"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 698
Dövlət Komitəsində İsveç Krallığında fəaliyyət göstərən bir qrup jurnalistlə görüş keçirilib
Görüşlər 20 Sentyabr, 2021

Sentyabrın 20-də Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev ölkəmizdə səfərdə olan İsveç Krallığında fəaliyyət göstərən jurnalistlər Tomas Vederus, Sofiya Rordam, Mikael Strandberq və  Kristian Petersonla (jurnalist) görüşüb.

 

Ölkəmizdə qaçqın və məcburi köçkünlərlə iş sahəsində həyata keçirilən dövlət siyasəti barədə qonaqlara ətraflı məlumat verilib. Təcavüzkar və işğalçı Ermənistanın bir milyona yaxın azərbaycanlını öz tarixi yaşayış yerlərindən didərgin saldığı, bu zaman çoxsaylı hərbi cinayətlər törətdiyi, otuz ilə yaxın bir müddətdə xalqımıza çox böyük maddi-mənəvi zərər vurduğu qeyd edilib. Bildirilib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə qaçqınların və məcburi köçkünlərin problemlərinin həlli istiqamətində məqsədyönlü iş aparılır. Bu sahədə Birinci vitse-prezident xanım Mehriban Əliyevanın təşəbbüsləri mühüm əhəmiyyət kəsb edir və məcburi köçkünlərdə dərin razılıq hissi doğurur.

 

Qonaqlara torpaqlarımızın işğaldan azad edilməsi, həmin  ərazilərin mövcud vəziyyəti, həyata keçirilən təhlükəsizlik tədbirləri və bərpa-quruculuq işləri barədə də məlumat çatdırılıb. Məcburi köçkünlərin təhlükəsiz şəraitdə, könüllülük əsasında və ləyaqətlə öz torpaqlarına qayıtması üçün dövlət tərəfindən bütün zəruri tədbirlərin davam etdirildiyi qeyd olunub.  

 

İsveçli jurnalistlər ölkəmizin postmünaqişə dövründəki vəziyyəti ilə yaxından tanış olmaq üçün gəldiklərini, səfər çərçivəsində işğaldan azad edilmiş rayonlara gedəcəklərini bildiriblər.

 

Görüşdə qonaqları maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb, onların sualları cavablandırılıb.

16 Aprel, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
09 Aprel, 2024 / Görüşlər Dövlət Komitəsində BMT QAK-ın nümayəndələri ilə görüş keçirilib
09 Aprel, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
02 Aprel, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
19 Mart, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
18 Mart, 2024 / Görüşlər Dövlət Komitəsinin sədri Siyəzəndə vətəndaşları qəbul edib
15 Mart, 2024 / Görüşlər Dövlət Komitəsində BMqT nümayəndələri ilə görüş keçirildi
13 Mart, 2024 / Görüşlər Dövlət Komitəsinin dəstəyi ilə həyata keçirilən layihənin təqdimatı keçirilib
12 Mart, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
05 Mart, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
04 Mart, 2024 / Görüşlər İctimai Şura üzvlərinin Böyük Qayıdış prosesində aktivliyi artırılacaq
01 Mart, 2024 / Görüşlər Dövlət Komitəsində almaniyalı deputatlarla görüş keçirilib
27 Fevral, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
21 Fevral, 2024 / Görüşlər Dövlət Komitəsinin sədri Ağdaşda vətəndaşları qəbul edib
20 Fevral, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
14 Fevral, 2024 / Görüşlər Dünya Bankı nümayəndələri ilə görüş keçirilib
13 Fevral, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
08 Fevral, 2024 / Görüşlər Dövlət Komitəsinin sədri bir qrup mərakeşli jurnalistlə görüşüb
30 Yanvar, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
23 Yanvar, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib