"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 1269
Zəngilanın Ağalı kənd sakinlərinin Qayıdışla bağlı təklifləri öyrənilib
Görüşlər 16 İyun, 2021

İyunun 16-da Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi yanında İctimai Şuranın üzvlərinin Abşeron rayonunun Masazır kəndində məcburi köçkünlərin müvəqqəti məskunlaşdığı yaşayış kompleksində Zəngilan rayonunun Birinci, İkinci və Üçüncü Ağalı kəndlərinin sakinləri ilə görüşü olub.

 

Görüş Böyük Qayıdışa hazırlıq ərəfəsində məcburi köçkünlərlə dialoqu davam etdirmək, köçürülmə strategiyası ilə bağlı fikir mübadiləsi, məlumatlandırma və maarifləndirmə işi aparmaq məqsədilə keçirilib. İşğaldan azad edilmiş ərazilərdə Prezident İlham Əliyevin təşəbbüsü ilə ilk dəfə Zəngilan rayonunun üçüncü Ağalı kəndində icrasına başlanan “ağıllı kənd” layihəsinin xüsusiyyətləri barədə görüş iştirakçılarına ətraflı məlumat verilib. Ən müasir texnologiyaların tətbiq edilməsi ilə yenidən qurulacaq yaşayış məntəqələrinə köçürülmənin könüllülük prinsipi ilə, ləyaqətlə və təhlükəsizlik şəraitində həyata keçiriləcəyi diqqətə çatdırılıb.

 

Ağalılılar “ağıllı kənd” layihəsinin ilk dəfə onların ata-baba yurdunda həyata keçirilməsinə görə fərəh hissi keçirdiklərini və dövlətimizin başçısına minnətdar olduqlarını bildiriblər. Layihə üzrə işlərin gedişi barədə məlumatları maraqla izlədiklərini vurğulayan kənd sakinləri işğaldan azad edilmiş doğma yurd yerlərinin hazırkı vəziyyətini görmək istəklərini İctimai Şura üzvlərinə çatdırıblar. Eyni zamanda yenidən salınan kəndə köçürülmənin təşkili ilə bağlı fikirlərini ifadə edib, bir sıra təkilflər irəli sürüblər. Köçürülmə zamanı əvvəllər kənddə mövcud olan ənənələri nəzərə almağın vacibliyi vurğulanıb. Ağalı kəndindən olan gənclər qayıdışdan sonra məşğulluğun təmin edilməsi məsələsi ilə bağlı rəy və arzularını bildiriblər.

 

İctimai Şuranın sədri Anar Xəlilov səsləndirilən bütün təkliflər əsasında hesabat hazırlanacağını, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə təqdim olunacağını qeyd edib.

 

Görüşdə Zəngilan Rayon İcra Hakimiyyəti başçısının müavini Nizami Mövsumov, Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.

22 Aprel, 2024 / Görüşlər Dövlət Komitəsinin sədri Tərtərdə vətəndaşları qəbul edib
16 Aprel, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
09 Aprel, 2024 / Görüşlər Dövlət Komitəsində BMT QAK-ın nümayəndələri ilə görüş keçirilib
09 Aprel, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
02 Aprel, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
19 Mart, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
18 Mart, 2024 / Görüşlər Dövlət Komitəsinin sədri Siyəzəndə vətəndaşları qəbul edib
15 Mart, 2024 / Görüşlər Dövlət Komitəsində BMqT nümayəndələri ilə görüş keçirildi
13 Mart, 2024 / Görüşlər Dövlət Komitəsinin dəstəyi ilə həyata keçirilən layihənin təqdimatı keçirilib
12 Mart, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
05 Mart, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
04 Mart, 2024 / Görüşlər İctimai Şura üzvlərinin Böyük Qayıdış prosesində aktivliyi artırılacaq
01 Mart, 2024 / Görüşlər Dövlət Komitəsində almaniyalı deputatlarla görüş keçirilib
27 Fevral, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
21 Fevral, 2024 / Görüşlər Dövlət Komitəsinin sədri Ağdaşda vətəndaşları qəbul edib
20 Fevral, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
14 Fevral, 2024 / Görüşlər Dünya Bankı nümayəndələri ilə görüş keçirilib
13 Fevral, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
08 Fevral, 2024 / Görüşlər Dövlət Komitəsinin sədri bir qrup mərakeşli jurnalistlə görüşüb
30 Yanvar, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib