"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 1148
Avropa Parlamentinin üzvləri Ağdam rayonunda olmuşlar
Mətbuat xidmətinin məlumatı 09 Dekabr, 2011
Avropa Parlamentinin üzvləri Dominik Rike və Filip Bulan Azərbaycana səfərləri çərçivəsində dekabrın 10-da Ağdam rayonunda olmuşlar. Ağdam Rayon İcra Hakimiyyətində Avropa Parlamentinin üzvləri ilə görüş keçirilmişdir. Rayon İcra hakimiyyəti başçısının birinci müavini Zülfü Qasımov qonaqlara Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində doğma yurd-yuvalarından didərgin düşmüş azərbaycanlıların problemləri barədə ətraflı məlumat vermişdir. Bildirilmişdir ki, Ermənistan silahlı qüvvələri tərəfindən 1993-cü ildə Ağdam rayonunun 73,4 faizi – Ağdam şəhəri, bir qəsəbə və 82 kənd işğal edilərək talan edilmişdir. Rayonun 180 min əhalisindən 155 mini məcburi köçkün kimi respublikamızın 62 rayonunda məskunlaşmışdır. Məcburi köçkünlərin ən böyük arzuları doğma yurd-yuvalarına qayıtmaqdır. Qeyd olunmuşdur ki, Azərbaycan dövləti öz imkanları hesabına qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirmişdir. Təkcə Ağdamda məcburi köçkünlər üçün 17 qəsəbə salınmışdır. Hazırda rayon ərazisində 90 min əhali yaşayır ki, onun 55 mini məcburi köçkündür. Z.Qasımov BMT Təhlükəsizlik Şurasının Azərbaycanla bağlı qəbul etdiyi dörd qətnaməsinin hələ də kağız üzərində qalmasını xatırladaraq beynəlxalq təşkilatlardan ədalətin təmin olunmasını istəmişdir. Səmimi qəbula görə təşəkkürünü bildirən qonaqlar ATƏT-in Minsk qrupunun indiyədək Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı heç bir iş görə bilməməsindən təəssüfləndiklərini bildirmişlər. Avropa Parlamentinin üzvlərinə Ağdamın işğaldan əvvəlki və sonrakı görüntülərini əks etdirən “Qafqaz Xirosiması” filmi təqdim olunmuş, fotoalbom və filmin diski verilmişdir. Sonra Avropa Parlamentinin üzvləri 2010-cu ilin noyabrında Quzanlı qəsəbəsi ərazisində məcburi köçkünlərin istifadəsinə verilmiş 689 mənzilli qəsəbədəki 18 nömrəli məktəbə gəlmişlər. Ağdam Rayon Təhsil Şöbəsinin müdiri Elmira Şükürova qeyd etmişdir ki, 480 şagirdin təhsil aldığı məktəbdə tədrisin yüksək səviyyədə təşkili üçün dövlət tərəfindən lazımi şərait yaradılmışdır. Avropa Parlamentinin üzvləri jurnalistlərə müsahibəsində Dağlıq Qarabağ probleminin tezliklə ədalətli həllinin tərəfdarı olduqlarını bildirmişlər. Qeyd etmişlər ki, münaqişə, məcburi köçkünlərin problemləri haqqında Avropada az məlumatlıdırlar. Bizim də səfərimizin məqsədi məcburi köçkünlərin problemləri haqqında daha ətraflı məlumatlanmaqdır.
27 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
27 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
18 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Nəzakət Teymurova: O torpaqda yenidən yeni həyat qurmaq lazımdır
18 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
18 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
15 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
15 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
13 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Əlaqələndirmə Qərargahının növbəti iclası keçirilib
12 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Tahir İmanov: İstənilən şəhəri, istənilən kəndi gözəlləşdirən onun doğma sakinləridir
07 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Firəngiz Mütəllimova: Şuşada böyük məmnuniyyətlə gedib yaşayacam
07 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Sosial medianın dövlət qurumları üçün əhəmiyyətinə dair təlim keçirilib
28 Fevral, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Laçın rayonuna çatıb
28 Fevral, 2024 / Mətbuat xidmətinin məlumatı Laçın rayonuna növbəti köç karvanı yola salınıb
27 Fevral, 2024 / Mətbuat xidmətinin məlumatı Əbədi məskunlaşmanın ünvanı: Qarabağ və Şərqi Zəngəzur
26 Fevral, 2024 / Mətbuat xidmətinin məlumatı Dövlət Komitəsinin kollektivi “Ana harayı” abidəsini ziyarət edib
22 Fevral, 2024 / Mətbuat xidmətinin məlumatı Müvəqqəti yaşayış yerlərindən daimi məskunlaşmaya
19 Fevral, 2024 / Mətbuat xidmətinin məlumatı Emin Musavi: Qonşularımız bizim uşaqlığımızı əlimizdən alıb
13 Fevral, 2024 / Mətbuat xidmətinin məlumatı Ehtiram Hüseynov: “Laçında, oradan çıxdığımız yaşdan, yeni həyata başlayacağıq”
06 Fevral, 2024 / Mətbuat xidmətinin məlumatı Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
05 Fevral, 2024 / Mətbuat xidmətinin məlumatı Fəxrəddin Manafov: Ruhumuz hər zaman Vətənimizdə idi