"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 1304
Goranboy və Beyləqan rayonlarında yeni salınmış qəsəbələrə məcburi köçkünlərin köçürülməsi başlanılmışdır
Mətbuat xidmətinin məlumatı 23 Sentyabr, 2008
Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 31 oktyabr tarixli sərəncamı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Prezidentinin 2004- cü il 1 iyul 298 nömrəli Sərəncamı ilə “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”na əlavələrin (bənd 1.4 və 1.5) icrası ilə əlaqədar Beyləqan və Goranboy rayonu ərazisində məcburi köçkünlər üçün salınmış yeni qəsəbələrin tikintisi başa çatmışdır. Beyləqan rayonu ərazisində ( Xocavənd rayonundan olan məcburi köçkünlər üçün) 500 ailəlik 1 yeni yaşayış qəsəbəsi tikilib istifadəyə verilmişdir. Evlərin ümumi sahəsi 25885.5 kv.m-dir. Evlər 60 birotaqlı, 245 ikiotaqlı, 180 üçotaqlı, və 15 dördotaqlı mənzillərdən ibarətdir. Burada 360 şagirdlik məktəb binası, 50 yerlik uşaq bağçası, 1 poçt şöbəsi, Xocavənd RİH üçün inzibati bina, 1 anbar binası, 25 çarpayılıq xəstəxana, 1 klub- icma mərkəzi, 1 baytarlıq məntəqəsi, 2 avtomaşınlıq yanğınsöndürmə deposu vardır. Yeni salınmış qəsəbə yol –küçə şəbəkəsi, suvarma suyu, daxili su təchizatı, xarici su təchizatı, daxili elektrik təchizatı və xarici elektrik təchizatı ilə təmin olunmuşdur. Goranboy rayonu ərazisində ( Xocalı rayonundan olan məcburi köçkünlər üçün) 500 ailəlik 4 yeni yaşayış qəsəbəsinin tikintisi başa çatmışdır. Evlərin ümumi sahəsi 26195.60 kv.m-dir. Evlər 50 birotaqlı, 245 ikiotaqlı, 190 üçotaqlı, 15 dördotaqlı mənzillərdən ibarətdir. Yeni salınmış qəsəbələrdə hər biri 96 yerlik olmaqla 3 məktəb binası , 360 yerlik 1 məktəb binası, 50 yerlik uşaq bağçası, İcra nümayəndəliyi üçün 4 inzibati bina, 1 klub- icma mərkəzi, 4 anbar binası, 1 poçt şöbəsi, 1 feldşer-mama məntəqəsi, 1 baytarlıq məntəqəsi, 1 ədəd iki avtomaşınlıq yanğınsöndürmə deposu, yol –küçə şəbəkəsi, suvarma suyu, daxili su təchizatı, xarici su təchizatı, daxili elektrik təchizatı və xarici elektrik təchizatı ilə təmin olunmuşdur. Hal –hazırda Goranboy və Beyləqan rayonlarında yeni salınmış qəsəbələrə məcburi köçkünlərin köçürülməsi başlanılmışdır.
23 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuliyə köçənlərə ödənişsiz danışıq üçün sim-kartlar hədiyyə edilib
23 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
22 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
22 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
18 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Aygün Bayramova: “Qarabağı cənnətə çevirəcəyik”
09 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Mənsum İbrahimov: "Qarabağda əbədi yaşayacayıq"
01 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Şamil Süleymanlı: "Böyük Qayıdış başlayıb, evlərimizə qayıdırıq
30 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Laçın rayonuna çatıb
30 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Laçın rayonuna növbəti köç karvanı yola salınıb
29 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
29 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
27 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
27 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
18 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Nəzakət Teymurova: O torpaqda yenidən yeni həyat qurmaq lazımdır
18 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
18 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
15 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
15 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
13 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Əlaqələndirmə Qərargahının növbəti iclası keçirilib
12 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Tahir İmanov: İstənilən şəhəri, istənilən kəndi gözəlləşdirən onun doğma sakinləridir