"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 590
Dövlət Komitəsinin sədr müavini beynəlxalq vebinarda çıxış edib
Mətbuat xidmətinin məlumatı 27 May, 2022

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov “Böhranlar şəraitində gender ayrı-seçkiliyinin, təlim və tədrisdə bərabərsizliklərin aradan qaldırılması – Azərbaycan nümunəsi” mövzusunda vebinarda çıxış edib.

 

Azərbaycan Respublikasının Efiopiya Federativ Demokratik Respublikasındakı səfirliyi, UNESCO-nun Əddis-Əbəbədəki ofisinin və Azərbaycanın UNESCO nəzdində Milli Komissiyasının birgə təşkilatçılığı ilə keçirilən beynəlxalq vebinarın əsas məqsədi  ölkəmizin gender bərabərliyi sahəsindəki təcrübəsini Afrika ölkələri ilə bölüşməkdən ibarət olub.

 

Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov çıxışı zamanı Azərbaycanda Ermənistanın işğalçılıq və deportasiya siyasəti nəticəsində yaranan qaçqın və məcburi köçkün problemi, onların problemlərinin  həlli ilə bağlı həyata keçirilən dövlət siyasəti haqqında məlumat verilib. Bildirilib ki, Prezident İlham Əliyevin bu kateqoriyadan olan soydaşlarımızın mənzil-məişət şəraitinin yaxşılaşdırılması, maddi rifah halının yüksəldilməsi üçün verdiyi tapşırıqlar ardıcıllıqla icra olunur. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın məcburi köçkünlərə daim diqqət və qayğı göstərdiyi qeyd edilib.

 

Nəzərə çatdırılıb ki, məcburi köçkünlərin sosial problemlərinin həlli ilə bağlı hazırlanan hər bir normativ hüquqi aktda gender bərabərliyi məsələsi də diqqətə alınır. Qadınlara kişilərlə bərabər mənzil, məşğulluq, müavinət, təhsil, səhiyyə sahələrində tətbiq edilən güzəşt və imtiyazlardan yararlanmaq hüququ verilir. Eyni zamanda, məcburi köçkünlərin təhsil alması və bu sahədə tətbiq olunan güzəştlərdən yararlanması üçün də imkan yaradılıb. Azərbaycan ərazilərinin 30 ilə yaxın işğal altında olduğu dövrdə həmin rayonlarda fəaliyyət göstərmiş təhsil idarələrinin və məktəblərin müəllim kollektivi məcburi köçkünlərin müvəqqəti məskunlaşdığı şəhər və rayonlarda fəaliyyətini davam etdirib.

 

Vebinar iştirakçılarına bildirilib ki, 2020-ci ilin sentyabrında Azərbaycan Vətən müharibəsində əldə etdiyi tarixi qələbədən sonra ərazi bütövlüyünü bərpa edib. Keçmiş məcburi köçkünlərin ata-baba yurdlarına qayıtması üçün şərait yaranıb. Ərazilərin minalardan təmizlənməsi, rabitə-kommunikasiya xətləri və infrastrukturun qurulmasından sonra məcburi köçkünlərin könüllü, təhlükəsiz, ləyaqətlə qayıdışı həyata keçiriləcək. Böyük Qayıdışdan öncə məcburi köçkünlər arasında aparılan sorğu zamanı da gender bərabərliyi, gender və yaşa aid ehtiyaclar məsələsinə diqqət yetirilir, təhsil, məşğulluq kimi məsələlərin həlli ilə əlaqədar olaraq, həm qadınların, həm də kişilərin fikirləri öyrənilir. Bu, eyni zamanda, onların fərdi istəklərinin də qarşılanmasına müsbət təsir edəcək. 

 

Sonda əminliklə bildirilib ki, ölkə başçısının rəhbərliyi ilə aparılan siyasət nəticəsində yaxın illərdə Azərbaycan post-münaqişə reabilitasiyası və reinteqrasiyası üzrə yeni dünyəvi model təqdim edəcək.

 

Vebinar tədbir iştirakçılarının çıxışları ilə davam edib.

26 May, 2023 / Mətbuat xidmətinin məlumatı Azərbaycan-Aİ Əməkdaşlıq Komitəsi çərçivəsində fəaliyyət göstərən alt-komitənin iclasında Böyük Qayıdış prosesi haqqında məlumat verilib
23 May, 2023 / Mətbuat xidmətinin məlumatı Dövlət Komitəsi yanında İctimai Şuraya seçkilərdə səsvermə ilə əlaqədar Elan
11 May, 2023 / Mətbuat xidmətinin məlumatı Dövlət Komitəsinin əməkdaşı “Heydər Əliyev Zirvəsi”nə qalxıb
24 Aprel, 2023 / Mətbuat xidmətinin məlumatı Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi yanında İctimai Şuraya seçkilərlə əlaqədar Elan
18 Aprel, 2023 / Mətbuat xidmətinin məlumatı Başlıbel qətliamı haqqında məlumat
17 Aprel, 2023 / Mətbuat xidmətinin məlumatı Talış sakinləri doğma yurda qayıdışın sevincini yaşayır
05 Aprel, 2023 / Mətbuat xidmətinin məlumatı Laçında doğulmayanların, Laçınla doğulan arzuları
16 Mart, 2023 / Mətbuat xidmətinin məlumatı Əlaqələndirmə Qərargahının növbəti iclası keçirilib
09 Mart, 2023 / Mətbuat xidmətinin məlumatı Doğma yurda qayıdış uşaqların arzularında...
26 Yanvar, 2023 / Mətbuat xidmətinin məlumatı Beynəlxalq Miqrasiya Təşkilatı ilə birgə əməkdaşlıq məsələləri müzakirə olunub
19 Yanvar, 2023 / Mətbuat xidmətinin məlumatı Laçın sakinləri doğma yurda qayıtmağa hazırdır
09 Dekabr, 2022 / Mətbuat xidmətinin məlumatı Dövlət Komitəsinin sədr müavini Müdafiə sahəsində təhdidlər üzrə Dialoqun 13-cü iclasında iştirak edib
06 Dekabr, 2022 / Mətbuat xidmətinin məlumatı Zəngilanlı müəllim: “Şagirdlərimizlə birgə təhsilimizi Zəngilanda davam etdirəcəyik”
05 Dekabr, 2022 / Mətbuat xidmətinin məlumatı Dövlət Komitəsinin sədr müavini “Stratcom 22” sammitində Böyük Qayıdış haqqında çıxış edib
04 Noyabr, 2022 / Mətbuat xidmətinin məlumatı Zəfər Günü ərəfəsində veteranların görüşü
21 Oktyabr, 2022 / Mətbuat xidmətinin məlumatı Gənc diplomatlara Böyük Qayıdış haqqında məlumat verilib
18 Oktyabr, 2022 / Mətbuat xidmətinin məlumatı Ağdam sakini: Kəndimizin təməlqoyma mərasimini böyük sevinc və qürur hissi ilə izlədik
12 Oktyabr, 2022 / Mətbuat xidmətinin məlumatı Mətbuat xidmətinin məlumatı
11 Oktyabr, 2022 / Mətbuat xidmətinin məlumatı Dövlət Komitəsinin sədr müavini BMT QAK-ın iclasında Böyük Qayıdış prosesi haqqında məlumat verib
10 Oktyabr, 2022 / Mətbuat xidmətinin məlumatı Xıdırlı kənd sakini: Gələcəyə ümidimiz çox böyükdür