"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 755
Alman səfiri ilə… bir gün Şuşada
Tədbirlər 26 May, 2022

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayevlə Almaniya Federativ Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Volfqanq Maniq ölkəmizin mədəniyyət paytaxtı olan Şuşa şəhərinə səfər ediblər. Səfər zamanı qonağı Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov müşaiyət edib.

 

Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə qaçqınlar və məcburi köçkünlərlə iş sahəsində həyata keçirilən dövlət siyasəti haqqında qonağa ətraflı məlumat verilib. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın bu siyasətin aparılmasında mühüm xidmətləri qeyd edilib.

 

Azərbaycanın 44 günlük Vətən müharibəsində təcavüzkar Ermənistanın işğalına son qoyduğu, məcburi köçkünlərin öz yurdlarına qayıtmasına imkan yarandığı, dövlətimizin başçısının tapşırıqları əsasında, onların könüllü, ləyaqətli və təhlükəsiz qayıdışının təmin olunması üçün zəruri tədbirlər görüldüyü diqqətə çatdırılıb. Səfir Maniq bütün köçkünlərin geri qayıtmasının regionun bütün sakinləri üçün dinc və səmərəli birgə yaşayışa qapı açacağına ümid etdiyini bildirib.

 

Səfər zamanı Şuşa və onun tarixi haqqında almaniyalı səfirə ətraflı məlumat verilib. Qeyd edilib ki, 30 ilə yaxın işğal dövründə Şuşa şəhərindəki tarixi binalar, məscidlər, abidələr erməni vandalizminə məruz qalıb. İşğaldan azad edildikdən sonra Şuşada genişmiqyaslı bərpa-quruculuq işlərinə başlanılıb. Bildirilib ki, infrastrukturun yenidən qurulması ilə yanaşı, şəhərin tarixi siması və mədəniyyət abidələri də bərpa olunur. Etnik alman olan, Şuşa şəhərindən məcburi köçkün İrma Veberin dərs dediyi 1 nömrəli məktəbdə həyata keçirilən yenidənqurma ilə də tanış olub.

 

Dövlət Komitəsinin sədri almaniyalı alim Mixael Hessin “Şuşanın irsi. Azərbaycanın mədəniyyət paytaxtının tarixi və inkişaf yolu” adlı kitabını səfirə hədiyyə edib. Səfir kitabda Şuşa ilə Almaniyanın Vaymar şəhəri arasındakı mədəni oxşarlıq barədə söylənilən fikrə diqqət yetirib, Şuşa ilə Vaymar arasında əlaqələrin qurulmasına dəstək verəcəyini vəd edib.

 

Volfqanq Maniq Azərbaycanın tanınmış şəxsiyyətləri - Natəvan, Bülbül və Üzeyir Hacıbəylinin heykəllərinin qoyulduğu mərkəzi meydana gedib.  Qonaq sonra Şuşa şəhərində Xurşidbanu Natəvanın evi, Xan qızı bağı, Xan qızı bulağı, Xan sarayı, Üzeyir Hacıbəylinin heykəli və evi olan ərazilərdə, həmçinin Yuxarı Gövhərağa məscidi və Qazançı kilsəsi ilə tanış olub.

 

Səfir Şuşaya səfərin təşkilinə görə təşəkkür bildirib, şəhəri,  Cıdır düzünü çox bəyəndiyini qeyd edib, imkan yarananda, yenidən buraya səfər edəcəyini deyib.

05 Mart, 2024 / Tədbirlər Zabuxda ağacəkmə aksiyası keçirilib
01 Mart, 2024 / Tədbirlər Füzuli şəhərinə köçürüləcək ailələr arasında növbəti püşkatma keçirilib
19 Yanvar, 2024 / Tədbirlər Dövlət Komitəsində qanvermə aksiyası keçirilib
29 Dekabr, 2023 / Tədbirlər Mina təhlükəsinə dair interaktiv təlim keçirilib
28 Dekabr, 2023 / Tədbirlər Yaponiyalı opera müğənnisi məcburi köçkünlər üçün konsert verib
25 Dekabr, 2023 / Tədbirlər Laçın şəhərində "Böyük Qayıdış: Heydər Əliyev dühası" adlı tədbir təşkil edilib
20 Dekabr, 2023 / Tədbirlər Mina təhlükəsinə dair interaktiv təlim keçirilib
13 Dekabr, 2023 / Tədbirlər Fotoqrafların işğaldan azad olunmuş ərazilərə infoturu təşkil edilib
12 Dekabr, 2023 / Tədbirlər Ümummilli lider Heydər Əliyevin anım günü ilə bağlı fləşmob keçirilib
11 Dekabr, 2023 / Tədbirlər “Böyük Qayıdış arzuları" adlı aksiya keçirilib
05 Dekabr, 2023 / Tədbirlər Otuz ölkəni təmsil edən xarici ekspertlər Zəngilanda bir araya gəliblər
30 Noyabr, 2023 / Tədbirlər İcma inkişafı məsələləri üzrə təlim keçirilib
30 Noyabr, 2023 / Tədbirlər Dövlət Komitəsinin əməkdaşlarına təlim keçirilib
27 Noyabr, 2023 / Tədbirlər Dövlət Komitəsinin təşkilati dəstəyi ilə tədbir təşkil edildi
23 Noyabr, 2023 / Tədbirlər Azərbaycanda ilk dəfə Təhsil Menecmenti Zirvəsi təşkil edilib
20 Noyabr, 2023 / Tədbirlər “Bura mənim evimdir” filminin təqdimat mərasimi keçirilib
18 Noyabr, 2023 / Tədbirlər “Böyük Qayıdış: Köçürülmə üzrə Püşkatma” tədbiri keçirilib
17 Noyabr, 2023 / Tədbirlər “Böyük Qayıdış: reinteqrasiya və icma əsaslı inkişaf” mövzusunda konfrans keçirilib
16 Noyabr, 2023 / Tədbirlər Səhiyyə Menecmenti Zirvəsində Böyük Qayıdışa həsr olunmuş panel müzakirəsi təşkil edilib
15 Noyabr, 2023 / Tədbirlər Laçın rayonuna növbəti infotur təşkil edilib