"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 1084
Fransa Senatının üzvləri Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində olmuşlar.
Mətbuat xidmətinin məlumatı 07 Fevral, 2012
Fevralın 7-də Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri cənab Əli Həsənov ölkəmizdə səfərdə olan Fransa Senatının üzvü xanım Natali Qulenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşmüşdür. Görüşdə Əli Həsənov qonaqlara Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi, ermənilərin xalqımıza qarşı törətdikləri hadisələr barədə ətraflı məlumat vermişdir.Qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində dövlət tərəfindən görülən işlərdən danışan komitə sədri vurğulamışdır ki, ölkəmizdə son 20 ildə onların problemlərinin həllinə 4,6 milyard ABŞ dolları məbləğində vəsait sərf olunmuşdur. Bunun 2,6 milyard dolları büdcə, 1 milyard dolları Dövlət Neft Fondunun, 900 milyon dolları isə beynəlxalq humanitar təşkilatların vəsaitidir. Bundan əlavə, indiyədək ölkəmizdə qaçqın və məcburi köçkünlər üçün 70 müasir qəsəbə salınmışdır. Fransa Senatında qondarma “erməni soyqırımı”nın inkar edilməsinə görə cəza nəzərdə tutan qanunun qəbul olunmasına münasibət bildirən Əli Həsənov bu ədalətsiz qanunun qəbul olunmasına etiraz edən fransalı senatorlara minnətdarlığını bildirmişdir. Ətraflı məlumata görə təşəkkürünü bildirən Fransa Senatının üzvü Natali Qule yenidən Azərbaycanda olmaqdan məmnunluğunu ifadə etmişdir.Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində doğma yurdlarından didərgin düşmüş qaçqın və məcburi köçkünlərin vəziyyətini yaxşı başa düşdüklərini vurğulayan N.Qule problemin tezliklə həll olunacağına və onların öz torpaqlarına qayıdacaqlarına inandığını bildirmişdir. N.Qule Fransa Senatında qondarma “erməni soyqırımı” ilə bağlı qəbul olunmuş qanunun Konstitusiya Şurası tərəfindən ləğv ediləcəyinə də inandığını demişdir. Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ilə bağlı fikir mübadiləsi aparılmışdır. Sonda fransalı senatorlar 1988-1993-cü illərdə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünü əks etdirən xəritə ilə tanış olmuşlar. Qonaqlara Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən bəhs edən filmin diski də təqdim edilmişdir.
23 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuliyə köçənlərə ödənişsiz danışıq üçün sim-kartlar hədiyyə edilib
23 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
22 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
22 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
18 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Aygün Bayramova: “Qarabağı cənnətə çevirəcəyik”
09 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Mənsum İbrahimov: "Qarabağda əbədi yaşayacayıq"
01 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Şamil Süleymanlı: "Böyük Qayıdış başlayıb, evlərimizə qayıdırıq
30 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Laçın rayonuna çatıb
30 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Laçın rayonuna növbəti köç karvanı yola salınıb
29 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
29 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
27 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
27 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
18 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Nəzakət Teymurova: O torpaqda yenidən yeni həyat qurmaq lazımdır
18 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
18 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
15 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
15 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
13 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Əlaqələndirmə Qərargahının növbəti iclası keçirilib
12 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Tahir İmanov: İstənilən şəhəri, istənilən kəndi gözəlləşdirən onun doğma sakinləridir