"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 639
Dünya Bankının nümayəndələri ilə görüş keçirilib
Görüşlər 17 İyun, 2022

İyunun 17-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Dünya Bankının (DB) Avropa və Mərkəzi  Asiya regionu üzrə Qlobal Sosial Dayanıqlılıq və İnkluzivlik Fəaliyyətinin təcrübə meneceri Varalakşimi Vemuru, sosial inkişaf üzrə baş mütəxəssislər Erik Conson, Sofiya Georgiyeva, DB-nin Azərbaycan üzrə regional direktoru Sara Maykl, poqram üzrə assistent Səbinə Məcidova ilə görüşüb.

 

Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən sosial inkişaf xətti, o cümlədən məcburi köçkünlərlə iş üzrə dövlət siyasəti haqqında məlumat verilib. Qeyd olunub ki, bu kateqoriyadan olan vətəndaşların yaşayış şəraitinin yaxşılaşdırılması, sosial müdafiəsinin gücləndirilməsi, onların məşğulluğunun artırılması istiqamətində mühüm işlər görülüb. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın məcburi köçkünlərin sosial problemlərinin həllinə xüsusi diqqət və qayğı göstərdiyi bildirilib.

 

Uzun illərdir dogma yurdundan didərgin düşmüş insanların işğaldan azad edilmiş ərazilərə könüllülük, təhlükəsizlik və layiqli həyat şəraitinə təminat prinsipləri əsasında qayıdışına hazırlıq görüldüyü diqqətə çatdırılıb. Dövlətimizin başçısının işğaldan azad edilmiş ərazilərdə sosial-iqtisadi, humanitar, təşkilati və digər təxirəsalınmaz məsələlərin həlli, eləcə də bu sahədə fəaliyyətin əlaqələndirilməsi məqsədilə yaratdığı Əlaqələndirmə Qərargahının bu istiqamətdə zəruri iş apardığı vurğulanıb.

 

Ölkəmizdə qaçqınlıq və məcburi köçkünlük problemlərinin həllinə beynəlxalq təşkilatların dəstəyi razılıq hissi ilə xatırlanıb, o cümlədən Dünya Bankı ilə əməkdaşlığın əhəmiyyəti qeyd edilib. Azərbaycan Hökuməti ilə Dünya Bankı arasında əməkdaşlığın genişləndirilməsinin işğaldan azad edilmiş ərazilərə qayıdışın uğurla həyata keçirilməsinə də töhfə verəcəyinə əminlik ifadə olunub. Bildirilib ki, Dünya Bankının tərkibindəki Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi ilə əməkdaşlığı çərçivəsində  gerçəkləşdirdiyi “Azərbaycanda bərpa və sülh quruculuğu üçün tədqiqat, təhlil və potensialın gücləndirilməsi” adlı qrant layihəsi yaxın gələcəkdə öz yurd-yuvalarına qayıdacaq məcburi köçkünlərin məşğulluq imkanlarının artırılmasına olduqca müsbət təsir göstərəcəkdir.

 

Dünya Bankının nümayəndələri səmimi görüşə və ətraflı məlumata görə minnətdarlıq bildirib, ölkəmizlə əməkdaşlıqdan məmnunluqlarını ifadə edib, məcburi köçkünlərin işğaldan azad edilmiş ərazilərə qayıdışı ilə bağlı aparılan işləri yüksək dəyərləndirib, təmsil etdikləri beynəlxalq maliyyə qurumunun bu prosesə dəstəyini artıracağını bildiriblər.

 

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub, qonaqları maraqlandıran suallar cavablandırılıb.

22 Aprel, 2024 / Görüşlər Dövlət Komitəsinin sədri Tərtərdə vətəndaşları qəbul edib
16 Aprel, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
09 Aprel, 2024 / Görüşlər Dövlət Komitəsində BMT QAK-ın nümayəndələri ilə görüş keçirilib
09 Aprel, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
02 Aprel, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
19 Mart, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
18 Mart, 2024 / Görüşlər Dövlət Komitəsinin sədri Siyəzəndə vətəndaşları qəbul edib
15 Mart, 2024 / Görüşlər Dövlət Komitəsində BMqT nümayəndələri ilə görüş keçirildi
13 Mart, 2024 / Görüşlər Dövlət Komitəsinin dəstəyi ilə həyata keçirilən layihənin təqdimatı keçirilib
12 Mart, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
05 Mart, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
04 Mart, 2024 / Görüşlər İctimai Şura üzvlərinin Böyük Qayıdış prosesində aktivliyi artırılacaq
01 Mart, 2024 / Görüşlər Dövlət Komitəsində almaniyalı deputatlarla görüş keçirilib
27 Fevral, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
21 Fevral, 2024 / Görüşlər Dövlət Komitəsinin sədri Ağdaşda vətəndaşları qəbul edib
20 Fevral, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
14 Fevral, 2024 / Görüşlər Dünya Bankı nümayəndələri ilə görüş keçirilib
13 Fevral, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
08 Fevral, 2024 / Görüşlər Dövlət Komitəsinin sədri bir qrup mərakeşli jurnalistlə görüşüb
30 Yanvar, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib