"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 2838
Biləsuvar rayonunda məşkunlaşmış Cəbrayıl rayonundan olan məcburi köçkünlər üçün salınmış qəsəbələrin içməli su problemi həll edilmişdir.
Mətbuat xidmətinin məlumatı 17 Dekabr, 2011
Biləsuvarda Cəbrayıl rayonundan olan məcburi köçkün ailələri üçün salınan şəhərcikdə 6 qəsəbənin içməli su təchizatının yaxşılaşdırılması layihəsi başa çatdırılmışdır. Layihə üzrə işlərə 2011-ci ilin mayından başlanılmışdır. Layihəyə uyğun olaraq qəsəbələrdə yaşayan məcburi köçkünlərin içməli su ilə təminatının əsaslı şəkildə yaxşılaşdırılması üçün 12 kilometrə yaxın magistral, 89 kilometr uzunluqda isə qəsəbədaxili su xətləri çəkilmişdir. Altı qəsəbənin içməli su təchizatının yaxşılaşdırılması layihəsinin başa çatması münasibətilə keçirilən tədbirdə çıxış edən Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Mahmud Quliyev bildirmişdir ki, layihənin əsas məqsədi yurd-yuvalarından didərgin düşmüş soydaşlarımızın başlıca problemi olan mənzil-məişət şəraitinin yaxşılaşdırılmasıdır. Azərsu Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov qeyd etmişdir ki, davamlı və keyfiyyətli su təchizatı üçün 6 qəsəbənin hər birində tutumu 100 kubmetr olan su anbarı, 18 su nasosu və 6 vakuum nasosu olmaqla, nasosxana inşa edilmişdir. Bununla da 2598 ailə, yəni 18 min məcburi köçkün, həmçinin ərazidə olan sosial-mədəni kommunal və sair obyektlər içməli su ilə təmin ediləcəklər. Layihə bu istiqamətdə Azərsu ASC-nin həyata keçirdiyi və başa çatan ilk layihədir. Bütün bunlar Prezident İlham Əliyevin qaçqın və məcburi köçkünlərə olan xüsusi diqqət və qayğısının nəticəsidir. Mərasimdə iştirak edən Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov diqqətə çatdırmışdır ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş qaçqın və məcburi köçkünlərin sosial şəraitinin yaxşılaşdırılması siyasəti hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Əhalinin sosial qayğıya ən çox ehtiyacı olan təbəqəsini təşkil edən qaçqın və məcburi köçkünlərin sosial infrastruktur təminatının yaxşılaşdırılması, onların ən müasir kommunal xidmət növləri ilə təchiz olunmuş yaşayış evləri ilə təmin edilmələri dövlətin sosial siyasətinin başlıca hədəflərindəndir. Prezident İlham Əliyev qaçqın və məcburi köçkün problemini ölkədə bir nömrəli məsələ hesab edir. Qısa müddətdə 6 qəsəbənin su təminatı əsaslı surətdə yaxşılaşdrılmışdır. Artıq su təminatında heç bir problem yoxdur. Mərasimdə çıxış edən sakinlər Azərsu ASC tərəfindən 6 qəsəbənin içməli su təchizatının yaxşılaşdırılması istiqamətində həyata keçirilmiş işləri yüksək qiymətləndirmiş, qaçqın və məcburi köçkünlərin sosial rifah halının yaxşılaşdırılması istiqamətində atılan məqsədyönlü addımlara görə dövlətimizin başçısı cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.
18 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Aygün Bayramova: “Qarabağı cənnətə çevirəcəyik”
09 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Mənsum İbrahimov: "Qarabağda əbədi yaşayacayıq"
01 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Şamil Süleymanlı: "Böyük Qayıdış başlayıb, evlərimizə qayıdırıq
30 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Laçın rayonuna çatıb
30 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Laçın rayonuna növbəti köç karvanı yola salınıb
29 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
29 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
27 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
27 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
18 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Nəzakət Teymurova: O torpaqda yenidən yeni həyat qurmaq lazımdır
18 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
18 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
15 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
15 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
13 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Əlaqələndirmə Qərargahının növbəti iclası keçirilib
12 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Tahir İmanov: İstənilən şəhəri, istənilən kəndi gözəlləşdirən onun doğma sakinləridir
07 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Firəngiz Mütəllimova: Şuşada böyük məmnuniyyətlə gedib yaşayacam
07 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Sosial medianın dövlət qurumları üçün əhəmiyyətinə dair təlim keçirilib
28 Fevral, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Laçın rayonuna çatıb
28 Fevral, 2024 / Mətbuat xidmətinin məlumatı Laçın rayonuna növbəti köç karvanı yola salınıb