"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 149
Dövlət Komitəsinin əməkdaşları üçün təlim keçiriləcək
Mətbuat xidmətinin məlumatı 15 Aprel, 2022

Qaçqınların və Məcburi köçkünlərin İşləri üzrə Dövlət Komitəsi və Azərbaycan Bank Tədris Mərkəzinin (ABTC) birgə fəaliyyəti çərçivəsində Dövlət Komitəsinin əməkdaşları üçün “İdarəçilik” mövzusunda təkmilləşdirmə təlimləri keçiriləcək. 21 aprel 2022-ci il tarixində baş tutacaq təlimin keçirilməsində əsas məqsəd menecerlik və menecerin vəzifəsi, tələb olunan keyfiyyətlər, vəzifə səlahiyyətləri, işçi heyətinin idarə edilməsi, komanda yaratma bacarığı, idarəçilikdə kommunikasiya, menecer və liderin fərqləri, liderliyin üslubu kimi mövzuları Komitə əməkdaşlarına aşılamaqdır.

 

Sahə üzrə mütəxəssis tərəfindən təlimin ikinci hissəsində lider olmaq üçün tələb olunan keyfiyyətlər, liderliyin mahiyyəti, üsul və formaları şərh ediləcək, eyni zamanda dövlət qulluqçularına indiki və gələcək karyeralarında bu kimi yenilikləri tətbiq etmə vasitələri izah ediləcək .

 

Qeyd edək ki, Dövlət Komitəsinin 15 əməkdaşı üçün nəzərdə tutulan təlimin yekununda qazanılan bilik-bacarıqların yoxlanılması məqsədi ilə qısa interaktiv test mərhələsinə də yer veriləcək. Yekunda hər bir əməkdaş iştirak və testin nəticələrinə müvafiq olaraq sertifikatlarla təltif ediləcək.

10 May, 2022 / Mətbuat xidmətinin məlumatı Dövlət Komitəsi ümummilli lider Heydər Əliyevin ad günü ilə bağlı videoreportaj hazırlayıb
04 May, 2022 / Mətbuat xidmətinin məlumatı Məcburi köçkünlər doğma yurda qayıdışla bağlı fikirlərini bölüşür
27 Aprel, 2022 / Mətbuat xidmətinin məlumatı Dövlət Komitəsi Dünya bankı ilə əməkdaşlığı davam etdirir
25 Aprel, 2022 / Mətbuat xidmətinin məlumatı Doğma yurda səfərlər şəhid ailələri üçün böyük təskinlikdir
22 Aprel, 2022 / Mətbuat xidmətinin məlumatı Müəllimlər üçün mina təhlükəsinə dair təlim keçiriləcək
21 Aprel, 2022 / Mətbuat xidmətinin məlumatı Məcburi köçkünlər doğma yurda qayıdışla bağlı fikirlərini bölüşür
19 Aprel, 2022 / Mətbuat xidmətinin məlumatı Məcburi köçkün gənclər doğma yurda qayıdışla bağlı fikirlərini bölüşüb
18 Aprel, 2022 / Mətbuat xidmətinin məlumatı Dövlət Komitəsi Başlıbel qətliam ilə əlaqədar videomaterial və infoqrafika hazırlayıb
13 Aprel, 2022 / Mətbuat xidmətinin məlumatı Məcburi köçkün gənclər doğma yurda qayıdışla bağlı fikirlərini bölüşüb
11 Aprel, 2022 / Mətbuat xidmətinin məlumatı Məcburi köçkün qadınlar üçün peşə təlimləri keçiriləcək
08 Aprel, 2022 / Mətbuat xidmətinin məlumatı Kəlbəcər rayonunun Ağdaban kəndində törədilən qətliamdan 30 il ötür
07 Aprel, 2022 / Mətbuat xidmətinin məlumatı Məcburi köçkünlər üçün “Maliyyə savadlılığının artırılması” mövzusunda təlim keçiriləcək
04 Aprel, 2022 / Mətbuat xidmətinin məlumatı Dövlət Komitəsinin sədri Biləsuvarda vətəndaşları qəbul edəcək
30 Mart, 2022 / Mətbuat xidmətinin məlumatı Dövlət Komitəsində vətəndaşların qəbulu keçirilib
29 Mart, 2022 / Mətbuat xidmətinin məlumatı İş yoldaşımızın xatirəsi
03 Mart, 2022 / Mətbuat xidmətinin məlumatı Baş nazir və Əlaqələndirmə Qərargahının üzvləri azad edilmiş ərazilərdə səfərdə olub
17 Fevral, 2022 / Mətbuat xidmətinin məlumatı Qaradağlı faciəsi qurbanlarının xatirəsi anılıb
17 Fevral, 2022 / Mətbuat xidmətinin məlumatı Qaradağlı faciəsindən 30 il ötür
02 Fevral, 2022 / Mətbuat xidmətinin məlumatı Dövlət Komitəsinin Sədri Rövşən Rzayevin 2 Fevral – Gənclər Günü münasibəti ilə təbriki
18 Yanvar, 2022 / Mətbuat xidmətinin məlumatı R.Ş.Rzayevin “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı