"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 664
Dövlət Komitəsinin sədri Azərbaycanda səfərdə olan Böyük Britaniya nümayəndə heyəti ilə görüşüb
Görüşlər 14 İyun, 2021

İyunun 14-də Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Azərbaycanda səfərdə olan Böyük Britaniya parlamentinin sabiq üzvü və keçmiş nazir müavini Şahid Malikin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

 

Komitə sədri Ermənistanın Azərbaycana qarşı təcavüzü, işğalçılıq, etnik təmizləmə, soyqırımı siyasəti haqqında qonaqlara ətraflı məlumat verib. Qeyd olunub ki, 1988-93-cü illərdə baş vermiş münaqişə nəticəsində bir milyondan çox azərbaycanlı öz yurdunu tərk edərək qaçqın və məcburi köçkün həyatı yaşamağa məcbur olub. Ermənistan otuz ilə yaxın işğal altında saxladığı ərazilərdə Azərbaycanın tarixi-mədəni irsini məhv edib, xalqımızıa ağır maddi-mənəvi zərər vurub, şəhər və kəndlərimizi dağıdıb.

 

Qonaqlara məcburi köçkünlərlə bağlı həyata keçirilən dövlət siyasəti haqqında məlumat verilib. Bildirilib ki, Prezident İlham Əliyev dövlət başçısı seçildikdən sonra qısa müddətdə çadır düşərgələrini ləğv edib, 300 mindən çox məcburi köçkün müasir standartlara cavab verən 115 qəsəbədə yerləşdirilib. Birinci vitse-prezident xanım Mehriban Əliyevanın təşəbbüsü ilə bu işə özəl sektor da cəlb olunub və üç böyük yaşayış kompleksi salınıb. Məcburi köçkünlərin sosial müdafiəsinə xüsusi diqqət yetirilir, onlar vahid aylıq müavinət alır, təhsil, səhiyyə və bir sıra ictimai xidmətlər üzrə güzəştlərdən yararlanır. 

 

Qaçqınlıq və məcburi köçkünlük problem ilə əlaqədar yaranan humanitar fəlakət təhlükəsinin aradan qaldırılmasında Azərbaycana beynəlxalq təşkilatların göstərdiyi dəstək minnətdarlıq hissi ilə xatırlanıb.

 

Ermənistanın davamlı hərbi təxribatlarına cavab olaraq Azərbaycanın ötən ilin payızında əks-həmlə döyüş əməliyyatı keçirdiyi və  44 gün ərzində özünün ərazi bütövlüyünü bərpa etdiyi barədə məlumat verilərkən diqqətə çatdırılıb ki, multikultural dəyərlərə daim sadiq qalan ölkəmizin müxtəlif etnik kökənli vətəndaşları işğalçılara qarşı birlikdə vuruşub, qəhrəmanlıq nümunəsi göstəriblər. Xalqımızın tarixində Vətən müharibəsi kimi yer tutan və Ermənistanın işğal etdiyi ərazilərdən çıxarılması ilə başa çatan hərbi əməliyyatlardan sonra məcburi köçkünlərin öz daimi yaşayış yerlərinə qayıtmasına imkan yaranıb. Bu yaxınlarda aparılan sorğuda onların mütləq əksəriyyəti doğma yurda qayıdacağını bir daha təsdiqləyib. Məcburi köçkünlərin dövlət tərəfindən könüllü, təhlükəsiz və ləyaqətlə qayıdışı təmin ediləcək. Hazırda Azərbaycan dövləti işğaldan azad edilmiş ərazilərdə təhlükəsizlik tədbirləri həyata keçirir. Ermənistanın mina xəritələrini verməkdən uzun müddət imtina etməsi bu sahədə vəziyyəti gərginləşdirib, indiyədək 100-dən çox azərbaycanlı mina partlayışı nəticəsində həyatını itirib. Prezident İlham Əliyevin uzaqgörən siyasəti və diplomatik fəaliyyəti nəticəsində, nəhayət ki, Ermənistan yalnız Ağdam rayonu ərazisində basdırılmış 97 min minanın xəritəsini verib. Azərbaycan ərazilərində mina təhlükəsinin aradan qaldırılmasına Böyük Britaniyanın da dəstək verdiyi qeyd edilib və bölgədə dayanıqlı sülhün bərqərar olması naminə bütün xəritələrin verilməsi üçün Ermənistana beynəlxalq təzyiqin artırılmasının vacibliyi vurğulanıb.

 

Komitə sədri bildirib ki, məcburi köçkünlərin əvvəlki yaşayış yerlərinə qayıdışı dünyada ilk dəfə Azərbaycanda gerçəkləşəcəkdir. Buna görə də bu ilk təcrübədə uğurlu nəticəyə nail olmaq üçün müvafiq dövlət proqramları hazırlanır.

 

Səmimi qəbula görə minnətdarlığını bildirən nümayəndə heyətinin üzvləri - Böyük Britaniya parlamentinin sabiq üzvü və keçmiş nazir müavini Şahid Malik, siyasi təhlilçi Qureyşi Şahid, T-vine nəşrinin təsisçisi və redaktoru Özerim İpek, videojurnalist Kravford Edvard, jurnalist Rov Edvard, tədqiqatçı Reynolds Nikolas Azərbaycana səfərlərindən, ölkəmizdə gördükləri inkişafdan məmnunluqlarını bildiriblər. Qeyd olunub ki, işğaldan azad edilmiş ərazilərdəki dağıntılar insanlarda depressiya yaradır. Həmin ərazilərdə quruculuqla bağlı böyük işlər həyata keçirilir. Azərbaycan bütün dinlərə aid abidələri qoruyub saxlayır, Ermənistan isə məhv edir. Beynəlxalq ictimaiyyətin bunları nəzərə almaması, işğalçı ilə təcavüzə məruz qalanı fərqləndirməməsi təssüf hissi doğurur.

 

Dövlət Komitəsinin sədri görüşdə iştirak edən britaniyalı jurnalistlərin suallarını cavablandırıb.

 

Görüşdə Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığında fövqaladə və səlahiyyətli səfiri Tahir Tağızadə də iştirak edib.

 

Görüşdən sonra nümayəndə heyəti məcburi köçkünlərin müvəqqəti məskunlaşdığı Abşeron rayonunun Masazır qəsəbəsi ərazisindəki yaşayış kompleksindəki vəziyyətlə tanış olub, orada yerləşən məktəbin müəllimləri ilə görüşüb və Tarix Diyarşünaslıq muzeyində olublar.

09 Avqust, 2022 / Görüşlər Dövlət Komitəsinin sədri vətəndaşları qəbul edib
02 Avqust, 2022 / Görüşlər Dövlət Komitəsinin sədri vətəndaşları qəbul edib
19 İyul, 2022 / Görüşlər Dövlət Komitəsinin sədri vətəndaşları qəbul edib
15 İyul, 2022 / Görüşlər Dövlət Komitəsinin sədri Sabirabadda vətəndaşları qəbul edib
04 İyul, 2022 / Görüşlər Alman alimin Şuşanın qədim Azərbaycan şəhəri olduğunu təsdiqləyən kitabının təqdimatı keçirilib
28 İyun, 2022 / Görüşlər Dövlət Komitəsinin sədri vətəndaşları qəbul edib
24 İyun, 2022 / Görüşlər Dövlət Komitəsində BMqT-nin Azərbaycan Nümayəndəliyinin rəhbəri ilə görüş olub
23 İyun, 2022 / Görüşlər Dövlət Komitəsinin sədri BQXK-nın Azərbaycandakı nümayəndəliyinin yeni rəhbəri ilə görüşüb
21 İyun, 2022 / Görüşlər Dövlət Komitəsinin sədri vətəndaşları qəbul edib
18 İyun, 2022 / Görüşlər Dövlət Komitəsində “Mine Mark” fondunun nümayəndələri ilə görüş keçirilib
17 İyun, 2022 / Görüşlər Dünya Bankının nümayəndələri ilə görüş keçirilib
16 İyun, 2022 / Görüşlər Dövlət Komitəsinin sədri Bərdədə vətəndaşları qəbul edib
14 İyun, 2022 / Görüşlər Dövlət Komitəsinin sədri vətəndaşları qəbul edib
07 İyun, 2022 / Görüşlər Dövlət Komitəsində vətəndaşların qəbulu keçirilib
03 İyun, 2022 / Görüşlər Dövlət Komitəsində Kanadadan gəlmiş nümayəndə heyəti ilə görüş keçirilib
02 İyun, 2022 / Görüşlər Dövlət Komitəsi və Mediasiya Şurası arasında memorandum imzalanıb
19 May, 2022 / Görüşlər Dövlət Komitəsinin sədri Mingəçevirdə vətəndaşları qəbul edib
18 May, 2022 / Görüşlər USAİD geri qayıdacaq məcburi köçkünlərlə bağlı layihə icra edəcək
17 May, 2022 / Görüşlər Dövlət Komitəsində vətəndaşların qəbulu keçirilib
10 May, 2022 / Görüşlər Dövlət Komitəsinin sədri vətəndaşları qəbul edib