"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 524
Kəlbəcər rayonunun Ağdaban kəndində törədilən qətliamdan 30 il ötür
Mətbuat xidmətinin məlumatı 08 Aprel, 2022

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi ermənilərin 30 il əvvəl Kəlbəcər rayonunun Ağdaban kəndində törətdiyi qətliamla əlaqədar videomaterial və infoqrafika hazırlayıb.

 

Videomaterialda Ağdaban sakinləri şahidi olduqları faciə haqqında məlumat verib, ermənilərin qadın, qoca və azyaşlıları belə amansızlıqla qətlə yetirdiyi haqqında danışıb.

 

İnfoqrafikada isə Ağdaban kəndinin ərazisi, əhalisi və onların əsas məşğulluğu haqqında məlumat verilib. Eyni zamanda, kəndin işğalı nəticəsində törədilən cinayətlərin statistikası və maddi-mədəni irsə vurulan ziyan haqqında informasiya yerləşdirilib.

 

Qeyd edək ki, 1992-ci ilin aprel ayının 7-dən 8-nə keçən gecə ermənilər tərəfindən Kəlbəcər rayonunun Ağdaban kəndində faciə törədilib. Dinc əhaliyə qarşı törədilən faciə zamanı 67 nəfər qətlə yetirilib, 8 nəfər 90 – 100 yaşlı qoca, 2 azyaşlı uşaq, 7 qadın diri-diri yandırılıb. 2 nəfər itkin düşüb, 12 nəfərə ağır bədən xəsarətləri yetirilib, 5 nəfər girov götürülüb. 779 nəfər dinc sakininə qeyri-insani işgəncələr verilib. 130-dan çox ev tamamilə yandırılıb.

 

Bu faciəyə ilk hüquqi-siyasi qiymət verən ulu öndər Heydər Əliyev Ağdabanda baş verənləri bəşəriyyətə qarşı törədilən ən böyük cinayət adlandırıb, bunu bütün insanlıq adına utanc kimi səciyyələndirib.

 

26 May, 2023 / Mətbuat xidmətinin məlumatı Azərbaycan-Aİ Əməkdaşlıq Komitəsi çərçivəsində fəaliyyət göstərən alt-komitənin iclasında Böyük Qayıdış prosesi haqqında məlumat verilib
23 May, 2023 / Mətbuat xidmətinin məlumatı Dövlət Komitəsi yanında İctimai Şuraya seçkilərdə səsvermə ilə əlaqədar Elan
11 May, 2023 / Mətbuat xidmətinin məlumatı Dövlət Komitəsinin əməkdaşı “Heydər Əliyev Zirvəsi”nə qalxıb
24 Aprel, 2023 / Mətbuat xidmətinin məlumatı Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi yanında İctimai Şuraya seçkilərlə əlaqədar Elan
18 Aprel, 2023 / Mətbuat xidmətinin məlumatı Başlıbel qətliamı haqqında məlumat
17 Aprel, 2023 / Mətbuat xidmətinin məlumatı Talış sakinləri doğma yurda qayıdışın sevincini yaşayır
05 Aprel, 2023 / Mətbuat xidmətinin məlumatı Laçında doğulmayanların, Laçınla doğulan arzuları
16 Mart, 2023 / Mətbuat xidmətinin məlumatı Əlaqələndirmə Qərargahının növbəti iclası keçirilib
09 Mart, 2023 / Mətbuat xidmətinin məlumatı Doğma yurda qayıdış uşaqların arzularında...
26 Yanvar, 2023 / Mətbuat xidmətinin məlumatı Beynəlxalq Miqrasiya Təşkilatı ilə birgə əməkdaşlıq məsələləri müzakirə olunub
19 Yanvar, 2023 / Mətbuat xidmətinin məlumatı Laçın sakinləri doğma yurda qayıtmağa hazırdır
09 Dekabr, 2022 / Mətbuat xidmətinin məlumatı Dövlət Komitəsinin sədr müavini Müdafiə sahəsində təhdidlər üzrə Dialoqun 13-cü iclasında iştirak edib
06 Dekabr, 2022 / Mətbuat xidmətinin məlumatı Zəngilanlı müəllim: “Şagirdlərimizlə birgə təhsilimizi Zəngilanda davam etdirəcəyik”
05 Dekabr, 2022 / Mətbuat xidmətinin məlumatı Dövlət Komitəsinin sədr müavini “Stratcom 22” sammitində Böyük Qayıdış haqqında çıxış edib
04 Noyabr, 2022 / Mətbuat xidmətinin məlumatı Zəfər Günü ərəfəsində veteranların görüşü
21 Oktyabr, 2022 / Mətbuat xidmətinin məlumatı Gənc diplomatlara Böyük Qayıdış haqqında məlumat verilib
18 Oktyabr, 2022 / Mətbuat xidmətinin məlumatı Ağdam sakini: Kəndimizin təməlqoyma mərasimini böyük sevinc və qürur hissi ilə izlədik
12 Oktyabr, 2022 / Mətbuat xidmətinin məlumatı Mətbuat xidmətinin məlumatı
11 Oktyabr, 2022 / Mətbuat xidmətinin məlumatı Dövlət Komitəsinin sədr müavini BMT QAK-ın iclasında Böyük Qayıdış prosesi haqqında məlumat verib
10 Oktyabr, 2022 / Mətbuat xidmətinin məlumatı Xıdırlı kənd sakini: Gələcəyə ümidimiz çox böyükdür