"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 407
Gənclər günü münasibəti ilə “Qarabağlı, Zəngəzurlu gəncliyimiz” adlı videokonfrans keçirilib
Tədbirlər 02 Fevral, 2022

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi əraziləri işğaldan azad edilmiş rayonlardan olan gənclərin və rayonların gənclər və idman idarələrinin əməkdaşlarının iştirakı ilə “Qarabağlı, Zəngəzurlu gəncliyimiz” adlı onlayn rejimdə videokonfrans keçirib.

 

2 fevral Azərbaycan Gəncləri Gününə həsr olunan tədbirdə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov çıxış edərək bildirib ki, ölkəmizdə gənclər siyasətinin əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub. Ulu Öndərin 1997-ci ildə imzaladığı sərəncamla hər il fevral ayının 2-nin "Gəncləri günü” kimi qeyd olunması Azərbaycan gəncliyinə dövlət qayğısının bariz nümunəsidir.

 

Prezident İlham Əliyev tərəfindən bu siyasət, dövrün tələblərinə uyğun olaraq, daha da təkmilləşdirilərək uğurla davam etdirilir. Azərbaycan gəncləri ölkəmizin ictimai-siyasi, sosial-mədəni həyatında fəallıq göstərir edir, müxtəlif beynəlxalq platformalarda ölkəmizi layiqincə təmsil edirlər. Gənclərlə bağlı qəbul edilmiş qanunlar, Dövlət Proqramları və digər normativ aktlar onların məşğulluğunun artırılmasına, rifahın yüksəldilməsinə imkan verir. Gənclərlə bağlı dövlət siyasətində qaçqın və məcburi köçkün gənclərə diqqət və qayğı xüsusi yer tutur. Birinci vitse-prezident xanım Mehriban Əliyevanın məcburi köçkün gənclərlə bağlı məsələlərə xüsusi həssaslıqla yanaşdığı qeyd edilib. 

 

44 günlük Vətən müharibəsində Zəfərin qazanılmasında gənclərin göstərdiyi qəhrəmanlıqlar qürur hissi ilə xatırlanıb, torpaqlarımızın azadlığı uğrunda şəhid olanlar dərin ehtiramla yad edilib. 

 

Tezliklə başlanacaq Böyük Qayıdış məcburi köçkünlük yaşamış gənclərə doğma yurdun canlanmasına və inkişafına töhfələr vermək imkanı qazandıracaq. Bildirilib ki, keçmiş məcburi köçkünlərin doğma yurdlarına könüllü, təhlükəsiz və ləyaqətlə qayıdışının təmin edilməsi üçün dövlət tərəfindən mühüm tədbirlər görülür. Həyata keçirilən işlər nəticəsində həmin ərazilər ölkəmizin ən abad guşələrindən birinə çevriləcək.

 

Daha sonra Dövlət Komitəsi yanında İctimai Şuranın sədri Anar Xəlilov çıxış edərək bildirib ki, gənclərin təhsil, sağlamlıq və məşğulluq məsələləri ilə bağlı Dövlət Proqramları, dövlətin diqqət və qayğası nəticəsində sağlam, savadlı gənclər yetişib. Azərbaycan kadr potensialı, iqtisadi və sosial sahədə icra edilən layihələrlə öz sözünü deyib. Ölkəmizin təhlükəsizliyinin təmin edilməsində, ərazi bütövlüyünün müdafiəsində gənclərin mühüm rolu vardır.

 

Şuşa şəhərindən Toğrul Babazadə, Zəngilan rayonundan Ülkər Yusifova, Laçın rayonundan Orxanpaşa İbadov, Xocalı rayonundan Elmin Abdullayev, Ağdam rayonundan Elnur Əhmədov çıxış ediblər. Onlar işğaldan azad edilmiş ərazilərin dirçəlməsi, cəmiyyətin ən sağlam, müasir və abad yaşayış mühitinə çevrilməsi üçün əllərindən gələni əsirgəməyəcəklərini bildiriblər.

10 May, 2022 / Tədbirlər Dövlət Komitəsində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ilə bağlı tədbir keçirilib
04 May, 2022 / Tədbirlər Dövlət Komitəsinin gənc əməkdaşlarına YAP-ın üzvlük vəsiqəsi təqdim edilib
20 Aprel, 2022 / Tədbirlər Dövlət Komitəsində “Tanrı yoxuşu” kitabının təqdimatı keçirilib
15 Aprel, 2022 / Tədbirlər “Hökumətin fermerlərə dəstək mexanizmləri” mövzusunda təlim keçirilib
15 Fevral, 2022 / Tədbirlər Dövlət Komitəsində kollegiya iclası keçirilib
19 Yanvar, 2022 / Tədbirlər ANAMA Dövlət Komitəsinin əməkdaşlarına təlim keçib
09 Dekabr, 2021 / Tədbirlər “Qobu Park”da mina təhlükəsizliyi üzrə innovativ tədbir keçirilib
11 Noyabr, 2021 / Tədbirlər Məcburi köçkünlərə dəstək tədbiri keçirilib
10 Noyabr, 2021 / Tədbirlər “Zəfər arzuları” sosial aksiyası yekunlaşıb
05 Noyabr, 2021 / Tədbirlər “Zəfər arzuları” adlı sosial aksiya keçirilib
09 Oktyabr, 2021 / Tədbirlər Dövlət Komitəsinin sədr müavini BMT-nin tədbirində çıxış edib
27 Sentyabr, 2021 / Tədbirlər Bölgələrdəki nümayəndəliklər şəhidlərin xatirəsini yad ediblər
27 Sentyabr, 2021 / Tədbirlər Dövlət Komitəsində şəhidlərin xatirəsi yad olunub
30 İyun, 2021 / Tədbirlər Şəhidlərin xatirəsi əbədiləşdirilib
25 İyun, 2021 / Tədbirlər Məcburi köçkünlər və jurnalistlər üçün mina təhlükəsinə dair təlim təşkil edilib
23 İyun, 2021 / Tədbirlər Şəhid dövlət qulluqçusunun məzarı ziyarət olunub
03 İyun, 2021 / Tədbirlər Mina təhlükəsizliyinə dair maarifləndirmə təlimlərinə yekun vurulub
02 İyun, 2021 / Tədbirlər Tərtərdə mina təhlükəsizliyinə dair maarifləndirmə tədbiri keçirilib
01 İyun, 2021 / Tədbirlər Mina təhlükəsizliyinə dair maarifləndirmə təlimlərinə başlandı
27 May, 2021 / Tədbirlər Respublika Günü ilə əlaqədar ağacəkmə aksiyası keçirilib