"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 903
USAİD geri qayıdacaq məcburi köçkünlərlə bağlı layihə icra edəcək
Görüşlər 18 May, 2022

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Sosial İştiraka Dəstək (SES) layihəsinin rəhbəri Mark Qrabın başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

 

Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov Ermənistanın Azərbaycana qarşı işğalçılıq və deportasiya siyasəti, bunun nəticəsində yaranmış qaçqınlıq və məcburi köçkünlük problemi, həmin kateqoriyadan olan insanların sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlər haqqında məlumat verib. Bildirilib ki, Prezident İlham Əliyevin  sosial siyasətinin prioritet istiqamətlərindən biri kimi məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, məşğulluğunun artırılması sahəsində böyük işlər görülüb.

 

Birinci vitse-prezident Mehriban xanım Əliyevanın da müharibədən əziyyət çəkən insanlara, o cümlədən məcburi köçkünlərə xüsusi diqqət və qayğı göstərdiyi qeyd olunub.

 

Nəzərə çatdırılıb ki, 44 günlük Vətən müharibəsindən sonra məcburi köçkünlərin doğma yurdlarına – işğaldan azad edilmiş ərazilərə qayıtması üçün şərait yaranıb. Hazırda ərazilərin minalardan təmizlənməsi, rabitə-kommunikasiya xətlərinin yenidən qurulması istiqamətində tədbirlər həyata keçirilir. Məcburi köçkünlərin təhlükəsiz və rahat yaşayışının, dayanıqlı məskunlaşmasının təmin olunması qarşıya qoyulan ən mühüm vəzifədir.

 

USAİD-in Sosial İştiraka Dəstək (SES) layihəsinin rəhbəri Mark Qrab layihə haqqında məlumat verib. Bildirib ki, layihənin məqsədi inkişaf əsaslı birgə təşəbbüslərdə hökumət ilə səmərəli qarşılıqlı fəaliyyətin təşkili üçün vətəndaşların və vətəndaş qruplarının bilik və bacarıqlarını təkmilləşdirməkdir. Məcburi köçkünlərin işğaldan azad olunmuş ərazilərə qayıdışı ərəfəsində layihə üzrə növbəti tədbirlər məcburi köçkünlərin iştirakı ilə keçiriləcək. Layihənin məlumat bazasını yeniləmək üçün məcburi köçkünlərin ehtiyacları təhlil olunacaq. Daha sonra məcburi köçkünlərin məşğulluğuna dəstək üçün dövlət qurumları və təşkilatlarla birgə təlimlər keçiriləcək.

 

Görüşdə “Yüksəliş” müsabiqəsinin qalibi kimi Dövlət Komitəsində mentorluq proqramına cəlb olunmuş Xamis Seyranov da iştirak edib.

25 Aprel, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
22 Aprel, 2024 / Görüşlər Dövlət Komitəsinin sədri Tərtərdə vətəndaşları qəbul edib
16 Aprel, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
09 Aprel, 2024 / Görüşlər Dövlət Komitəsində BMT QAK-ın nümayəndələri ilə görüş keçirilib
09 Aprel, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
02 Aprel, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
19 Mart, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
18 Mart, 2024 / Görüşlər Dövlət Komitəsinin sədri Siyəzəndə vətəndaşları qəbul edib
15 Mart, 2024 / Görüşlər Dövlət Komitəsində BMqT nümayəndələri ilə görüş keçirildi
13 Mart, 2024 / Görüşlər Dövlət Komitəsinin dəstəyi ilə həyata keçirilən layihənin təqdimatı keçirilib
12 Mart, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
05 Mart, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
04 Mart, 2024 / Görüşlər İctimai Şura üzvlərinin Böyük Qayıdış prosesində aktivliyi artırılacaq
01 Mart, 2024 / Görüşlər Dövlət Komitəsində almaniyalı deputatlarla görüş keçirilib
27 Fevral, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
21 Fevral, 2024 / Görüşlər Dövlət Komitəsinin sədri Ağdaşda vətəndaşları qəbul edib
20 Fevral, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
14 Fevral, 2024 / Görüşlər Dünya Bankı nümayəndələri ilə görüş keçirilib
13 Fevral, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
08 Fevral, 2024 / Görüşlər Dövlət Komitəsinin sədri bir qrup mərakeşli jurnalistlə görüşüb