"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 587
Dövlət Komitəsində Zabux və Sus kəndlərinin sakinlərindən bir qrupu ilə görüş keçirilib
Tədbirlər 15 Avqust, 2022

Avqustun 15-də Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində Laçın rayonunun Zabux və Sus kəndlərinin sakinlərindən bir qrupu ilə görüş keçirilib.

 

Azərbaycanın ərazi bütövlüyünün bərpası, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canını qurban verən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 

Görüş iştirakçıları Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun torpaqlarımızı işğaldan azad etməsini misilsiz tarixi hadisə kimi dəyərləndirərək, qazanılan Qələbənin keçmiş məcburi köçkünlərin doğma yurda qayıdışına imkan yaratdığını bir daha dərin minnətdarlıq hissi ilə vurğulayıblar. Qeyd olunub ki, Ermənistanın döyüşsüz təhvil verməyə məcbur olduğu Laçın rayonunda, Rusiya sülhməramlılarının müvəqqəti nəzarət etdiyi ərazidə qanunsuz məskunlaşdırılmış ermənilərin hazırda oradan köçürülməsi 2020-ci ilin 10 noyabrında imzalanmış üçtərəfli Bəyanat çərçivəsində həyata keçirilir.  Bildirilib ki, bununla əlaqədar olaraq dövlətimizin başçısı otuz ilə yaxındır məcburi köçkün vəziyyətində yaşayan Laçın şəhəri, Zabux və Sus kəndləri sakinlərinin qayıdışa hazırlanması barədə tapşırıq verib. 

 

Ötən müddət ərzində məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması, sosial müdafiəsinin gücləndirilməsi istiqamətində görülən işlərdən razı qaldıqlarını deyən görüş iştirakçıları onlara göstərilən diqqət və qayğıya, indi isə doğma yurda qayıdışa hazırlığın başlanmasına görə Prezident İlham Əliyevə, hər zaman böyük dəstəyinə güvəndikləri Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkürlərini ifadə ediblər.

 

Komitə sədri dövlətimizin başçısının işğaldan azad edilmiş ərazilərin bərpası, məcburi köçkünlərin doğma yurda qayıdışının başlanması üçün verdiyi tapşırıqların icra vəziyyəti barədə görüş iştirakçılarına ətraflı məlumat verilib. Bildirilib ki, komitənin struktur bölmələri Laçın şəhərinə, Zabux və Sus kəndlərinə qayıdışın təşkili ilə bağlı müəyyənləşdirilmiş tədbirlərin icrası ilə məşğuldurlar. Qeyd olunub ki, doğma yurda qayıdacaq sakinlərin sayının dəqiqləşdirilməsi, məşğulluq imkanlarının qiymətləndirilməsi, arzu, istək və tələblərinin müəyyənləşdirilməsi üçün sorğular aparılır, köçürülmənin səmərəli təşkili üçün zəruri tədbirlər həyata keçirilir.

 

Səmimi qəbula görə minnətdarlıq edən Zabux və Sus kəndinin sakinləri uzun illər həsrətini çəkdikləri doğma yurda qayıdıb, firavan günlər yaşayacaqlarına, o yerləri yenidən dirçəldəcəklərinə əmin olduqlarını bildiriblər.

 

Xatırladaq ki, Prezident İlham Əliyev avqustun 12-də İsmayıllı rayonunun Basqal qəsəbəsində Azərbaycan Televiziyasına müsahibədə verib. Ölkə başçısı bildirib: “Biz Laçına qayıtmalıyıq, Zabuxa, Susa qayıtmalıyıq. Mən artıq Dövlətqaçqınkoma göstəriş verdim, Laçın şəhərinin, Sus, Zabux kəndlərinin camaatı ilə əlaqə saxlasınlar. Biz yaxın zamanlarda onları öz doğma yerlərinə qaytaracağıq”.

28 Yanvar, 2023 / Tədbirlər Mina təhlükəsinə dair növbəti təlim keçirilib
25 Yanvar, 2023 / Tədbirlər Dayanıqlı və davamlı icma quruculuğu konsepsiya sənədinin təqdimat mərasimi və dəyirmi masa müzakirələri keçirilib
18 Yanvar, 2023 / Tədbirlər Dövlət Komitəsində qanvermə aksiyası keçirilib
28 Dekabr, 2022 / Tədbirlər Məcburi köçkünlərə hüquqi yardım göstərilib
16 Dekabr, 2022 / Tədbirlər “Mina təhlükəsi” mövzusunda maarifləndirici təlim keçirilib
08 Dekabr, 2022 / Tədbirlər Gender zorakılığına qarşı mübarizəyə həsr olunmuş tədbirlər keçirilib
02 Dekabr, 2022 / Tədbirlər Komitə əməkdaşları üçün maarifləndirici təlim keçirilib
18 Noyabr, 2022 / Tədbirlər Koreya səfirliyi qaçqınlara və məcburi köçkünlərə dəstək tədbirləri həyata keçirir
07 Noyabr, 2022 / Tədbirlər “Zəfər arzuları” adlı sosial aksiya təşkil edilib
05 Noyabr, 2022 / Tədbirlər YAP-ın təsis edilməsinin 30 illiyi qeyd olunub
25 Oktyabr, 2022 / Tədbirlər Məcburi köçkünlərə hüquqi yardım göstərilib
21 Oktyabr, 2022 / Tədbirlər Dövlət Komitəsində kollegiya iclası keçirilib
14 Oktyabr, 2022 / Tədbirlər Dövlət Komitəsi yanında İctimai Şuranın iclası keçirilib
13 Oktyabr, 2022 / Tədbirlər Məcburi köçkün qəsəbələrində Beynəlxalq Qız Övladları Günü qeyd edilib
07 Oktyabr, 2022 / Tədbirlər Dövlət Komitəsində Vəkillər Kollegiyası ilə əməkdaşlıq memorandumu imzalanıb
27 Sentyabr, 2022 / Tədbirlər Şəhidlərin xatirəsi anılıb...
10 Sentyabr, 2022 / Tədbirlər Daha 125 Ağalı sakini doğma yurduna qayıtdı
09 Sentyabr, 2022 / Tədbirlər Komitə sərgidə silahların ən güclüsünü təqdim etdi...
07 Sentyabr, 2022 / Tədbirlər Ağalıya növbəti köç karvanı yola salınıb
01 Sentyabr, 2022 / Tədbirlər Məcburi köçkünlərin sosial-iqtisadi inkişafı üzrə layihənin icrası davam edir