"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 356
Dövlət Komitəsinin sədri Goranboyda vətəndaşları qəbul edib
Görüşlər 14 Mart, 2022

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev martın 14-də Goranboy rayonunda vətəndaşları qəbul edib.

 

Qəbulda, əsasən, Goranboyda müvəqqəti məskunlaşmış məcburi köçkünlər iştirak ediblər. Müraciətlər dövlət mənzil fonduna məxsus xüsusi təyinatlı yaşayış sahələrinin verilməsi, vahid aylıq müavinətin təyin edilməsi, məşğulluq məsələləri ilə bağlı olub.

 

Prezident İlham Əliyevin məcburi köçkünlərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində zəruri tədbirlər həyata keçirdiyi, Birinci vitse-prezident xanım Mehriban Əliyevanın bu kateqoriyadan olan insanlara xüsusi diqqət və qayğısı göstərdiyi qeyd edilib. Dövlətimizin başçısının işğaldan azad edilmiş ərazilərin bərpası, məcburi köçkünlərin doğma yurd-yuvasına qayıdışının başlanması üçün verdiyi tapşırıqların icra vəziyyəti barədə vətəndaşlara məlumat verilib. Bildirilib ki, məcburi köçkünlər üçün yaşayış sahələri yalnız işğaldan azad edilmiş ərazilərdə inşa olunur və qarşıdakı illərdə bu sahədə işlər daha sürətləndiriləcəkdir. Mərhələli qaydada aparılacaq qayıdış zamanı, ilk növbədə, müvəqqəti məskunlaşma yerlərində ən ağır vəziyyətdə yaşayanlar yeni mənzillərə köçürüləcəklər.

 

Qəbul zamanı vətəndaşların qaldırdıqları məsələlərin bir qismi yerindəcə həll olunub. Digər məsələlərin araşdırılması və lazımi tədbirlərin görülməsi ilə bağlı müvafiq tapşırıqlar verilib.

10 May, 2022 / Görüşlər Dövlət Komitəsinin sədri vətəndaşları qəbul edib
06 May, 2022 / Görüşlər Məcburi köçkünlərin qayıdışı və prosesə hazırlıq mövzusunda görüş keçirilib
26 Aprel, 2022 / Görüşlər Dövlət Komitəsinin sədri vətəndaşları qəbul edib
19 Aprel, 2022 / Görüşlər Dövlət Komitəsinin sədri vətəndaşları qəbul edib
14 Aprel, 2022 / Görüşlər Dövlət Komitəsində görüş keçirilib
13 Aprel, 2022 / Görüşlər Uzun müddətli məcburi köçkünlük və həsrətlə gözlənilən Qayıdış mövzusunda mühazirə deyilib
12 Aprel, 2022 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
08 Aprel, 2022 / Görüşlər Dövlət Komitəsinin sədri Biləsuvarda vətəndaşları qəbul edib
05 Aprel, 2022 / Görüşlər Dövlət Komitəsində vətəndaşların qəbulu keçirilib
29 Mart, 2022 / Görüşlər Dövlət Komitəsində almaniyalı beynəlxalq hüquq mütəxəssisi ilə görüş olub
15 Mart, 2022 / Görüşlər Dövlət Komitəsinin sədri BMT, Dünya Bankı və Avropa İttifaqının birgə qiymətləndirmə missiyasının ekspertləri ilə görüşüb
11 Mart, 2022 / Görüşlər Dövlət Komitəsində IFRC-nin nümayəndələri ilə görüş keçirilib
04 Mart, 2022 / Görüşlər Dövlət Komitəsində BMT-nin Kapitalın İnkişafı Fondunun nümayəndələri ilə görüş olub
16 Fevral, 2022 / Görüşlər Dövlət Komitəsində görüş keçirilib
01 Fevral, 2022 / Görüşlər Dövlət Komitəsində fransalı tarixçi ilə görüş olub
08 Dekabr, 2021 / Görüşlər Dövlət Komitəsində Böyük Britaniyadan gəlmiş analitiklərlə görüş olub
07 Dekabr, 2021 / Görüşlər Dövlət Komitəsinin sədri Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının Baş katibi ilə görüşüb
30 Noyabr, 2021 / Görüşlər Dövlət Komitəsində BMqT-nin Cenevrədəki Baş Qərargahının departament direktoru ilə görüş olub
25 Noyabr, 2021 / Görüşlər Dövlət Komitəsində görüş keçirilib
17 Noyabr, 2021 / Görüşlər Dövlət Komitəsində Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri ilə görüş olub