"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 920
Zəngilan rayonunun Ağalı kəndində “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdış: pozulmuş hüquqlar və onların bərpası” mövzusunda konfrans keçirilib
Mətbuat xidmətinin məlumatı 24 Avqust, 2022

Avqustun 24-də Azərbaycan Respublikası Baş Prokurorluğunun təşkilatçılığı ilə Zəngilan rayonunun Ağalı kəndində çoxsaylı dövlət qurumları, beynəlxalq təşkilatların ölkəmizdəki nümayəndəliklərinin və qeyri-hökumət təşkilatlarının nümayəndələrinin iştirakı ilə “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdış: pozulmuş hüquqlar və onların bərpası” mövzusunda yüksək səviyyəli konfrans keçirilib.

 

Tədbirdən öncə konfrans iştirakçıları xalqımızın ümummilli lideri Heydər Əliyevin büstü önünə əklil və gül dəstələri düzərək, onun unudulmaz xatirəsini dərin ehtiramla yad ediblər.

 

Konfransı açan Baş prokuror Kamran Əliyev müstəqil Azərbaycan dövlətinin banisi və xilaskarı, müstəsna xidmətləri ilə əbədilik qazanan ulu öndər Heydər Əliyevin zəngin dövlətçilik ənənələrinin müzəffər davamçısı, tarixin ən qüdrətli Azərbaycanının yaradıcısı Prezident İlham Əliyev tərəfindən milli inkişaf konsepsiyasının müasir çağırışlara müvafiq surətdə uğurla, inamla həyata keçirilməsi nəticəsində ölkəmizin növbəti onilliklər üçün tərəqqisini təmin etdiyini vurğulayıb.

 

Bildirilib ki, tariximizə və dövlətçliyimizə qızıl hərflərlə yazılan şanlı Zəfər regionumuzda yeni geosiyasi reallıqlar yaradıb, dövlət başçısının rəhbərliyi və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın yaxından iştirakı ilə gerçəkləşən misli görünməmiş sürətli bərpa-quruculuq işləri Qarabağ və Şərqi Zəngəzura əzəli-əbədi sakinlərinin Qayıdışının təməlini qoyub.

 

Vətən müharibəsinin Qələbə ilə başa çatmasından cəmi 1 il 8 ay sonra “Ağıllı kənd” layihəsinin ilk nümunəsi olaraq Zəngilanın rayonunun Ağalı kəndinə əhalinin köçürülməsinə start verilməklə, sakinlərin yüksəkkeyfiyyətli, müasir texnologiyalarla təchiz edilmiş evlərlə təmin olunması xüsusi vurğulanıb.

 

Baş prokuror ötən əsrin əvvəllərindən başlayaraq ölkəmizə qarşı absurd torpaq iddiaları əsasında aparılmış məqsədyönlü etnik təmizləmə, soyqırımı siyasəti və hərbi təcavüz nəticəsində azərbaycanlıların öz dədə-baba torpaqlarından zorla köçürülməklə 400 mindən artıq qaçqın və 850 min nəfərədək məcburi köçkün olmaqla, ümumilikdə, 1 milyondan artıq soydaşımızın qaçqın və məcburi köçkün həyatı yaşadığını, 1994-cü ildə ölkə əhalisinin hər 7 nəfərindən 1-nin qaçqın və ya məcburi köçkün olmaqla, digər ölkələrlə müqayisədə dünyada bu baxımdan ən yüksək nisbi göstəriciyə malik olduğunu bildirib.

 

Ermənistanın hərbi təcavüzü nəticəsində məcburi köçkün düşmüş Azərbaycan vətəndaşlarının demək olar ki, bütün fundamental insan hüquq və azadlıqlarının pozulduğu qeyd edilib, dövlət başçısının tapşırığına uyğun olaraq prokurorluq orqanları tərəfindən aidiyyəti dövlət qurumları ilə əlaqəli şəkildə erməni təcavüzü nəticəsində vətəndaşlarımızın pozulmuş hüquqlarının bərpası, ölkəmizə dəymiş maddi-mənəvi zərərə görə bütün təqsirli şəxslərin məsuliyyətə cəlb edilməsi istiqamətində zəruri tədbirlərin görüldüyü diqqətə çatdırılıb.

 

Konfransda çıxış edən BMT-nin Qaçqınlar üzrə Ali Komissarının Azərbaycandakı nümayəndəsi Guido Ambroso qaçqın və məcburi köçkün məsələsinin müasir dünyanın ən ağrılı problemlərindən biri olduğunu, ölkəmizin bu sahədə ağır sınaqlardan keçdiyini bildirib, təmsil etdiyi qurum tərəfindən məcburi köçkünlərin qayıdışı üçün zəruri dəstəyin göstəriləcəyini qeyd edib.

 

Tədbirdə çıxış edən Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev müstəqilliyin bərpasından sonra ölkəmizin üzləşdiyi humanitar fəlakətin fəsadlarının aradan qaldırılması istiqamətində ulu öndər Heydər Əliyev və onun layiqli davamçısı, Prezident İlham Əliyev tərəfindən hərtərəfli tədbirlərin həyata keçirildiyini diqqətə çatdırıb, işğaldan azad edilmiş bölgələrə geri dönmək həsrətində olan soydaşlarımızın qayıdışının qarşıda duran başlıca vəzifələrdən biri olduğunu bildirib.

 

Konfransda Azərbaycan Respublikasının Ali Məhkəməsinin sədr müavini Çingiz Əsgərov vətəndaşlarımızın pozulmuş hüquqlarının beynəlxalq məhkəmələr vasitəsilə bərpası istiqamətində həyata keçirilən fəaliyyətlər, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının sədri Anar Bağırov erməni işğalı nəticəsində pozulmuş hüquqların müdafiəsində beynəlxalq hüququn səmərəliliyi, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) Aparatının rəhbəri Aydın Səfixanlı qaçqın və keçmiş məcburi köçkün soydaşlarımızın hüquqlarının müdafiəsi sahəsində Ombudsman təsisatı tərəfindən həyata keçirilən tədbirlər, Azərbaycan Respublikası Baş prokurorunun müavini Heydər Məmmədov məcburi köçkünlərin beynəlxalq müstəvidə tanınmış hüquqları mövzularında çıxış ediblər.

 

Çıxışlardan sonra mövzu ətrafında müzakirələr aparılıb. Qeyri-hökumət təşkilatlarının və kütləvi informasiya vasitələrinin nümayəndələri, eləcə də Ağalı kənd sakini Möhübbət Səmədov fikirlərini bildirib, mövzunun aktuallığını qeyd ediblər.

 

Konfrans çərçivəsində tədbir iştirakçıları “Ağıllı kənd” layihəsi əsasında inşa edilmiş Ağalı kəndi ilə tanış olub, qısa müddət ərzində sakinlər üçün ən müasir texnologiyalar əsasında yaradılmış şəraitdən məmnunluq ifadə edilib.

18 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Aygün Bayramova: “Qarabağı cənnətə çevirəcəyik”
09 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Mənsum İbrahimov: "Qarabağda əbədi yaşayacayıq"
01 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Şamil Süleymanlı: "Böyük Qayıdış başlayıb, evlərimizə qayıdırıq
30 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Laçın rayonuna çatıb
30 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Laçın rayonuna növbəti köç karvanı yola salınıb
29 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
29 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
27 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
27 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
18 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Nəzakət Teymurova: O torpaqda yenidən yeni həyat qurmaq lazımdır
18 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
18 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
15 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
15 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
13 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Əlaqələndirmə Qərargahının növbəti iclası keçirilib
12 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Tahir İmanov: İstənilən şəhəri, istənilən kəndi gözəlləşdirən onun doğma sakinləridir
07 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Firəngiz Mütəllimova: Şuşada böyük məmnuniyyətlə gedib yaşayacam
07 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Sosial medianın dövlət qurumları üçün əhəmiyyətinə dair təlim keçirilib
28 Fevral, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Laçın rayonuna çatıb
28 Fevral, 2024 / Mətbuat xidmətinin məlumatı Laçın rayonuna növbəti köç karvanı yola salınıb