"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 281
Dövlət Komitəsinin sədri Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının Baş katibi ilə görüşüb
Görüşlər 07 Dekabr, 2021

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının Baş katibi Caqannat Çapaqeynin başçılıq etdiyi nümayəndə heyəti  ilə görüşüb.

 

Qonaqlara Dövlət Komitəsinin yaranma tarixi, fəaliyyəti barədə ətraflı məlumat verilib, ölkəmizdə qaçqınlar və məcburi köçkünlərlə iş sahəsində həyata keçirilən dövlət siyasəti, bu kateqoriyadan olan insanların problemlərinin həlli üçün otuz ilə yaxın müddətdə həyata keçirilən məqsədyönlü tədbirlərdən danışılıb. 

 

Prezident İlham Əliyevin qaçqınların və məcburi köçkünlərin problemlərinin həllini sosial siyasətin prioritet istiqamətlərindən biri kimi müəyyən etdiyi,  bu kateqoriyadan olan insanların təhsil, sağlamlıq və digər humanitar problemlərinin həllinə Birinci vitse-prezident xanım Mehriban Əliyevanın xüsusi diqqət və qayğı göstərdiyi diqqətə çatdırılıb. Vurğulanıb ki, məcburi köçkünlərin doğma yurdlarına könüllü, təhlükəsiz və ləyaqətlə qayıtması üçün, dövlət tərəfindən mühüm tədbirlər görülür.

 

Söhbət zamanı Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin təşəbbüsü və təşkilatçılığı, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC), Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) dəstəyi ilə mina təhlükəsizliyinə dair keçirilən maarifləndirmə təlimlərindən bəhs edilib, Dövlət Komitəsi və Beynəlxalq Qızıl Xaç Komitəsi arasında əməkdaşlığın daha da genişləndirilməsi imkanlarına toxunulub, qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub.

 

Caqannat Çapaqeyn səmimi görüşə görə təşəkkür edib, qaçqın və məcburi köçkünlərlə bağlı Dövlət siyasətini bəyəndiyini vurğulayıb. Bildirib ki, geri qayıdan məcburi köçkünlərin dayanıqlı məşğulluq və onların həmin ərazilərdə yaşaması üçün mühüm sosial-iqtisadi şəraitin yaradılmasını yüksək qiymətləndirir. Əlaqələrin bundan sonra da inkişaf etdirilməsi üçün səylərini əsirgəməyəcəyini bildirib.

 

Qonaqlar daha sonra Qaradağ rayonu, Lökbatan qəsəbəsində məcburi köçkünlərin müvəqqəti yaşadığı yataqxanada onların şəraiti ilə yaxından tanış olublar. Sonda isə məcburi köçkünlər üçün salınmış "Qobu Park - 3" yaşayış kompleksində yerləşən "Xarıbülbül" təlim və istehsal mərkəzindəki iş şəraitini yaxından izləyiblər.

08 Dekabr, 2021 / Görüşlər Dövlət Komitəsində Böyük Britaniyadan gəlmiş analitiklərlə görüş olub
30 Noyabr, 2021 / Görüşlər Dövlət Komitəsində BMqT-nin Cenevrədəki Baş Qərargahının departament direktoru ilə görüş olub
25 Noyabr, 2021 / Görüşlər Dövlət Komitəsində görüş keçirilib
17 Noyabr, 2021 / Görüşlər Dövlət Komitəsində Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri ilə görüş olub
15 Noyabr, 2021 / Görüşlər Dövlət Komitəsi və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti arasında memorandum imzalanıb
04 Noyabr, 2021 / Görüşlər Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüşüb
02 Noyabr, 2021 / Görüşlər Dövlət Komitəsində ABŞ səfirliyinin əməkdaşı ilə görüş olub
25 Oktyabr, 2021 / Görüşlər Dövlət Komitəsində bir qrup xarici jurnalistlə görüş olub
12 Oktyabr, 2021 / Görüşlər Dövlət Komitəsi sədrinin müavini USAİD-in Missiya heyətinin üzvü ilə onlayn görüş keçirib
08 Oktyabr, 2021 / Görüşlər Dövlət Komitəsində görüş olub
30 Sentyabr, 2021 / Görüşlər Dövlət Komitəsində BMT-nin Azərbaycandakı nümayəndəliyinə yeni təyin olunmuş rezident əlaqələndirici ilə görüş olub
22 Sentyabr, 2021 / Görüşlər Dövlət Komitəsində ingiltərəli jurnalistlə görüş olub
20 Sentyabr, 2021 / Görüşlər Dövlət Komitəsində İsveç Krallığında fəaliyyət göstərən bir qrup jurnalistlə görüş keçirilib
25 Avqust, 2021 / Görüşlər Dövlət Komitəsində bir qrup əcnəbi jurnalistlə görüş olub
10 Avqust, 2021 / Görüşlər Dövlət Komitəsində israilli jurnalistlərlə görüş keçirilib
03 Avqust, 2021 / Görüşlər Dövlət Komitəsində Böyük Britaniyalı siyasətçi ilə görüş keçirilib
27 İyul, 2021 / Görüşlər Dövlət Komitəsində AŞPA nümayəndə heyəti ilə görüş keçirilib
27 İyul, 2021 / Görüşlər Dövlət Komitəsinin sədri fransalı jurnalistlərlə görüşüb
27 İyul, 2021 / Görüşlər Dövlət Komitəsində “Azİz”in rəhbəri ilə görüş keçirilib
23 İyul, 2021 / Görüşlər Dövlət Komitəsinin sədri Türkiyənin ölkəmizdə yeni fəaliyyətə başlayan səfiri ilə görüşüb