"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 228
Dövlət Komitəsinin sədri Bərdədə vətəndaşları qəbul edib
Görüşlər 16 İyun, 2022

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev iyunun 16-da Bərdədə, Bərdə və Tərtər rayonlarından olan vətəndaşları qəbul edib.

 

Qəbulda Bərdə və Tərtər rayonlarında yaşayan vətəndaşlar iştirak ediblər. Qəbula gələnlərin əksəriyyəti həmin ərazilərdə məcburi köçkün kimi məskunlaşan şəxslər olub. Müraciətlərdə dövlət mənzil fonduna məxsus xüsusi təyinatlı yaşayış sahələrinin verilməsi, müvəqqəti yaşayış sahələrinin təmiri, vahid aylıq müavinətin təyin edilməsi, məşğulluq və qayıdışa hazırlıq məsələləri  üstünlük təşkil edib.

 

Prezident İlham Əliyevin məcburi köçkünlərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində zəruri tədbirlər həyata keçirdiyi, Birinci vitse-prezident xanım Mehriban Əliyevanın bu kateqoriyadan olan insanlara xüsusi diqqət və qayğı göstərdiyi diqqətə çatdırılıb. Dövlətimizin başçısının işğaldan azad edilmiş ərazilərin bərpası, məcburi köçkünlərin doğma yurd-yuvasına qayıdışının başlanması üçün verdiyi tapşırıqların icra vəziyyəti barədə vətəndaşlara məlumat verilib. Bildirilib ki, məcburi köçkünlər üçün yaşayış sahələri yalnız işğaldan azad edilmiş ərazilərdə inşa olunur və qarşıdakı illərdə bu sahədə işlər daha sürətləndiriləcəkdir. Mərhələli qaydada aparılacaq qayıdış zamanı, ilk növbədə, müvəqqəti məskunlaşma yerlərində ən ağır vəziyyətdə yaşayanlar yeni mənzillərə köçürüləcəklər.

 

Qəbul zamanı vətəndaşların qaldırdıqları məsələlərin bir qismi yerində həll olunub. Dövlət Komitəsinin sədri müraciətlərdə qaldırılan məsələlərin qısa müddətdə araşdırılacağını və müvafiq tədbirlərin görüləcəyini bildirib.

28 İyun, 2022 / Görüşlər Dövlət Komitəsinin sədri vətəndaşları qəbul edib
24 İyun, 2022 / Görüşlər Dövlət Komitəsində BMqT-nin Azərbaycan Nümayəndəliyinin rəhbəri ilə görüş olub
23 İyun, 2022 / Görüşlər Dövlət Komitəsinin sədri BQXK-nın Azərbaycandakı nümayəndəliyinin yeni rəhbəri ilə görüşüb
21 İyun, 2022 / Görüşlər Dövlət Komitəsinin sədri vətəndaşları qəbul edib
18 İyun, 2022 / Görüşlər Dövlət Komitəsində “Mine Mark” fondunun nümayəndələri ilə görüş keçirilib
17 İyun, 2022 / Görüşlər Dünya Bankının nümayəndələri ilə görüş keçirilib
14 İyun, 2022 / Görüşlər Dövlət Komitəsinin sədri vətəndaşları qəbul edib
07 İyun, 2022 / Görüşlər Dövlət Komitəsində vətəndaşların qəbulu keçirilib
03 İyun, 2022 / Görüşlər Dövlət Komitəsində Kanadadan gəlmiş nümayəndə heyəti ilə görüş keçirilib
02 İyun, 2022 / Görüşlər Dövlət Komitəsi və Mediasiya Şurası arasında memorandum imzalanıb
19 May, 2022 / Görüşlər Dövlət Komitəsinin sədri Mingəçevirdə vətəndaşları qəbul edib
18 May, 2022 / Görüşlər USAİD geri qayıdacaq məcburi köçkünlərlə bağlı layihə icra edəcək
17 May, 2022 / Görüşlər Dövlət Komitəsində vətəndaşların qəbulu keçirilib
10 May, 2022 / Görüşlər Dövlət Komitəsinin sədri vətəndaşları qəbul edib
06 May, 2022 / Görüşlər Məcburi köçkünlərin qayıdışı və prosesə hazırlıq mövzusunda görüş keçirilib
26 Aprel, 2022 / Görüşlər Dövlət Komitəsinin sədri vətəndaşları qəbul edib
19 Aprel, 2022 / Görüşlər Dövlət Komitəsinin sədri vətəndaşları qəbul edib
14 Aprel, 2022 / Görüşlər Dövlət Komitəsində görüş keçirilib
13 Aprel, 2022 / Görüşlər Uzun müddətli məcburi köçkünlük və həsrətlə gözlənilən Qayıdış mövzusunda mühazirə deyilib
12 Aprel, 2022 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib