"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 489
Dövlət Komitəsində kollegiya iclası keçirilib
Tədbirlər 22 İyul, 2022

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində növbəti kollegiya iclası keçirilib.

 

İclasda Prezident İlham Əliyevin bu ilin altı ayının yekunlarına həsr olunan müşavirədə konkret tapşırıqlar verdiyi xatırladılıb. Dövlətimizin başçısı müvafiq qurumlara gələn ilin büdcəsinə infrastruktur, yaşayış binaları, kəndlərin qurulması üzrə layihələrin daxil edilməsini tapşırıb. Bundan başqa, işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən layihələrdə və açılan iş yerlərində yerli sakinlərin - keçmiş məcburi köçkünlərin məşğulluğunun təmin olunması mühüm bir vəzifə kimi qarşıya qoyulub.

 

Diqqətə çatdırılıb ki, Prezident İlham Əliyevin bu ilin altı ayının yekunlarına həsr olunan müşavirədə komitənin fəaliyyət istiqamətləri üzrə verdiyi tapşırıqların  icrası təmin ediləcəkdir.

 

Prezident İlham Əliyevin tapşırığı əsasında, keçmiş məcburi köçkünlərin işğaldan azad edilmiş Zəngilan rayonunda “ağıllı kənd” konsepsiyası əsasında yeni salınan Ağalı kəndinə qayıdışının başlanmasını tarixi hadisə kimi dəyərləndirən Dövlət Komitəsinin sədri Rövşən Rzayev son iki gün ərzində 20 ailənin yola salındığını və bundan sonra da köçürülmənin yüksək səviyyədə təşkil edilməsinin vacibliyini bildirib.

 

Böyük Qayıdışın daha da sürətləndirilməsi üçün genişmiqyaslı tədbirlərin həyata keçirilməsi istiqamətində iş aparıldığı qeyd edilib.

 

Kollegiya iclasında, həmçinin komitənin elektron bazasının təkmilləşdirilməsi, elektron sənəd dövriyyəsi, məcburi köçkünlərə göstərilən kommunal xidmətlərin vəziyyəti, payız-qış mövsümünə hazırlıq, təchizat və istehsalat sahələrində işlərin təşkili və s. məsələlərə baxılıb, müvafiq tapşırıqlar verilib, fəaliyyət istiqamətləri müəyyənləşdirilib. 

 

Eyni zamanda, Zəngilan rayonunun Ağalı kəndinə yerli sakinlərin köçürülməsinin növbəti mərhələlərinin də ardıcıl şəkildə icra olunması üçün komitənin şöbə və departamentlərinə müvafiq tapşırıqlar verilib.

05 Mart, 2024 / Tədbirlər Zabuxda ağacəkmə aksiyası keçirilib
01 Mart, 2024 / Tədbirlər Füzuli şəhərinə köçürüləcək ailələr arasında növbəti püşkatma keçirilib
19 Yanvar, 2024 / Tədbirlər Dövlət Komitəsində qanvermə aksiyası keçirilib
29 Dekabr, 2023 / Tədbirlər Mina təhlükəsinə dair interaktiv təlim keçirilib
28 Dekabr, 2023 / Tədbirlər Yaponiyalı opera müğənnisi məcburi köçkünlər üçün konsert verib
25 Dekabr, 2023 / Tədbirlər Laçın şəhərində "Böyük Qayıdış: Heydər Əliyev dühası" adlı tədbir təşkil edilib
20 Dekabr, 2023 / Tədbirlər Mina təhlükəsinə dair interaktiv təlim keçirilib
13 Dekabr, 2023 / Tədbirlər Fotoqrafların işğaldan azad olunmuş ərazilərə infoturu təşkil edilib
12 Dekabr, 2023 / Tədbirlər Ümummilli lider Heydər Əliyevin anım günü ilə bağlı fləşmob keçirilib
11 Dekabr, 2023 / Tədbirlər “Böyük Qayıdış arzuları" adlı aksiya keçirilib
05 Dekabr, 2023 / Tədbirlər Otuz ölkəni təmsil edən xarici ekspertlər Zəngilanda bir araya gəliblər
30 Noyabr, 2023 / Tədbirlər İcma inkişafı məsələləri üzrə təlim keçirilib
30 Noyabr, 2023 / Tədbirlər Dövlət Komitəsinin əməkdaşlarına təlim keçirilib
27 Noyabr, 2023 / Tədbirlər Dövlət Komitəsinin təşkilati dəstəyi ilə tədbir təşkil edildi
23 Noyabr, 2023 / Tədbirlər Azərbaycanda ilk dəfə Təhsil Menecmenti Zirvəsi təşkil edilib
20 Noyabr, 2023 / Tədbirlər “Bura mənim evimdir” filminin təqdimat mərasimi keçirilib
18 Noyabr, 2023 / Tədbirlər “Böyük Qayıdış: Köçürülmə üzrə Püşkatma” tədbiri keçirilib
17 Noyabr, 2023 / Tədbirlər “Böyük Qayıdış: reinteqrasiya və icma əsaslı inkişaf” mövzusunda konfrans keçirilib
16 Noyabr, 2023 / Tədbirlər Səhiyyə Menecmenti Zirvəsində Böyük Qayıdışa həsr olunmuş panel müzakirəsi təşkil edilib
15 Noyabr, 2023 / Tədbirlər Laçın rayonuna növbəti infotur təşkil edilib