"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 1140
Dövlət Komitəsində israilli jurnalistlərlə görüş keçirilib
Görüşlər 10 Avqust, 2021

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində "Azİz" İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının prezidenti Lev Spivakın rəhbərlik etdiyi nümayəndə heyətinin üzvləri - İsrailin "Ronkino media group"un Marketinq direktoru Aleksandr Qur Arye, "Azİz"in informasiya saytının rəhbəri, siyasi şərhçi Yuriy Boçarov, "Luchsheye radio"nun üzvü, "Sputnik" qəzetinin baş redaktoru Mark Qorin, "Epoxa" regional qəzetinin baş redaktoru Lyudmila Karasova ilə görüş keçirilib.

 

Qonaqları səmimiyyətlə salamlayan Dövlət Komitəsinin sədri Rövşən Rzayev ölkəmizdə qaçqın və məcburi köçkünlərlə iş sahəsində həyata keçirilən dövlət siyasəti barədə onlara ətraflı məlumat verib. Bildirilib ki, Ermənistanın təcavüzkarlığı nəticəsində uzun illər öz yurdundan didərgin düşən bir milyona yaxın azərbaycanlının problemlərinin həllinə xüsusi diqqət göstərilib. Prezident İlham Əliyevin rəhbərliyi ilə bu sahədə məqsədyönlü iş aparılıb, onların yaşayış şəraitinin yaxşılaşdırılması, sosial müdafiəsinin gücləndirilməsi üçün ardıcıl tədbirlər görülüb. Bu sahədə Birinci vitse-prezident xanım Mehriban Əliyevanın təşəbbüsləri mühüm əhəmiyyət kəsb edir və məcburi köçkünlərdə dərin razılıq hissi doğurur.

 

Erməni faşizmi ilə mübarizədə dost İsrail dövlətinin ölkəmizə göstərdiyi mənəvi-siyasi dəstək minnətdarlıqla xatırlanıb. Qonaqlara işğaldan azad edilmiş ərazilərin vəziyyəti, orada həyata keçirilən təhlükəsizlik tədbirləri, bərpa-quruculuq işləri barədə məlumat çatdırılıb. Qeyd olunub ki, dövlətimiz məcburi köçkünlərin təhlükəsiz şəraitdə, könüllülük əsasında və ləyaqətlə öz torpaqlarına qayıtması üçün məqsədyönlü tədbirləri davam etdirir.   

 

İsrailli jurnalistlər səmimi görüşə görə təşəkkür edib, ölkəmizin postmünaqişə dövründəki vəziyyəti ilə yaxından tanış olmaq üçün gəldiklərini, səfər çərçivəsində işğaldan azad edilmiş rayonlara gedəcəklərini, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasına çalışacaqlarını bildiriblər.

 

Görüşdə qonaqları maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb, onların sualları cavablandırılıb.

25 Aprel, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
22 Aprel, 2024 / Görüşlər Dövlət Komitəsinin sədri Tərtərdə vətəndaşları qəbul edib
16 Aprel, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
09 Aprel, 2024 / Görüşlər Dövlət Komitəsində BMT QAK-ın nümayəndələri ilə görüş keçirilib
09 Aprel, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
02 Aprel, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
19 Mart, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
18 Mart, 2024 / Görüşlər Dövlət Komitəsinin sədri Siyəzəndə vətəndaşları qəbul edib
15 Mart, 2024 / Görüşlər Dövlət Komitəsində BMqT nümayəndələri ilə görüş keçirildi
13 Mart, 2024 / Görüşlər Dövlət Komitəsinin dəstəyi ilə həyata keçirilən layihənin təqdimatı keçirilib
12 Mart, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
05 Mart, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
04 Mart, 2024 / Görüşlər İctimai Şura üzvlərinin Böyük Qayıdış prosesində aktivliyi artırılacaq
01 Mart, 2024 / Görüşlər Dövlət Komitəsində almaniyalı deputatlarla görüş keçirilib
27 Fevral, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
21 Fevral, 2024 / Görüşlər Dövlət Komitəsinin sədri Ağdaşda vətəndaşları qəbul edib
20 Fevral, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
14 Fevral, 2024 / Görüşlər Dünya Bankı nümayəndələri ilə görüş keçirilib
13 Fevral, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
08 Fevral, 2024 / Görüşlər Dövlət Komitəsinin sədri bir qrup mərakeşli jurnalistlə görüşüb