"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 1114
Əfqanıstanlı diplomatlara Böyük Qayıdış haqqında məlumat verilib
Görüşlər 16 İyun, 2021

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov ADA Universitetində Əfqanıstandan olan diplomatlar və dövlət qulluqçuları qarşısında “Uzun müddətli məcburi köçkünlük və həsrətlə gözlənilən Qayıdış” adlı mühazirə ilə çıxış edib. Mühazirə universitetin Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Beynəlxalq İnkişafa Yardım Agentliyi ilə birgə həyata keçirdiyi “Əcnəbi diplomatlar üçün xarici siyasət proqramı” ixtisasartırma kursu çərçivəsində təşkil olunub.

 

Komitə sədrinin müavini diplomatlara Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları, işğal və deportasiya siyasəti, milli-etnik zəmində törətdiyi cinayətlər haqqında ətraflı məlumat verib. Bildirilib ki, 1988-1993-cü illərdə bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb, ağır məhrumiyyətlərlə üzləşib. Azərbaycan dövləti onların sosial problemlərinin həllinə xüsusi diqqət yetirib, bu sahədə həyata keçirilən tədbirlər beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilib. Ulu öndər Heydər Əliyevin bu sahədə müəyyənləşdirdiyi strateji xətti Prezident İlham Əliyev daha da təkmilləşdirərək davam etdirib, qaçqınların və məcburi köçkünlərin sosial müdafiəsini gücləndirib. Birinci vitse-prezident xanım Mehriban Əliyeva məcburi köçkünlərin problemlərinin həllinə daim xüsusi həssaslıq göstərib. İndiyədək qaçqınların və məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün müasir tipli 115 qəsəbə istifadəyə verilib, 300 mindən çox məcburi köçkün yeni mənzillərə köçürülüb.

 

Ötən ilin payızında Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələrinin həyata keçirdiyi əks-həmlə əməliyyatı nəticəsində işğalçı Ermənistan məğlubiyyətə uğrayıb, ölkəmizin ərazi bütövlüyü bərpa olunub, həmçinin məcburi köçkünlərin beynəlxalq qanunvericilikdə təsbit olunmuş qayıdış hüququndan istifadə edərək ata-baba yurdlarına geri dönməsi üçün şərait yaranıb. Bunun üçün təhlükəsizlik tədbirlərinin görüldüyü, ərazilərin minalardan təmizləndiyi, infrastruktur layihələrinin icra edildiyi vurğulanıb. Qarabağda Ermənistanın xarabalığa çevirdiyi ərazilərin bərpası zamanı “ağıllı şəhər”, “ağıllı kənd”, “yaşıl zona” layihələrinin icrasına üstünlük verildiyi qeyd edilib. Bildirilib ki, məcburi köçkünlərin öz yerlərinə könüllülük prinsipi əsasında, ləyaqətlə və təhlükəsiz şəkildə qayıdışı üçün Azərbaycan dövləti bütün zəruri tədbirləri görəcək və dünya ictimaiyyətinə post-münaqişə qayıdışı və reinteqrasiya üzrə dünyəvi model təqdim edəcək.

 

Sonda F.Hüseynov dinləyicilərin mövzu ilə əlaqədar suallarını cavablandırıb.

19 Mart, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
18 Mart, 2024 / Görüşlər Dövlət Komitəsinin sədri Siyəzəndə vətəndaşları qəbul edib
15 Mart, 2024 / Görüşlər Dövlət Komitəsində BMqT nümayəndələri ilə görüş keçirildi
13 Mart, 2024 / Görüşlər Dövlət Komitəsinin dəstəyi ilə həyata keçirilən layihənin təqdimatı keçirilib
12 Mart, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
05 Mart, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
04 Mart, 2024 / Görüşlər İctimai Şura üzvlərinin Böyük Qayıdış prosesində aktivliyi artırılacaq
01 Mart, 2024 / Görüşlər Dövlət Komitəsində almaniyalı deputatlarla görüş keçirilib
27 Fevral, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
21 Fevral, 2024 / Görüşlər Dövlət Komitəsinin sədri Ağdaşda vətəndaşları qəbul edib
20 Fevral, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
14 Fevral, 2024 / Görüşlər Dünya Bankı nümayəndələri ilə görüş keçirilib
13 Fevral, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
08 Fevral, 2024 / Görüşlər Dövlət Komitəsinin sədri bir qrup mərakeşli jurnalistlə görüşüb
30 Yanvar, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
23 Yanvar, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
23 Yanvar, 2024 / Görüşlər Dövlət Komitəsində Asiya İnkişaf Bankının nümayəndələri ilə görüş keçirilib
18 Yanvar, 2024 / Görüşlər Dövlət Komitəsinin sədri Şəmkirdə vətəndaşları qəbul edib
18 Yanvar, 2024 / Görüşlər Dövlət Komitəsində xarici qonaqlarla görüş keçirilib
16 Yanvar, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib