komitənin iclasında Böyük Qayıdış prosesi haqqında məlumat verilib
23 May, 2023 / Mətbuat xidmətinin məlumatı Dövlət Komitəsi yanında İctimai Şuraya seçkilərdə səsvermə ilə əlaqədar Elan
11 May, 2023 / Mətbuat xidmətinin məlumatı Dövlət Komitəsinin əməkdaşı “Heydər Əliyev Zirvəsi”nə qalxıb
24 Aprel, 2023 / Mətbuat xidmətinin məlumatı Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi yanında İctimai Şuraya seçkilərlə əlaqədar Elan
18 Aprel, 2023 / Mətbuat xidmətinin məlumatı Başlıbel qətliamı haqqında məlumat
17 Aprel, 2023 / Mətbuat xidmətinin məlumatı Talış sakinləri doğma yurda qayıdışın sevincini yaşayır
05 Aprel, 2023 / Mətbuat xidmətinin məlumatı Laçında doğulmayanların, Laçınla doğulan arzuları
16 Mart, 2023 / Mətbuat xidmətinin məlumatı Əlaqələndirmə Qərargahının növbəti iclası keçirilib
09 Mart, 2023 / Mətbuat xidmətinin məlumatı Doğma yurda qayıdış uşaqların arzularında...
26 Yanvar, 2023 / Mətbuat xidmətinin məlumatı Beynəlxalq Miqrasiya Təşkilatı ilə birgə əməkdaşlıq məsələləri müzakirə olunub
19 Yanvar, 2023 / Mətbuat xidmətinin məlumatı Laçın sakinləri doğma yurda qayıtmağa hazırdır
09 Dekabr, 2022 / Mətbuat xidmətinin məlumatı Dövlət Komitəsinin sədr müavini Müdafiə sahəsində təhdidlər üzrə Dialoqun 13-cü iclasında iştirak edib
06 Dekabr, 2022 / Mətbuat xidmətinin məlumatı Zəngilanlı müəllim: “Şagirdlərimizlə birgə təhsilimizi Zəngilanda davam etdirəcəyik”
05 Dekabr, 2022 / Mətbuat xidmətinin məlumatı Dövlət Komitəsinin sədr müavini “Stratcom 22” sammitində Böyük Qayıdış haqqında çıxış edib
04 Noyabr, 2022 / Mətbuat xidmətinin məlumatı Zəfər Günü ərəfəsində veteranların görüşü
21 Oktyabr, 2022 / Mətbuat xidmətinin məlumatı Gənc diplomatlara Böyük Qayıdış haqqında məlumat verilib
18 Oktyabr, 2022 / Mətbuat xidmətinin məlumatı Ağdam sakini: Kəndimizin təməlqoyma mərasimini böyük sevinc və qürur hissi ilə izlədik
12 Oktyabr, 2022 / Mətbuat xidmətinin məlumatı Mətbuat xidmətinin məlumatı
11 Oktyabr, 2022 / Mətbuat xidmətinin məlumatı Dövlət Komitəsinin sədr müavini BMT QAK-ın iclasında Böyük Qayıdış prosesi haqqında məlumat verib
10 Oktyabr, 2022 / Mətbuat xidmətinin məlumatı Xıdırlı kənd sakini: Gələcəyə ümidimiz çox böyükdür