"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 68
Dövlət Komitəsinin gənc əməkdaşlarına YAP-ın üzvlük vəsiqəsi təqdim edilib
Tədbirlər 04 May, 2022

Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində Yeni Azərbaycan Partiyasının (YAP) Yasamal rayonu, “Tbilisi prospekti, 129” ərazi partiya təşkilatının ümumi iclası keçirilib. İclasda Dövlət Komitəsinin sədri Rövşən Rzayev, YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev və komitənin əməkdaşları  iştirak ediblər.

 

Komitə sədri ümummilli lider Heydər Əliyevin sədrliyi ilə yaradılan Yeni Azərbaycan Partiyasının keçdiyi şərəfli inkişaf yolundan bəhs edib. Bu gün Prezident İlham Əliyevin rəhbərlik etdiyi partiyanın cəmiyyətdə böyük inam və etimada sahib olduğunu vurğulayıb.  1990-cı illərin əvvəllərində, Azərbaycanın ağır vəziyyətdə olduğu bir vaxtda ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə yaradılan YAP-ın ölkəmizin bütün sahələrdə inkişafında mühüm rolunu qeyd edən komitə sədri Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində Azərbaycanın əldə etdiyi tarixi nailiyyət və qələbələri diqqətə çatdırıb.

 

YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev qeyd edib ki, ulu öndər Heydər Əliyevin yaradıcısı olduğu Yeni Azərbaycan Partiyası bu gün dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə əhəmiyyətli uğurlara imza atır, sıralarını kəmiyyət və keyfiyyət baxımından daha da zənginləşdirir.O, YAP-ın qarşıya qoyulan vəzifələrinin yerinə yetirilməsində rayon və ərazi partiya təşkilatlarının da rolunu, onların mütəşəkkil, aktiv fəaliyyətinin vacibliyini qeyd edib.

 

Tədbirdə komitənin partiyaya üzv qəbul olunmuş 12 gənc əməkdaşına üzvlük vəsiqəsi verilib.

 

Vəsiqələri Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev və YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev təqdim edərək, yeni üzvlərə uğurlar arzulayıblar.

 

Tədbirdə partiyanın üzvlüyünə qəbul olunan gənc əməkdaşlar çıxış edərək bildiriblər ki, bu gün onların həyatında çox əlamətdar hadisə kimi qalacaq. İnkişaf və müasirlik partiyası olan Yeni Azərbaycan Partiyasının üzvü olmaq böyük məsuliyyət və şərəfdir.

10 May, 2022 / Tədbirlər Dövlət Komitəsində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ilə bağlı tədbir keçirilib
20 Aprel, 2022 / Tədbirlər Dövlət Komitəsində “Tanrı yoxuşu” kitabının təqdimatı keçirilib
15 Aprel, 2022 / Tədbirlər “Hökumətin fermerlərə dəstək mexanizmləri” mövzusunda təlim keçirilib
15 Fevral, 2022 / Tədbirlər Dövlət Komitəsində kollegiya iclası keçirilib
02 Fevral, 2022 / Tədbirlər Gənclər günü münasibəti ilə “Qarabağlı, Zəngəzurlu gəncliyimiz” adlı videokonfrans keçirilib
19 Yanvar, 2022 / Tədbirlər ANAMA Dövlət Komitəsinin əməkdaşlarına təlim keçib
09 Dekabr, 2021 / Tədbirlər “Qobu Park”da mina təhlükəsizliyi üzrə innovativ tədbir keçirilib
11 Noyabr, 2021 / Tədbirlər Məcburi köçkünlərə dəstək tədbiri keçirilib
10 Noyabr, 2021 / Tədbirlər “Zəfər arzuları” sosial aksiyası yekunlaşıb
05 Noyabr, 2021 / Tədbirlər “Zəfər arzuları” adlı sosial aksiya keçirilib
09 Oktyabr, 2021 / Tədbirlər Dövlət Komitəsinin sədr müavini BMT-nin tədbirində çıxış edib
27 Sentyabr, 2021 / Tədbirlər Bölgələrdəki nümayəndəliklər şəhidlərin xatirəsini yad ediblər
27 Sentyabr, 2021 / Tədbirlər Dövlət Komitəsində şəhidlərin xatirəsi yad olunub
30 İyun, 2021 / Tədbirlər Şəhidlərin xatirəsi əbədiləşdirilib
25 İyun, 2021 / Tədbirlər Məcburi köçkünlər və jurnalistlər üçün mina təhlükəsinə dair təlim təşkil edilib
23 İyun, 2021 / Tədbirlər Şəhid dövlət qulluqçusunun məzarı ziyarət olunub
03 İyun, 2021 / Tədbirlər Mina təhlükəsizliyinə dair maarifləndirmə təlimlərinə yekun vurulub
02 İyun, 2021 / Tədbirlər Tərtərdə mina təhlükəsizliyinə dair maarifləndirmə tədbiri keçirilib
01 İyun, 2021 / Tədbirlər Mina təhlükəsizliyinə dair maarifləndirmə təlimlərinə başlandı
27 May, 2021 / Tədbirlər Respublika Günü ilə əlaqədar ağacəkmə aksiyası keçirilib