"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 517
“Qobu Park”da mina təhlükəsizliyi üzrə innovativ tədbir keçirilib
Tədbirlər 09 Dekabr, 2021

Qaçqınların və Məcburi Köçkünlətin İşlər üzrə Dövlət Komitəsinin dəstəyi, Niderlandın “Mine Mark” Fondunun təşkilatçılığı ilə Qaradağ rayonu, “Qobu Park-1” yaşayış kompleksində məktəblilər üçün mina və partlayıcı hərbi sursatlarından qorunmaq məsələsinə həsr olunmuş maarifləndirici tədbir keçirilib.

 

Tədbirdə Ağdam rayon 32 nömrəli tam orta məktəbinin bir qrup ibtidai sinif şagirdi iştirak edib. “Mine Mark” Fondunun həmtəsisçi və icraçı direktoru xanım Lalə Van der Kolk onlara mina və digər partlayıcı sursatlar haqqında məlumat verib, Fondun maliyyə dəstəyi ilə uşaqlar üçün hazırlanmış buklet və jurnallar haqqında da danışıb. Mina təhlükəsizliyinə dair “özün boya” üslubunda şəkillərdən ibarət buklet və jurnallar şagirdlərə paylanılıb. 

 

Mina və digər partlayıcı sursatlardan qorunmağa dair tövsiyələri uşaqların daha tez qavraya bilməsi üçün fondun hazırladığı interaktiv oyun elektron tətbiqi də məktəblilərə təqdim edilib. Elektron tətbiqlər məktəbin informatika kabinetindəki komputerlərdə quraşdırılaraq, şagirdlərə əyani şəkildə izah edilib. Mina təhlükəsizliyi sahəsindəki bu innovativ layihə həm məktəb rəhbərliyi, həm də şagirdlər tərəfindən rəğbətlə qarşılanıb.

 

Qeyd edək ki, Mine Mark Fondu tərəfindən Azərbaycan dilinə tərcümə edilən bu yenilik ilk dəfə ölkəmizdə tətbiq edilib. Layihənin əsas məqsədi mina və partlayıcı sursatların təhlükəsizliyinin daha aşağı yaş kateqoriyalarına çatdırılmasıdır. Adıçəkilən Fond tərəfindən innovativ tədbir kimi paytaxt Bakıda həyata keçirilən bu addımın gələcəkdə ayrı-ayrı bölgələrdə icrası planlaşdırılır.

14 İyun, 2022 / Tədbirlər “Mine Mark” Fondunun nümayəndə heyəti ağdamlı məktəblilərə təlim keçib və Ağdam şəhərindəki dağıntıların miqyası ilə tanış olub
13 İyun, 2022 / Tədbirlər Mina təhlükəsinə dair interaktiv təlim keçirilib
04 İyun, 2022 / Tədbirlər Məcburi köçkünlər üçün yeni layihənin icrasına başlanılıb
26 May, 2022 / Tədbirlər Alman səfiri ilə… bir gün Şuşada
17 May, 2022 / Tədbirlər İctimai Şuranın növbəti iclası keçirilib
10 May, 2022 / Tədbirlər Dövlət Komitəsində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ilə bağlı tədbir keçirilib
04 May, 2022 / Tədbirlər Dövlət Komitəsinin gənc əməkdaşlarına YAP-ın üzvlük vəsiqəsi təqdim edilib
20 Aprel, 2022 / Tədbirlər Dövlət Komitəsində “Tanrı yoxuşu” kitabının təqdimatı keçirilib
15 Aprel, 2022 / Tədbirlər “Hökumətin fermerlərə dəstək mexanizmləri” mövzusunda təlim keçirilib
15 Fevral, 2022 / Tədbirlər Dövlət Komitəsində kollegiya iclası keçirilib
02 Fevral, 2022 / Tədbirlər Gənclər günü münasibəti ilə “Qarabağlı, Zəngəzurlu gəncliyimiz” adlı videokonfrans keçirilib
19 Yanvar, 2022 / Tədbirlər ANAMA Dövlət Komitəsinin əməkdaşlarına təlim keçib
11 Noyabr, 2021 / Tədbirlər Məcburi köçkünlərə dəstək tədbiri keçirilib
10 Noyabr, 2021 / Tədbirlər “Zəfər arzuları” sosial aksiyası yekunlaşıb
05 Noyabr, 2021 / Tədbirlər “Zəfər arzuları” adlı sosial aksiya keçirilib
09 Oktyabr, 2021 / Tədbirlər Dövlət Komitəsinin sədr müavini BMT-nin tədbirində çıxış edib
27 Sentyabr, 2021 / Tədbirlər Bölgələrdəki nümayəndəliklər şəhidlərin xatirəsini yad ediblər
27 Sentyabr, 2021 / Tədbirlər Dövlət Komitəsində şəhidlərin xatirəsi yad olunub
30 İyun, 2021 / Tədbirlər Şəhidlərin xatirəsi əbədiləşdirilib
25 İyun, 2021 / Tədbirlər Məcburi köçkünlər və jurnalistlər üçün mina təhlükəsinə dair təlim təşkil edilib