"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 225
Dövlət Komitəsinin sədri vətəndaşları qəbul edib
Görüşlər 14 İyun, 2022

İyunun 14-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev əvvəlcədən növbəlilik əsasında qəbula yazılmış vətəndaşların müraciətlərini dinləyib, suallarını cavablandırıb.

 

Bildirilib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə  qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması, məşğulluğunun artırılması üçün genişmiqyaslı tədbirlər həyata keçirilib. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın da müharibədən əziyyət çəkən insanlara, o cümlədən məcburi köçkünlərə xüsusi diqqət və qayğı göstərdiyi qeyd olunub.

 

Dövlətimizin başçısının işğaldan azad edilmiş ərazilərin bərpası, məcburi köçkünlərin doğma yurda qayıdışa hazırlıqla bağlı verdiyi tapşırıqların icra vəziyyəti barədə vətəndaşlara məlumat verilib. Bildirilib ki, məcburi köçkünlər üçün yaşayış sahələri yalnız işğaldan azad edilmiş ərazilərdə inşa olunur və qarşıdakı illərdə bu sahədə işlər daha da sürətləndiriləcəkdir. Mərhələli qaydada aparılacaq qayıdış zamanı, ilk növbədə, müvəqqəti məskunlaşma yerlərində ən ağır vəziyyətdə yaşayanlar yeni mənzillərə köçürüləcəklər.

 

Qəbulda iştirak edən vətəndaşların müraciətləri, əsasən, mənzil-məişət şəraitinin yaxşılaşdırılması, kommunal xidmətlər, status, vahid aylıq müavinət, məşğulluq, işğaldan azad olunmuş ərazilərə qayıdış və digər məsələlərlə əlaqədar olub.

 

Komitə sədrinin qəbulunda əksəriyyəti məcburi köçkün olan vətəndaşların müraciətləri dinlənilib və müvafiq qaydada qeydə alınıb. Onlara bildirilib ki, qaldırılan məsələlər araşdırılacaq və qanunvericiliyə uyğun şəkildə həll ediləcəkdir.

28 İyun, 2022 / Görüşlər Dövlət Komitəsinin sədri vətəndaşları qəbul edib
24 İyun, 2022 / Görüşlər Dövlət Komitəsində BMqT-nin Azərbaycan Nümayəndəliyinin rəhbəri ilə görüş olub
23 İyun, 2022 / Görüşlər Dövlət Komitəsinin sədri BQXK-nın Azərbaycandakı nümayəndəliyinin yeni rəhbəri ilə görüşüb
21 İyun, 2022 / Görüşlər Dövlət Komitəsinin sədri vətəndaşları qəbul edib
18 İyun, 2022 / Görüşlər Dövlət Komitəsində “Mine Mark” fondunun nümayəndələri ilə görüş keçirilib
17 İyun, 2022 / Görüşlər Dünya Bankının nümayəndələri ilə görüş keçirilib
16 İyun, 2022 / Görüşlər Dövlət Komitəsinin sədri Bərdədə vətəndaşları qəbul edib
07 İyun, 2022 / Görüşlər Dövlət Komitəsində vətəndaşların qəbulu keçirilib
03 İyun, 2022 / Görüşlər Dövlət Komitəsində Kanadadan gəlmiş nümayəndə heyəti ilə görüş keçirilib
02 İyun, 2022 / Görüşlər Dövlət Komitəsi və Mediasiya Şurası arasında memorandum imzalanıb
19 May, 2022 / Görüşlər Dövlət Komitəsinin sədri Mingəçevirdə vətəndaşları qəbul edib
18 May, 2022 / Görüşlər USAİD geri qayıdacaq məcburi köçkünlərlə bağlı layihə icra edəcək
17 May, 2022 / Görüşlər Dövlət Komitəsində vətəndaşların qəbulu keçirilib
10 May, 2022 / Görüşlər Dövlət Komitəsinin sədri vətəndaşları qəbul edib
06 May, 2022 / Görüşlər Məcburi köçkünlərin qayıdışı və prosesə hazırlıq mövzusunda görüş keçirilib
26 Aprel, 2022 / Görüşlər Dövlət Komitəsinin sədri vətəndaşları qəbul edib
19 Aprel, 2022 / Görüşlər Dövlət Komitəsinin sədri vətəndaşları qəbul edib
14 Aprel, 2022 / Görüşlər Dövlət Komitəsində görüş keçirilib
13 Aprel, 2022 / Görüşlər Uzun müddətli məcburi köçkünlük və həsrətlə gözlənilən Qayıdış mövzusunda mühazirə deyilib
12 Aprel, 2022 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib