"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 211
Dövlət Komitəsinin sədri vətəndaşları qəbul edib
Görüşlər 09 Avqust, 2022

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev avqustun 9-da əvvəlcədən növbəlilik əsasında qəbula yazılmış vətəndaşlarla görüşüb.

 

Prezident İlham Əliyevin məcburi köçkünlərə daim diqqət və qayğı göstərdiyi, artıq onların doğma yurda qayıdışına hazırlıq görüldüyü, azad edilmiş ərazilərdə bu məqsədlə təhlükəsizlik tədbirlərinin həyata keçirildiyi, infrastruktur layihələrinin icra olunduğu, yaşayış binalarının tikildiyi diqqətə çatdırılıb. Qeyd olunub ki, Birinci vitse-prezident xanım Mehriban Əliyeva məcburi köçkünlərlə bağlı məsələlərin həllini nəzarətdə saxlayır, onların müraciətlərinə xüsusi həssaslıqla yanaşır.

 

Məcburi köçkünlərin doğma yurda - işğaldan azad edilmiş ərazilərə qayıdışının başlandığı məmnunluq hissi ilə qeyd edilib. Bildirilib ki, Zəngilan rayonunda "ağıllı kənd" konseptində salınan Ağalı kəndinə qayıdışın ilk mərhələsi başa çatıb – bu mərhələdə kənddə 41 məcburi köçkün ailəsi yerləşdirilib. Ağalıya əhalinin köçürülməsi davam etdiriləcək. Şuşada və Ağdamda da yeni yaşayış binaları inşa olunur.

 

Komitə sədrinin fərdi qaydada qəbul etdiyi məcburi köçkünlər də tezliklə doğma yurda qayıdacaqlarına əmin olduqlarını bildiriblər. Qəbulda iştirak edən vətəndaşların müraciətləri, əsasən, mənzil-məişət şəraitinin yaxşılaşdırılması, kommunal xidmətlər, status, vahid aylıq müavinət, məşğulluq, işğaldan azad olunmuş ərazilərə qayıdış və digər məsələlərlə əlaqədar olub.

 

Vətəndaşlara bildirilib ki, müraciətləri və qaldırdıqları məsələlər araşdırılacaq, qanunvericiliyə uyğun şəkildə həll ediləcəkdir.

04 Oktyabr, 2022 / Görüşlər Dövlət Komitəsinin sədri vətəndaşları qəbul edib
29 Sentyabr, 2022 / Görüşlər Dövlət Komitəsində BMqT rəsmiləri ilə görüş keçirilib
27 Sentyabr, 2022 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
20 Sentyabr, 2022 / Görüşlər Dövlət Komitəsinin sədri vətəndaşları qəbul edib
16 Sentyabr, 2022 / Görüşlər Dövlət Komitəsinin sədri Almaniya Federativ Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri ilə görüşüb
09 Sentyabr, 2022 / Görüşlər Dövlət Komitəsinin sədri Şəkidə vətəndaşları qəbul edib
08 Sentyabr, 2022 / Görüşlər Dövlət Komitəsində müharibə veteranları ilə görüş keçirilib
08 Sentyabr, 2022 / Görüşlər Dövlət Komitəsində yaponiyalı xeyriyyəçi ilə görüş olub
06 Sentyabr, 2022 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
30 Avqust, 2022 / Görüşlər Dövlət Komitəsinin sədri vətəndaşları qəbul edib
23 Avqust, 2022 / Görüşlər Dövlət Komitəsinin sədri vətəndaşları qəbul edib
16 Avqust, 2022 / Görüşlər Dövlət Komitəsinin sədri vətəndaşları qəbul edib
12 Avqust, 2022 / Görüşlər Dövlət Komitəsinin sədri Gəncədə vətəndaşları qəbul edib
02 Avqust, 2022 / Görüşlər Dövlət Komitəsinin sədri vətəndaşları qəbul edib
19 İyul, 2022 / Görüşlər Dövlət Komitəsinin sədri vətəndaşları qəbul edib
15 İyul, 2022 / Görüşlər Dövlət Komitəsinin sədri Sabirabadda vətəndaşları qəbul edib
04 İyul, 2022 / Görüşlər Alman alimin Şuşanın qədim Azərbaycan şəhəri olduğunu təsdiqləyən kitabının təqdimatı keçirilib
28 İyun, 2022 / Görüşlər Dövlət Komitəsinin sədri vətəndaşları qəbul edib
24 İyun, 2022 / Görüşlər Dövlət Komitəsində BMqT-nin Azərbaycan Nümayəndəliyinin rəhbəri ilə görüş olub
23 İyun, 2022 / Görüşlər Dövlət Komitəsinin sədri BQXK-nın Azərbaycandakı nümayəndəliyinin yeni rəhbəri ilə görüşüb