"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 1064
Belçika-Azərbaycan parlamentlərarası əlaqələr üzrə işçi qrupun üzvlərindən ibarət nümayəndə heyəti Ağdam rayonunda olmuşlar
Mətbuat xidmətinin məlumatı 07 Yanvar, 2012
Ölkəmizdə səfərdə olan Belçika–Azərbaycan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri yanvarın 7-də Ağdam rayonunda olmuşlar. Belçika–Azərbaycan parlamentlərarası əlaqələr üzrə dostluq qrupunun üzvləri, həmçinin Milli Məclisin deputatı Qənirə Paşayeva və Qaçqınların və Məcburi Koçkünlərin İşləri üzrə Dövlət Komitəsinin əməkdaşları əvvəlcə Ağdam Rayon İcra Hakimiyyətində olmuşlar. Rayon icra hakimiyyətinin başçısı Nizami Sadıqov qonaqlara Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində doğma yurd-yuvalarından didərgin düşmüş insanların problemləri barədə ətraflı məlumat vermişdir. Bildirilmişdir ki, Ermənistan silahlı qüvvələri tərəfindən 1993-cü ildə Ağdam rayonunun 73,4 faizi – Ağdam şəhəri, bir qəsəbə və 82 kənd işğal edilərək dağıdılmışdır. Rayonun 180 min əhalisindən 140 mini məcburi köçkün kimi respublikamızın digər bölgələrində məskunlaşmışdır. Məcburi köçkünlərin ən böyük arzuları doğma yurd-yuvalarına qayıtmaqdır. Qeyd olunmuşdur ki, Azərbaycan dövləti öz imkanları hesabına qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirmişdir. Təkcə Ağdamda məcburi köçkünlər üçün 17 qəsəbə salınmışdır. Hazırda rayon ərazisində 90 min əhali yaşayır ki, onun 50 mindən çoxu məcburi köçkünlərdir. N.Sadıqov dünya birliyinin münaqişə ilə bağlı ikili siyasətinə təəssüfünü bildirərək beynəlxalq təşkilatlardan ədalətin təmin olunmasını istəmişdir. Q.Paşayeva ötən il martın 8-də Ağdam rayonunun 9 yaşlı sakini Fariz Bədəlovun erməni snayperi tərəfindən qətlə yetirildiyini qonaqların diqqətinə çatdıraraq bildirmişdir ki, cəbhə xəttində yaşayan dinc əhali tez-tez Ermənistan ordusu tərəfindən atəşə tutulur. Məlumat verilmişdir ki, iqtisadiyyatının əsasını kənd təsərrüfatı təşkil edən Ağdam rayonunun əhalisinin digər problemi isə su mənbələrinin işğal altında olmasıdır. Sonra qonaqların Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, məcburi köçkünlərin və cəbhə xəttində yaşayan əhalinin həyat şəraiti ilə bağlı sualları cavablandırılmışdır. Qonaqlara, həmçinin Ağdamın işğaldan əvvəlki və sonrakı görüntülərini əks etdirən “Qafqaz Xirosiması” filmi təqdim olunmuş, fotoalbom və filmin diski verilmişdir. Daha sonra Belçika–Azərbaycan parlamentlərarası əlaqələr üzrə dostluq qrupunun üzvləri 2010-cu ilin noyabrında Quzanlı qəsəbəsi ərazisində məcburi köçkünlərin istifadəsinə verilmiş 689 mənzilli qəsəbədəki 18 nömrəli məktəbə gəlmişlər. Ağdam Rayon Təhsil Şöbəsinin müdiri Elmira Şükürova qeyd etmişdir ki, 480 şagirdin təhsil aldığı məktəbdə tədrisin yüksək səviyyədə təşkili üçün dövlət tərəfindən lazımi şərait yaradılmışdır. Qonaqlar məcburi köçkün, I qrup Qarabağ müharibəsi əlili Fəxrəddin Rəhimovun mənzilinə də baxmış, ailənin şəraiti ilə tanış olmuşlar. Belçika–Azərbaycan parlamentlərarası əlaqələr üzrə dostluq qrupunun rəhbəri Filip Blanşar jurnalistlərə bildirmişdir ki, səfərin məqsədi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, məcburi köçkünlərin problemləri haqqında daha ətraflı məlumat əldə etməkdir. İşğal altında olan torpaqların azad edilməsi ilə bağlı beynəlxalq aləmdə qəbul edilən sənədləri diqqətə çatdıran F.Blanşar BMT və Avropa Şurasının münaqişə ilə bağlı mövqeyini dəstəklədiklərini, Dağlıq Qarabağ probleminin tezliklə ədalətli həllinin tərəfdarı olduqlarını bildirmişdir.
09 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Mənsum İbrahimov: "Qarabağda əbədi yaşayacayıq"
01 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Şamil Süleymanlı: "Böyük Qayıdış başlayıb, evlərimizə qayıdırıq
30 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Laçın rayonuna çatıb
30 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Laçın rayonuna növbəti köç karvanı yola salınıb
29 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
29 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
27 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
27 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
18 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Nəzakət Teymurova: O torpaqda yenidən yeni həyat qurmaq lazımdır
18 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
18 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
15 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
15 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
13 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Əlaqələndirmə Qərargahının növbəti iclası keçirilib
12 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Tahir İmanov: İstənilən şəhəri, istənilən kəndi gözəlləşdirən onun doğma sakinləridir
07 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Firəngiz Mütəllimova: Şuşada böyük məmnuniyyətlə gedib yaşayacam
07 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Sosial medianın dövlət qurumları üçün əhəmiyyətinə dair təlim keçirilib
28 Fevral, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Laçın rayonuna çatıb
28 Fevral, 2024 / Mətbuat xidmətinin məlumatı Laçın rayonuna növbəti köç karvanı yola salınıb
27 Fevral, 2024 / Mətbuat xidmətinin məlumatı Əbədi məskunlaşmanın ünvanı: Qarabağ və Şərqi Zəngəzur