"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 567
ANAMA Dövlət Komitəsinin əməkdaşlarına təlim keçib
Tədbirlər 19 Yanvar, 2022

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) mütəxəssisləri tərəfindən “Mina və partlayıcı sursatların təhlükəsinə dair maarifləndirmə” mövzusunda təlim keçirilib.

 

Maarifləndirmə tədbirinə Dövlət Komitəsi aparatının və tabe qurumlarının xidməti vəzifələrini yerinə yetirməklə əlaqədar işğaldan azad edilmiş ərazilərə vaxtaşırı ezamiyyətə gedən 25 nəfər əməkdaşı cəlb olunub.

 

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun işğaldan azad etdiyi ərazilərdə intensiv şəkildə minatəmizləmə əməliyyatlarının aparıldığı, bərpa-quruculuq işlərinin genişləndirildiyi, Böyük Qayıdışa hazırlıq görüldüyü bildirilib. Ermənistanın vaxtilə işğal altında saxladığı ərazilərdə hərbi təyinatı olmayan yerləri belə minalaması Qarabağa geri dönəcək və ya icazəsiz səfər edəcək vətəndaşların həyatı üçün təhlükə yaradır.

 

Təlimçilər təhlükəli ərazinin əlamətləri, tanış olmayan şübhəli ərazilərdə davranış qaydaları barədə ətraflı məlumat verib. Eləcə də, müxtəlif növ mina və sursatların, əldəqayırma partlayıcı qurğuların vizual tanınması üçün maketlər nümayiş etdiriblər.

 

Təlimin sonunda Dövlət Komitəsinin əməkdaşlarına təhlükəsizlik qaydalarına dair təlimat kitabçaları və müvafiq sertifikatlar təqdim olunub.  

10 May, 2022 / Tədbirlər Dövlət Komitəsində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ilə bağlı tədbir keçirilib
04 May, 2022 / Tədbirlər Dövlət Komitəsinin gənc əməkdaşlarına YAP-ın üzvlük vəsiqəsi təqdim edilib
20 Aprel, 2022 / Tədbirlər Dövlət Komitəsində “Tanrı yoxuşu” kitabının təqdimatı keçirilib
15 Aprel, 2022 / Tədbirlər “Hökumətin fermerlərə dəstək mexanizmləri” mövzusunda təlim keçirilib
15 Fevral, 2022 / Tədbirlər Dövlət Komitəsində kollegiya iclası keçirilib
02 Fevral, 2022 / Tədbirlər Gənclər günü münasibəti ilə “Qarabağlı, Zəngəzurlu gəncliyimiz” adlı videokonfrans keçirilib
09 Dekabr, 2021 / Tədbirlər “Qobu Park”da mina təhlükəsizliyi üzrə innovativ tədbir keçirilib
11 Noyabr, 2021 / Tədbirlər Məcburi köçkünlərə dəstək tədbiri keçirilib
10 Noyabr, 2021 / Tədbirlər “Zəfər arzuları” sosial aksiyası yekunlaşıb
05 Noyabr, 2021 / Tədbirlər “Zəfər arzuları” adlı sosial aksiya keçirilib
09 Oktyabr, 2021 / Tədbirlər Dövlət Komitəsinin sədr müavini BMT-nin tədbirində çıxış edib
27 Sentyabr, 2021 / Tədbirlər Bölgələrdəki nümayəndəliklər şəhidlərin xatirəsini yad ediblər
27 Sentyabr, 2021 / Tədbirlər Dövlət Komitəsində şəhidlərin xatirəsi yad olunub
30 İyun, 2021 / Tədbirlər Şəhidlərin xatirəsi əbədiləşdirilib
25 İyun, 2021 / Tədbirlər Məcburi köçkünlər və jurnalistlər üçün mina təhlükəsinə dair təlim təşkil edilib
23 İyun, 2021 / Tədbirlər Şəhid dövlət qulluqçusunun məzarı ziyarət olunub
03 İyun, 2021 / Tədbirlər Mina təhlükəsizliyinə dair maarifləndirmə təlimlərinə yekun vurulub
02 İyun, 2021 / Tədbirlər Tərtərdə mina təhlükəsizliyinə dair maarifləndirmə tədbiri keçirilib
01 İyun, 2021 / Tədbirlər Mina təhlükəsizliyinə dair maarifləndirmə təlimlərinə başlandı
27 May, 2021 / Tədbirlər Respublika Günü ilə əlaqədar ağacəkmə aksiyası keçirilib