"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 2097
Baş nazirin müavini cənab Əli Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti Cenevrədə BMT-yə üzv dövlətlərin nazirlər səviyyəsində hökumətlərarası tədbirində iştirak edir
Mətbuat xidmətinin məlumatı 07 Dekabr, 2011
Azərbaycan Respublikası Baş nazirinin müavini cənab Əli Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (QAK) təşkilatçılığı ilə dekabrın 7-də başlamış BMT-yə üzv dövlətlərin nazirlər səviyyəsində hökumətlərarası tədbirində iştirak etmək məqsədi ilə Cenevrə şəhərində səfərdədir. Səfər çərçivəsində dekabrın 6-da Baş nazirin müavini cənab Əli Həsənov BMT-nin qaçqınlar üzrə ali komissarı Antonio Quterreş, BMT-nin Humanitar Məsələlər üzrə Əlaqələndirmə Ofisinin (HMƏO) Cenevrə bölməsinin rəhbəri Rəşid Xalikov və Gürcüstan nümayəndə heyətinin rəhbəri, bu ölkənin işğal edilmiş ərazilərindən olan məcburi köçkünlər, yerləşmə və qaçqınlar naziri Koba Subeliani ilə görüşmüşdür. QAK tərəfindən təşkil edilmiş hökumətlərarası tədbirdə iştirak etmək məqsədi ilə Cenevrə şəhərinə nazir səviyyəsində səfər etmiş 67 dövlətin nümayəndə heyəti arasında BMT-nin qaçqınlar üzrə ali komissarı Antonio Quterreş ilk olaraq Azərbaycan nümayəndə heyətinin rəhbəri cənab Əli Həsənov ilə görüşmüşdür. Görüş zamanı Antonio Quterreş ölkəmizin sözügedən tədbirdə yüksək səviyyədə təmsil olunmasından məmnunluq ifadə etmiş, Azərbaycan dövlətinin qaçqın və məcburi köçkünlərin mənzil-məişət və həyat şəraitinin yaxşılaşdırılması istiqamətində səylərini alqışlamış və onu digər ölkələr üçün nümunə kimi səciyyələndirmişdir. Ali komissar nazirlər səviyyəsində keçirilən bu görüşün Azərbaycanın əldə etdiyi nailiyyətləri bölüşməsi üçün gözəl imkan olaraq qiymətləndirmişdir. Baş nazirin müavini cənab Əli Həsənov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunaraq, BMT Təhlükəsizlik Şurasının münaqişə ilə bağlı qəbul etdiyi dörd məlum qətnaməsinin hələ də yerinə yetirilməməsindən təəssüfləndiyini bildirmiş, Ermənistanın ölkəmizin işğal altındakı ərazilərində qeyri-qanuni məskunlaşdırma siyasəti həyata keçirdiyinə dair məlumat vermiş və bu faktın ATƏT-in Minsk qrupu həmsədrlərinin faktaraşdırıcı missiyası tərəfindən də təsdiqləndiyini həmsöhbətinin diqqətinə çatdırmışdır. Ermənistanın hərbi təcavüzü və Azərbaycan ərazilərinin işğalı nəticəsində qaçqın və məcburi köçkün vəziyyətinə düşən azərbaycanlıların, eləcə də üçüncü ölkədən gələn və qaçqın statusu almaq niyyətində olan şəxslərin vəziyyəti və rifah halının yaxşılaşdırılmasının hər zaman Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin diqqət mərkəzində olduğunu vurğulayan Əli Həsənov, bu istiqamətdə görülmüş işlərə dair Antonio Quterreşi məlumatlandırmışdır. Baş nazirin müavini cənab Əli Həsənov qeyd etmişdir ki, ölkəmizdə olan qaçqın və məcburi köçkünlərin mənzil-məişət və həyat şəraitinin yaxşılaşdırılması istiqamətində irimiqyaslı layihələr həyata keçirilsə də, onların doğma ocaqlarına qayıtması məsələsi Azərbaycan dövlətinin ümdə prioriteti olaraq qalır. Sonra cənab Ə.Həsənov Ali Komissarlığa məcburi köçkün məsələlərinə verdiyi xüsusi önəmə görə təşəkkürünü bildirmişdir. BMT-nin Humanitar Məsələlər üzrə Əlaqələndirmə Ofisinin Cenevrə bölməsinin rəhbəri Rəşid Xalikov ilə keçirilmiş görüşdə nümayəndə heyətinin başçısı cənab Əli Həsənov ölkəmizin Ermənistanın hərbi təcavüzündən əziyyət çəkdiyi ilk illərdə BMT və onun ixtisaslaşmış qurumları tərəfindən Azərbaycana humanitar yardımların göstərilməyəcəyi təqdirdə, humanitar fəlakətin qaçılmaz olduğunu diqqətə çatdıraraq, o zaman beynəlxalq humanitar təşkilatlar tərəfindən göstərilmiş yardımları minnətdarlıq hissi ilə xatırlamış və hazırda uğurlu iqtisadi inkişafın nəticəsində respublikamızın özünün fövqəladə donor ölkəsinə çevrilməkdə olduğunu məmnunluq hissi ilə vurğulamışdır. Rəşid Xalikov öz növbəsində fövqəladə vəziyyətlərin qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində Azərbaycanın zəngin təcrübəyə malik olduğunu, bu biliklərin digər dövlətlər ilə bölüşməyin zəruriliyinə toxunmuşdur. 1996-cı ildə Azərbaycana səfəri çərçivəsində çadır düşərgələrinə səfərini yada salan R.Xalikov, məcburi köçkünlərin vəziyyəti ilə bağlı onda yaranmış acı təəssüratların hələ də onun ürəyində yaşadığını bölüşmüşdür. O, təmsil etdiyi qurumun Azərbaycan ilə əlaqələrin daha da inkişaf etdirilməsində maraqlı olduğunu diqqətə çatdırmışdır. Gürcüstanın işğal edilmiş ərazilərdən olan məcburi köçkünlər, yerləşmə və qaçqınlar naziri Koba Subeliani ilə keçirilmiş görüşdə Azərbaycan nümayəndə heyətinin rəhbəri cənab Əli Həsənov Gürcüstanın Azərbaycan üçün dost və müttəfiq ölkə olduğunu diqqətə çatdırmış və hər iki dövlətin bir-birini dəstəkləməsinin zəruriliyini bildirmişdir. Koba Subeliani gürcü xalqının ümummilli lider Heydər Əliyevin və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Gürcüstana göstərdikləri qayğı və diqqəti yüksək qiymətləndirdiyini qeyd etmiş və Tbilisidə ulu öndərin büstünün açılışını bu hörmət və ehtiramın bariz nümunəsi kimi səciyyələndirmişdir. Sonra cənab Əli Həsənov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və onun nəticəsində ölkəmizdə olan bir milyondan çox qaçqın və məcburi köçkünün vəziyyəti, Azərbaycan Respublikasının Prezident cənab İlham Əliyevin göstərişi ilə qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması məqsədi ilə qəbul olunmuş Dövlət Proqramlarının həyata keçirilməsi haqqında ətraflı məlumat vermişdir. Gürcüstanın nümayəndə heyətinin rəhbəri qaçqın və məcburi köçkünlərin mənzil-məişət şəraiti və sosial durumunun yaxşılaşdırılmasına dair Azərbaycan tərəfinin nailiyyətləri ilə əlaqədar heyrətləndiyini ifadə etmiş və bu təcrübədən yararlanmaq məqsədi ilə ölkəmizə səfər etmək arzusunu ifadə etmişdir. Görüşlərdə Azərbaycan nümayəndə heyətinin üzvləri - Nazirlər Kabineti Aparatının qaçqınların, məcburi köçkünlərin problemləri, miqrasiya və beynəlxalq təşkilatlarla iş şöbəsinin müdiri Qurban Sadıqov, Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun direktoru, Milli Məclisin deputatı Ayaz Orucov və daimi nümayəndəliyin müşaviri Əkrəm Zeynallı iştirak etmişlər. Azərbaycan Respublikası Baş nazirinin müavini cənab Əli Həsənovun rəhbərlik etdiyi nümayəndə heyətinin səfəri davam edir. BMT-yə üzv dövlətlərin nazirlər səviyyəsində hökumətlərarası tədbiri dekabrın 8-də başa çatacaqdır.
25 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Gülməmməd Məmmədov: “Hər bir qayıtmış sakin həyatından çox məmnundur”
23 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuliyə köçənlərə ödənişsiz danışıq üçün sim-kartlar hədiyyə edilib
23 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
22 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
22 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
18 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Aygün Bayramova: “Qarabağı cənnətə çevirəcəyik”
09 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Mənsum İbrahimov: "Qarabağda əbədi yaşayacayıq"
01 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Şamil Süleymanlı: "Böyük Qayıdış başlayıb, evlərimizə qayıdırıq
30 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Laçın rayonuna çatıb
30 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Laçın rayonuna növbəti köç karvanı yola salınıb
29 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
29 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
27 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
27 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
18 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Nəzakət Teymurova: O torpaqda yenidən yeni həyat qurmaq lazımdır
18 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
18 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
15 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
15 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
13 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Əlaqələndirmə Qərargahının növbəti iclası keçirilib