"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 808
Dövlət Komitəsində BMT-nin Azərbaycandakı nümayəndəliyinə yeni təyin olunmuş rezident əlaqələndirici ilə görüş olub
Görüşlər 30 Sentyabr, 2021

Sentyabrın 30-da Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev BMT-nin Azərbaycandakı nümayəndəliyinin yeni təyin olunmuş rəhbəri, rezident əlaqələndirici xanım Vladanka Andreyeva ilə görüşüb.

 

Vladanka Andreyevanı ölkəmizdə yeni və vacib vəzifədə fəaliyyətə başlaması münasibətilə təbrik edən Dövlət Komitəsinin sədri ona işlərində uğurlar arzulayıb.

 

Məlumat verilib ki, Prezident İlham Əliyev məcburi köçkünlərin problemlərinin həllini sosial siyasətin prioritet istiqamətlərindən biri kimi müəyyən edib. Məcburi köçkünlərin təhsil, sağlamlıq problemlərinin həllinə Birinci vitse-prezident xanım Mehriban Əliyeva da xüsusi diqqət və qayğı göstərir, bu sahədə mühüm işlər görür. Həmçinin qeyd edilib ki, Ermənistanla Azərbaycan arasındakı keçmiş münaqişənin ilk illərində ümummilli lider Heydər Əliyevin müraciəti əsasında beynəlxalq təşkilatların, eləcə də BMT təsisatlarının yardımı nəticəsində ölkəmizdə humanitar fəlakətin qarşısı alınıb.

 

Ölkəmizlə BMT və onun qurumları arasındakı uzun illərə söykənən münasibətlərin uğurlu nəticələrindən danışılarkən birgə əməkdaşlıq sahəsində bundan sonra da səmərəli iş aparılacağına inam ifadə olunub. Bildirilib ki, ötən ilin payızında Ermənistanın işğalına son qoymaqla Azərbaycan həm də BMT-nin məlum qətnamələrini icra edib. Müharibənin başa çatmasından sonra işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işlərindən də ətraflı bəhs olunub. Məcburi köçkünlərin könüllü və təhlükəsiz şəraitdə, ləyaqətlə doğma yurda qayıdışını təmin etmək məqsədi ilə həmin ərazilərin minalardan və partlayıcı qalıqlardan təmizlənməsinin vacibliyi qeyd olunub. Diqqətə çatdırılıb ki, Ermənistanın minalanmış ərazilərin müfəssəl xəritəsini verməkdən imtina etməsi prosesin uzanmasına və insan itkilərinə səbəb olur. Vurğulanıb ki, işğaldan azad edilmiş ərazilərdə müasir infrastruktur qurulacaq, məcburi köçkünlər üçün müvəqqəti məskunlaşdıqları şəhər və rayonlarda olduğundan da gözəl qəsəbələr salınacaq. Qayıdış prosesində beynəlxalq təşkilatlarla əməkdaşlıq, BMT təsisatları ilə birgə fəaliyyət  mühüm əhəmiyyət kəsb edir.

 

BMT-nin rezident əlaqələndiricisi Vladanka Andreyeva səmimi qəbula görə təşəkkürünü bildirib. Qeyd edilib ki, BMT təsisatlarının Dövlət Komitəsi ilə əməkdaşlığı 20 ildən çoxdur davam edir: “İnanırıq ki, əməkdaşlıq bundan sonra da yüksək səviyyədə davam edəcək. İlk təcrübə kimi Kosovada məcburi köçkünlərə işləmişəm. Buna görə də məcburi köçkün problemləri mənə çox tanışdır. Xüsusilə qeyd etmək istərdim ki, Azərbaycanda işğaldan azad olunmuş ərazilərdə görülən işlər insanı valeh edir”.

 

Vladanka Andreyeva  həmçinin bildirib ki, mina xəritələri ilə bağlı məsələlər barədə məlumatlıdır və məsələ BMT Təhlükəsizlik Şurası səviyyəsində qaldırılıb.

 

Sonda repatriasiya və reinteqrasiya məsələləri ilə bağlı fikir mübadiləsi aparılıb.

 

Dövlət Komitəsinin sədri Vladanka Andreyevanı bərpa-quruculuq işləri ilə tanış olmaq üçün işğaldan azad edilmiş ərazilərə səfərə dəvət edib.

19 Mart, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
18 Mart, 2024 / Görüşlər Dövlət Komitəsinin sədri Siyəzəndə vətəndaşları qəbul edib
15 Mart, 2024 / Görüşlər Dövlət Komitəsində BMqT nümayəndələri ilə görüş keçirildi
13 Mart, 2024 / Görüşlər Dövlət Komitəsinin dəstəyi ilə həyata keçirilən layihənin təqdimatı keçirilib
12 Mart, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
05 Mart, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
04 Mart, 2024 / Görüşlər İctimai Şura üzvlərinin Böyük Qayıdış prosesində aktivliyi artırılacaq
01 Mart, 2024 / Görüşlər Dövlət Komitəsində almaniyalı deputatlarla görüş keçirilib
27 Fevral, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
21 Fevral, 2024 / Görüşlər Dövlət Komitəsinin sədri Ağdaşda vətəndaşları qəbul edib
20 Fevral, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
14 Fevral, 2024 / Görüşlər Dünya Bankı nümayəndələri ilə görüş keçirilib
13 Fevral, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
08 Fevral, 2024 / Görüşlər Dövlət Komitəsinin sədri bir qrup mərakeşli jurnalistlə görüşüb
30 Yanvar, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
23 Yanvar, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
23 Yanvar, 2024 / Görüşlər Dövlət Komitəsində Asiya İnkişaf Bankının nümayəndələri ilə görüş keçirilib
18 Yanvar, 2024 / Görüşlər Dövlət Komitəsinin sədri Şəmkirdə vətəndaşları qəbul edib
18 Yanvar, 2024 / Görüşlər Dövlət Komitəsində xarici qonaqlarla görüş keçirilib
16 Yanvar, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib