"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 1178
Məcburi köçkünlər üçün yeni layihənin icrasına başlanılıb
Tədbirlər 04 İyun, 2022

 

Dünya Bankı “Azərbaycanda bərpa və sülh quruculuğu üçün tədqiqat, təhlil və potensialın gücləndirilməsi” qrant layihəsi keçirir. Bu məqsədlə, iyunun 3-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində “Məcburi köçkünlərin gəlir imkanlarının dəstəklənməsinə dair təcrübələrin və ehtiyacların qiymətləndirilməsinin nəticələri” mövzusunda dəyirmi masa keçirilib.

 

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin məşğulluq sektorunun müdiri Kamran Ağamalıyev diqqətə çatdırıb ki, layihənin məqsədi bərpa və sülh quruculuğu sahəsində hökumətin potensialını təkmilləşdirmək üçün məcburi köçkünlərin mövcud sosial-iqtisadi vəziyyətinə dair bilgilərin genişləndirilməsi və onların ehtiyaclarını ödəmək üçün effektiv yanaşmaların müəyyənləşdirilməsidir. Layihə çərçivəsində  respublikamızın 22 şəhər və rayonda məcburi köçkünlərin vəziyyəti haqqında məlumatlar toplanılır və təhlillər aparılır.

 

Layihə çərçivəsində Dünya Bankının sifarişi, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin təşkilati dəstəyi ilə “Sigma ŞQ” şirkətinin ekspertləri tərəfindən məcburi köçkünlərin demoqrafik, sosial və iqtisadi vəziyyəti, eləcə də məşğulluq və özünüməşğulluq ilə gəlir əldə etmək imkanları və bacarıqları haqqında məlumatlar toplanılaraq təhlil edilir.

 

SİGMA-qrupun icraçı direktoru Rasim Ramazanov layihənin nəticələrinin mühüm əhəmiyyət daşıdığını qeyd edib. Layihə çərçivəsində planlaşdırılan işlərin artıq yarısının tamamlandığı bildirilib. Əmək bazarının, məşğulluq imkanlarını öyrənilməsi sahəsində layihələr icra edilib, növbəti layihələr məcburi köçkün gənclərin, xüsusilə qadınların cəlb edilməsi ilə icra olunacaq.

 

Dünya Bankının nümayəndəsi Turqut Mustafayev qrant layihəsinin komponentləri barədə danışıb, SİGMA-qrupun nümayəndələri Sabit Bağırov, Rüfət Əfəndiyev və Telman Yolçiyev isə layihəyə dair geniş təqdimatla çıxış ediblər.

 

Müzakirələrdə dövlət qurumlarının, beynəlxalq təşkilatların yerli ofislərinin nümayəndələri, QHT rəhbərləri iştirak ediblər. Layihənin icrası zamanı məcburi köçkünlərin ölkənin əmək bazarına cəlb edilməsi, özünüməşğulluğu və gəlirlərinin təminatına dəstək sahəsində əvvəllər icra edilən və cari proqramlar, təşəbbüslər və müxtəlif layihələr barədə fikir mübadiləsi aparılıb.

05 Mart, 2024 / Tədbirlər Zabuxda ağacəkmə aksiyası keçirilib
01 Mart, 2024 / Tədbirlər Füzuli şəhərinə köçürüləcək ailələr arasında növbəti püşkatma keçirilib
19 Yanvar, 2024 / Tədbirlər Dövlət Komitəsində qanvermə aksiyası keçirilib
29 Dekabr, 2023 / Tədbirlər Mina təhlükəsinə dair interaktiv təlim keçirilib
28 Dekabr, 2023 / Tədbirlər Yaponiyalı opera müğənnisi məcburi köçkünlər üçün konsert verib
25 Dekabr, 2023 / Tədbirlər Laçın şəhərində "Böyük Qayıdış: Heydər Əliyev dühası" adlı tədbir təşkil edilib
20 Dekabr, 2023 / Tədbirlər Mina təhlükəsinə dair interaktiv təlim keçirilib
13 Dekabr, 2023 / Tədbirlər Fotoqrafların işğaldan azad olunmuş ərazilərə infoturu təşkil edilib
12 Dekabr, 2023 / Tədbirlər Ümummilli lider Heydər Əliyevin anım günü ilə bağlı fləşmob keçirilib
11 Dekabr, 2023 / Tədbirlər “Böyük Qayıdış arzuları" adlı aksiya keçirilib
05 Dekabr, 2023 / Tədbirlər Otuz ölkəni təmsil edən xarici ekspertlər Zəngilanda bir araya gəliblər
30 Noyabr, 2023 / Tədbirlər İcma inkişafı məsələləri üzrə təlim keçirilib
30 Noyabr, 2023 / Tədbirlər Dövlət Komitəsinin əməkdaşlarına təlim keçirilib
27 Noyabr, 2023 / Tədbirlər Dövlət Komitəsinin təşkilati dəstəyi ilə tədbir təşkil edildi
23 Noyabr, 2023 / Tədbirlər Azərbaycanda ilk dəfə Təhsil Menecmenti Zirvəsi təşkil edilib
20 Noyabr, 2023 / Tədbirlər “Bura mənim evimdir” filminin təqdimat mərasimi keçirilib
18 Noyabr, 2023 / Tədbirlər “Böyük Qayıdış: Köçürülmə üzrə Püşkatma” tədbiri keçirilib
17 Noyabr, 2023 / Tədbirlər “Böyük Qayıdış: reinteqrasiya və icma əsaslı inkişaf” mövzusunda konfrans keçirilib
16 Noyabr, 2023 / Tədbirlər Səhiyyə Menecmenti Zirvəsində Böyük Qayıdışa həsr olunmuş panel müzakirəsi təşkil edilib
15 Noyabr, 2023 / Tədbirlər Laçın rayonuna növbəti infotur təşkil edilib