"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 855
Dövlət Komitəsində görüş olub
Görüşlər 08 Oktyabr, 2021

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində kikboksinq üzrə Bakı şəhər birinciliyində qalib olan məcburi köçkün yeniyetmələrlə görüş keçirilib.

 

Prezident İlham Əliyevin gənc nəslin sağlam böyüməsinə, bədən tərbiyəsi və idmanla müntəzəm məşğul olması üçün şərait yaradılmasına böyük diqqət və qayğı göstərdiyi bildirilib. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın bu sahədə təşəbbüslərinin ölkəmizdə idmanın kütləviliyinin artırılmasında mühüm rol oynadığı  qeyd edilib.

 

Bildirilib ki, məcburi köçkünlərin müvəqqəti məskunlaşdıqları qəsəbələrdə və yaşayış komplekslərində müxtəlif idman növləri üzrə bölmələr fəaliyyət göstərir ki, bunlar da, xüsusən, uşaqların və yeniyetmələrin mənəvi-əxlaqi və fiziki sağlamlığı üçün mühüm əhəmiyyət daşıyır. 

 

Kikboksinq üzrə Bakı şəhər birinciliyində mükafata layiq yerlər tutan məcburi köçkün yeniyetmələrə yarışdakı uğurlarına, idmanı və sağlam həyat tərzini təbliğ etdiklərinə görə Dövlət Komitəsinin təşəkkür plaketi təqdim olunub.

 

Görüşdə, məcburi köçkün yeniyetmələrin məşqçiləri, valideynlər və Dövlət Komitəsinin Vətən müharibəsində iştirak edən əməkdaşları iştirak ediblər.

 

Xatırladaq ki, məcburi köçkün yeniyetmələr arasında sağlam həyat tərzinin təbliği və onların idmana cəlb edilməsi istiqamətində Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) dəstəyi ilə 2019-cu ildə məcburi köçkün yeniyetmə və gənclər arasında futzal turniri təşkil edib.

 

Sonda Dövlət Komitəsinin vətən müharibəsində iştirak edən əməkdaşları ilə birgə xatirə şəkli çəkdirilib.

16 Aprel, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
09 Aprel, 2024 / Görüşlər Dövlət Komitəsində BMT QAK-ın nümayəndələri ilə görüş keçirilib
09 Aprel, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
02 Aprel, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
19 Mart, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
18 Mart, 2024 / Görüşlər Dövlət Komitəsinin sədri Siyəzəndə vətəndaşları qəbul edib
15 Mart, 2024 / Görüşlər Dövlət Komitəsində BMqT nümayəndələri ilə görüş keçirildi
13 Mart, 2024 / Görüşlər Dövlət Komitəsinin dəstəyi ilə həyata keçirilən layihənin təqdimatı keçirilib
12 Mart, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
05 Mart, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
04 Mart, 2024 / Görüşlər İctimai Şura üzvlərinin Böyük Qayıdış prosesində aktivliyi artırılacaq
01 Mart, 2024 / Görüşlər Dövlət Komitəsində almaniyalı deputatlarla görüş keçirilib
27 Fevral, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
21 Fevral, 2024 / Görüşlər Dövlət Komitəsinin sədri Ağdaşda vətəndaşları qəbul edib
20 Fevral, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
14 Fevral, 2024 / Görüşlər Dünya Bankı nümayəndələri ilə görüş keçirilib
13 Fevral, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
08 Fevral, 2024 / Görüşlər Dövlət Komitəsinin sədri bir qrup mərakeşli jurnalistlə görüşüb
30 Yanvar, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
23 Yanvar, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib