"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 216
Dövlət Komitəsinin sədri Sabirabadda vətəndaşları qəbul edib
Görüşlər 15 İyul, 2022

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev iyulun 15-də Sabirabad rayonunda vətəndaşları qəbul edib.

 

Qəbulda Sabirabad, Saatlı və İmişli rayonlarından olan vətəndaşlar iştirak ediblər ki, onların da əksəriyyəti həmin ərazilərdə məcburi köçkün kimi müvəqqəti məskunlaşan şəxslər olub. Müraciətlərdə dövlət mənzil fonduna məxsus xüsusi təyinatlı yaşayış sahələrinin verilməsi, müvəqqəti yaşayış sahələrinin təmiri, vahid aylıq müavinətin təyin edilməsi, məşğulluq və Böyük Qayıdışa hazırlıq məsələləri üstünlük təşkil edib.

 

Prezident İlham Əliyevin məcburi köçkünlərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində zəruri tədbirlər həyata keçirdiyi, Birinci vitse-prezident xanım Mehriban Əliyevanın bu kateqoriyadan olan insanlara xüsusi diqqət və qayğı göstərdiyi qeyd edilib. Dövlətimizin başçısının işğaldan azad edilmiş ərazilərin bərpası, məcburi köçkünlərin doğma yurd-yuvasına qayıdışının başlanması üçün verdiyi tapşırıqların icra vəziyyəti barədə vətəndaşlara məlumat verilib. Bildirilib ki, məcburi köçkünlər üçün yaşayış sahələri yalnız işğaldan azad edilmiş ərazilərdə inşa olunur və qarşıdakı illərdə bu sahədə işlər daha sürətləndiriləcəkdir. Mərhələli qaydada aparılacaq qayıdış zamanı, ilk növbədə, müvəqqəti məskunlaşma yerlərində ən ağır vəziyyətdə yaşayanlar yeni mənzillərə köçürüləcəklər.

 

Qəbul zamanı vətəndaşların qaldırdıqları məsələlərin bir qismi yerində həll olunub. Dövlət Komitəsinin sədri müraciətlərdə qaldırılan digər məsələlərin qısa müddətdə araşdırılacağını və müvafiq tədbirlərin görüləcəyini bildirib.

 

16 Avqust, 2022 / Görüşlər Dövlət Komitəsinin sədri vətəndaşları qəbul edib
12 Avqust, 2022 / Görüşlər Dövlət Komitəsinin sədri Gəncədə vətəndaşları qəbul edib
09 Avqust, 2022 / Görüşlər Dövlət Komitəsinin sədri vətəndaşları qəbul edib
02 Avqust, 2022 / Görüşlər Dövlət Komitəsinin sədri vətəndaşları qəbul edib
19 İyul, 2022 / Görüşlər Dövlət Komitəsinin sədri vətəndaşları qəbul edib
04 İyul, 2022 / Görüşlər Alman alimin Şuşanın qədim Azərbaycan şəhəri olduğunu təsdiqləyən kitabının təqdimatı keçirilib
28 İyun, 2022 / Görüşlər Dövlət Komitəsinin sədri vətəndaşları qəbul edib
24 İyun, 2022 / Görüşlər Dövlət Komitəsində BMqT-nin Azərbaycan Nümayəndəliyinin rəhbəri ilə görüş olub
23 İyun, 2022 / Görüşlər Dövlət Komitəsinin sədri BQXK-nın Azərbaycandakı nümayəndəliyinin yeni rəhbəri ilə görüşüb
21 İyun, 2022 / Görüşlər Dövlət Komitəsinin sədri vətəndaşları qəbul edib
18 İyun, 2022 / Görüşlər Dövlət Komitəsində “Mine Mark” fondunun nümayəndələri ilə görüş keçirilib
17 İyun, 2022 / Görüşlər Dünya Bankının nümayəndələri ilə görüş keçirilib
16 İyun, 2022 / Görüşlər Dövlət Komitəsinin sədri Bərdədə vətəndaşları qəbul edib
14 İyun, 2022 / Görüşlər Dövlət Komitəsinin sədri vətəndaşları qəbul edib
07 İyun, 2022 / Görüşlər Dövlət Komitəsində vətəndaşların qəbulu keçirilib
03 İyun, 2022 / Görüşlər Dövlət Komitəsində Kanadadan gəlmiş nümayəndə heyəti ilə görüş keçirilib
02 İyun, 2022 / Görüşlər Dövlət Komitəsi və Mediasiya Şurası arasında memorandum imzalanıb
19 May, 2022 / Görüşlər Dövlət Komitəsinin sədri Mingəçevirdə vətəndaşları qəbul edib
18 May, 2022 / Görüşlər USAİD geri qayıdacaq məcburi köçkünlərlə bağlı layihə icra edəcək
17 May, 2022 / Görüşlər Dövlət Komitəsində vətəndaşların qəbulu keçirilib