"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 775
Dövlət Komitəsində Kanadadan gəlmiş nümayəndə heyəti ilə görüş keçirilib
Görüşlər 03 İyun, 2022

İyunun 3-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Kanadanın Milli Etnik Mətbuat və Media Şurasının idarə heyətinin üzvü, Kanada Birləşmiş İcmalarının Mətbuat Məşvərət Şurasının rəhbəri Toni Ruprext, jurnalist İnqa Söney-Kelner və Kanada Türk Federasiyasının xarici əlaqələr üzrə konsul əlaqələndiricisi İsmayıl Vataneri ilə görüşüb.

 

Qonaqlara Ermənistanın işğalçılıq və deportasiya siyasəti və onun nəticəsində qaçqın və köçkün düşmüş bir milyondan çox soydaşımızın uzun illərdir yaşadığı çətinliklər, onların sosial problemlərinin həlli istiqamətində Azərbaycan dövlətinin gördüyü tədbirlər haqqında məlumat verilib. Prezident İlham Əliyevin məcburi köçkünlərin sosial müdafiəsinin gücləndirilməsinə, yaşayış şəraitinin yaxşılaşdırılmasına, məşğulluğunun artırılmasına xüsusi diqqət yetirdiyi, Birinci vitse-prezident xanım Mehriban Əliyevanın bu sahədəki təşəbbüslərinin böyük əhəmiyyət daşıdığı bildirilib. Qeyd olunub ki, məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün zəruri sosial-texniki infrastrukturu olan müasir tipli 116 qəsəbə salınıb.

 

Azərbaycan öz ərazilərini Ermənistanın işğalından azad etdikdən sonra məcburi köçkünlərin yenidən həmin ərazilərə qayıdışının təşkilini ən mühüm vəzifə kimi qarşıya qoyub. Hazırda bu məqsədlə təhlükəsizlik tədbirləri həyata keçirilir, işğalçıların dağıdıb viran qoyduğu yaşayış məntəqələrinin, infrastrukturun bərpası və yenidən qurulması işləri aparılır.   

 

Qeyd olunub ki, bu günlərdə Prezident İlham Əliyevin və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın iştirakı ilə Zəngilan rayonunun Ağalı kəndində “Ağıllı kənd” layihəsinin birinci mərhələsi üzrə açılış mərasimi olub. Yaxın zamanlarda, məcburi köçkün ailələrinin həmin kəndə köçürülməsinə başlanacaq.  Eyni zamanda, diqqətə çatdırılıb ki, Dövlət Komitəsi yerli və beynəlxalq təşkilatlarla birgə işğaldan azad olunmuş ərazilərə köçürüləcək məcburi köçkünlərin məşğulluğuna dəstək üçün layihələr icra edir.

 

Kanadanın Milli Etnik Mətbuat və Media Şurasının İdarə Heyətinin üzvü, Kanada Birləşmiş İcmalarının Mətbuat Məşvərət Şurasının rəhbəri Toni Ruprext Dövlət Komitəsinin fəaliyyəti, məcburi köçkünlərin geri dönüşü ilə bağlı ətraflı məlumat verdiyi üçün komitə sədrinə təşəkkür edib.

 

Görüşdə "Vətən" Azərbaycan İncəsənət və Mədəniyyət Mərkəzinin rəhbəri Lalin Həsənova və mərkəzin üzvü Eldar Həsənov iştirak ediblər.

16 Aprel, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
09 Aprel, 2024 / Görüşlər Dövlət Komitəsində BMT QAK-ın nümayəndələri ilə görüş keçirilib
09 Aprel, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
02 Aprel, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
19 Mart, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
18 Mart, 2024 / Görüşlər Dövlət Komitəsinin sədri Siyəzəndə vətəndaşları qəbul edib
15 Mart, 2024 / Görüşlər Dövlət Komitəsində BMqT nümayəndələri ilə görüş keçirildi
13 Mart, 2024 / Görüşlər Dövlət Komitəsinin dəstəyi ilə həyata keçirilən layihənin təqdimatı keçirilib
12 Mart, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
05 Mart, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
04 Mart, 2024 / Görüşlər İctimai Şura üzvlərinin Böyük Qayıdış prosesində aktivliyi artırılacaq
01 Mart, 2024 / Görüşlər Dövlət Komitəsində almaniyalı deputatlarla görüş keçirilib
27 Fevral, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
21 Fevral, 2024 / Görüşlər Dövlət Komitəsinin sədri Ağdaşda vətəndaşları qəbul edib
20 Fevral, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
14 Fevral, 2024 / Görüşlər Dünya Bankı nümayəndələri ilə görüş keçirilib
13 Fevral, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
08 Fevral, 2024 / Görüşlər Dövlət Komitəsinin sədri bir qrup mərakeşli jurnalistlə görüşüb
30 Yanvar, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
23 Yanvar, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib