"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 361
Dövlət Komitəsinin sədr müavini diplomatlara mühazirə deyib
Mətbuat xidmətinin məlumatı 23 Oktyabr, 2021

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini Fuad Hüseynov Xarici İşlər Nazirliyi və ölkəmizin xaricdəki diplomatik nümayəndəliklərində çalışan orta və yüksək rütbəli diplomatlar, həmçinin digər dövlət qurumlarında çalışan dövlət qulluqçuları da daxil olmaqla, 80-ə yaxın iştirakçı üçün mühazirə deyib.

 

Tədbir ADA universiteti və Xarici İşlər Nazirliyinin birgə təşəbbüsü ilə keçirilib.

 

Fuad Hüseynov “Münaqişənin təhlili: İkinci Qarabağ müharibəsi” mövzusunda keçirilən tədbirdə “Uzun müddətli məcburi köçkünlük və həsrətlə gözlənilən Qayıdış” mövzusunda çıxış edib.

 

Diplomatlara Ermənistanın işğalçılıq və deportasiya siyasəti, bunun nəticəsində Azərbaycanda məcburi köçürülməyə məruz qalmış 1 milyondan çox insan haqqında məlumat verilib.

 

Diqqətə çatdırılıb ki, 2020-ci ilin sentyabr ayında Ermənistanın növbəti təxribatına cavab olaraq Azəraycan ordusu əks-hücum əməliyyatına başlayıb. 44 günlük Vətən Müharibəsində qazanılan qələbə təxminən 30 ildir davam edən bu münaqişənin həlli istiqamətində son nöqtəni qoyub. Bu qələbə nəinki ərazi bütövlüyümüz və suverenliyimizi bərpa edib, eyni zamanda yüz minlərlə həmvətənimizin öz doğma yurduna qayıdışı üçün zəmin yaratmış olub. Azərbaycanda artıq Dağlıq Qarabağ adlı siyasi və coğrafi ad mövcud deyil. Prezident İlham Əliyevin imzaladığı Fərmanla Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları yaradılıb. Hazırda Azərbaycan dövləti qarşısında işğaldan azad olunmuş ərazilərin bərpasını, dayanıqlı inkişafını və məcburi köçkünlərin daimi yaşayış yerlərinə qayıdış və reinteqrasiyasını təmin etmək kimi şərəfli vəzifə durur. Ölkəmizin iqtisadi inkişafına dair əsas məsələlər “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də öz əksini tapıb.

 

Hazırda işğaldan azad edilmiş ərazilərdə təhlükəsizlik tədbirləri görüldüyü, infrastruktur layihələri icra edildiyi bildirilib, “ağıllı kənd”, “ağıllı şəhər” layihələrinə üstünlük veriləcəyi haqqında məlumat verilib. Eyni zamanda nəzərə çatdırılıb ki, Ermənistan 30 ilə yaxın müddətdə işğalda saxladığı Azərbaycan torpaqlarının geniş miqyasını, hətta hərbi təyinatı olmayan torpaqları da minalayıb. İndiyədək Ermənistan minalanmış xəritələri tam olaraq təhvil verməkdən imtina etməklə, fundamental insan haqlarını, xüsusilə insanların yaşamaq hüququnu kobud şəkildə pozur.

 

Bildirilib ki, Azərbaycan dövləti post münaqişə bərpası, reinteqrasiyası və keçmiş məcburi köçkünlərin qayıdışı ilə bağlı yeni dünyəvi model təqdim edəcək. İşğaldan azad olunmuş ərazilər cənnətə çevriləcək. Yenidənqurma zamanı beynəlxalq təşkilatların dəstəyi bizim üçün mühüm əhəmiyyət kəsb edir.

 

Azərbaycanın ərazi bütövlüyünün bərpası və "Böyük Qayıdış” proqramının tam olaraq icra edilməsi dövlətimizin qarşısında duran mühüm vəzifədir. Beləliklə məcburi köçkünlərin öz doğma yurdlarına ləyaqətli, könüllü və təhlükəsiz şəkildə beynəlxalq hüquqda təsbit olunmuş qayıtmaq hüququ təmin ediləcək.

 

Daha sonra təlim iştirakçılarının çoxsaylı sualları cavablandırılıb.

10 May, 2022 / Mətbuat xidmətinin məlumatı Dövlət Komitəsi ümummilli lider Heydər Əliyevin ad günü ilə bağlı videoreportaj hazırlayıb
04 May, 2022 / Mətbuat xidmətinin məlumatı Məcburi köçkünlər doğma yurda qayıdışla bağlı fikirlərini bölüşür
27 Aprel, 2022 / Mətbuat xidmətinin məlumatı Dövlət Komitəsi Dünya bankı ilə əməkdaşlığı davam etdirir
25 Aprel, 2022 / Mətbuat xidmətinin məlumatı Doğma yurda səfərlər şəhid ailələri üçün böyük təskinlikdir
22 Aprel, 2022 / Mətbuat xidmətinin məlumatı Müəllimlər üçün mina təhlükəsinə dair təlim keçiriləcək
21 Aprel, 2022 / Mətbuat xidmətinin məlumatı Məcburi köçkünlər doğma yurda qayıdışla bağlı fikirlərini bölüşür
19 Aprel, 2022 / Mətbuat xidmətinin məlumatı Məcburi köçkün gənclər doğma yurda qayıdışla bağlı fikirlərini bölüşüb
18 Aprel, 2022 / Mətbuat xidmətinin məlumatı Dövlət Komitəsi Başlıbel qətliam ilə əlaqədar videomaterial və infoqrafika hazırlayıb
15 Aprel, 2022 / Mətbuat xidmətinin məlumatı Dövlət Komitəsinin əməkdaşları üçün təlim keçiriləcək
13 Aprel, 2022 / Mətbuat xidmətinin məlumatı Məcburi köçkün gənclər doğma yurda qayıdışla bağlı fikirlərini bölüşüb
11 Aprel, 2022 / Mətbuat xidmətinin məlumatı Məcburi köçkün qadınlar üçün peşə təlimləri keçiriləcək
08 Aprel, 2022 / Mətbuat xidmətinin məlumatı Kəlbəcər rayonunun Ağdaban kəndində törədilən qətliamdan 30 il ötür
07 Aprel, 2022 / Mətbuat xidmətinin məlumatı Məcburi köçkünlər üçün “Maliyyə savadlılığının artırılması” mövzusunda təlim keçiriləcək
04 Aprel, 2022 / Mətbuat xidmətinin məlumatı Dövlət Komitəsinin sədri Biləsuvarda vətəndaşları qəbul edəcək
30 Mart, 2022 / Mətbuat xidmətinin məlumatı Dövlət Komitəsində vətəndaşların qəbulu keçirilib
29 Mart, 2022 / Mətbuat xidmətinin məlumatı İş yoldaşımızın xatirəsi
03 Mart, 2022 / Mətbuat xidmətinin məlumatı Baş nazir və Əlaqələndirmə Qərargahının üzvləri azad edilmiş ərazilərdə səfərdə olub
17 Fevral, 2022 / Mətbuat xidmətinin məlumatı Qaradağlı faciəsi qurbanlarının xatirəsi anılıb
17 Fevral, 2022 / Mətbuat xidmətinin məlumatı Qaradağlı faciəsindən 30 il ötür
02 Fevral, 2022 / Mətbuat xidmətinin məlumatı Dövlət Komitəsinin Sədri Rövşən Rzayevin 2 Fevral – Gənclər Günü münasibəti ilə təbriki