"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 668
“Mine Mark” Fondunun nümayəndə heyəti ağdamlı məktəblilərə təlim keçib və Ağdam şəhərindəki dağıntıların miqyası ilə tanış olub
Tədbirlər 14 İyun, 2022

İyunun 14-də Niderlandın Haaqa şəhərində fəaliyyət göstərən “Mine Mark” Fondunun nümayəndə heyəti Ağdama səfər edib.

  

Diasporla İş üzrə Dövlət Komitəsinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin birgə dəstəyi ilə baş tutan səfər çərçivəsində  Ağdam rayonunun Dördyol qəsəbəsində yerləşən 14 nömrəli Texniki Fənlər Təmayüllü məktəb-liseydə mina təhlükəsizliyi ilə bağlı ibtidai sinif şagirdlərinə maarifləndirici-interaktiv təlim keçirilib.

 

Təlim zamanı işğaldan azad edilmiş ərazilərə böyük qayıdış ərəfəsində mina və partlayıcı sursatlarla düzgün davranış qaydalarını bilməyin vacib olduğu vurğulanıb. Prosesin daha asan qavranılması məqsədilə elektron tətbiqlər və interaktiv oyunlar metodu seçilib. Şagirdlərə boyama kitabı, oyun kartları və kitabça paylanıb. Elektron tətbiqlə tanış olan şagird və müəllimlər bu metodun yaradılmasını rəğbətlə qarşılayıblar.  

 

Səfər çərçivəsində Almaniya, Niderland, İtaliya, Şimali Makedoniya mütəxəssislərinin daxil olduğu nümayəndə heyəti Ağdam şəhərində yerləşən “İmarət” kompleksi, Şəhidlər xiyabanı, Dram teatrı, Cümə məscidi, Çörək muzeyi və Şahbulaq qalasına, eləcə də mina basdırılmış ərazilərə baxış keçiriblər. Qonaqlar ermənilərin Ağdamın 27 illik işğalı dönəmində törətdikləri dağıntıların və vandalizm aktlarının şahidi olublar.

 

Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşı Araz İmanov dağıntıların miqyası, Ermənistan silahlı qüvvələri tərəfindən Qarabağ bölgəsində, o cümlədən Ağdamda kütləvi şəkildə minalar yerləşdirildiyi, rəsmi İrəvanın mina sahələri ilə bağlı bütün xəritələri təqdim etmədiyi, şəhərin yenidən qurulması üçün indiyədək görülən bərpa-quruculuq işləri, Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) işçi heyəti isə mina təmizlənməsi prosesi barədə qonaqlara ətraflı məlumat verib.

 

Qeyd edək ki, “Mine Mark” Fondunun innovativ layihəsi Ağdam rayon ərazisindəki məktəblərdə ilk dəfədir təşkil edilir. Qeyri-hökumət təşkilatının nümayəndə heyəti 2019-cu ildə Cəbrayıl rayonunun Novruz Aslanov adına Cocuq Mərcanlı kənd tam orta məktəbində, ötən gün isə paytaxt Bakıda şagirdlər üçün maarifləndirici tədbir keçirib. Bu təlimin yeni dərs ilindən etibarən müntəzəm olaraq müxtəlif məktəblərdə təşkili planlaşdırılır.  

 

19 Mart, 2024 / Tədbirlər Böyük Qayıdışla bağlı fləşmob keçirilib
05 Mart, 2024 / Tədbirlər Zabuxda ağacəkmə aksiyası keçirilib
01 Mart, 2024 / Tədbirlər Füzuli şəhərinə köçürüləcək ailələr arasında növbəti püşkatma keçirilib
19 Yanvar, 2024 / Tədbirlər Dövlət Komitəsində qanvermə aksiyası keçirilib
29 Dekabr, 2023 / Tədbirlər Mina təhlükəsinə dair interaktiv təlim keçirilib
28 Dekabr, 2023 / Tədbirlər Yaponiyalı opera müğənnisi məcburi köçkünlər üçün konsert verib
25 Dekabr, 2023 / Tədbirlər Laçın şəhərində "Böyük Qayıdış: Heydər Əliyev dühası" adlı tədbir təşkil edilib
20 Dekabr, 2023 / Tədbirlər Mina təhlükəsinə dair interaktiv təlim keçirilib
13 Dekabr, 2023 / Tədbirlər Fotoqrafların işğaldan azad olunmuş ərazilərə infoturu təşkil edilib
12 Dekabr, 2023 / Tədbirlər Ümummilli lider Heydər Əliyevin anım günü ilə bağlı fləşmob keçirilib
11 Dekabr, 2023 / Tədbirlər “Böyük Qayıdış arzuları" adlı aksiya keçirilib
05 Dekabr, 2023 / Tədbirlər Otuz ölkəni təmsil edən xarici ekspertlər Zəngilanda bir araya gəliblər
30 Noyabr, 2023 / Tədbirlər İcma inkişafı məsələləri üzrə təlim keçirilib
30 Noyabr, 2023 / Tədbirlər Dövlət Komitəsinin əməkdaşlarına təlim keçirilib
27 Noyabr, 2023 / Tədbirlər Dövlət Komitəsinin təşkilati dəstəyi ilə tədbir təşkil edildi
23 Noyabr, 2023 / Tədbirlər Azərbaycanda ilk dəfə Təhsil Menecmenti Zirvəsi təşkil edilib
20 Noyabr, 2023 / Tədbirlər “Bura mənim evimdir” filminin təqdimat mərasimi keçirilib
18 Noyabr, 2023 / Tədbirlər “Böyük Qayıdış: Köçürülmə üzrə Püşkatma” tədbiri keçirilib
17 Noyabr, 2023 / Tədbirlər “Böyük Qayıdış: reinteqrasiya və icma əsaslı inkişaf” mövzusunda konfrans keçirilib
16 Noyabr, 2023 / Tədbirlər Səhiyyə Menecmenti Zirvəsində Böyük Qayıdışa həsr olunmuş panel müzakirəsi təşkil edilib