"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 954
Dövlət Komitəsində Avropa Komissiyasının eksperti ilə görüş keçirilib
Görüşlər 10 İyun, 2021

İyunun 10-da Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov Avropa Komissiyasının Mülki Müdafiə və Humanitar Yardım Əməliyyatları üzrə Direktoratlığının eksperti Nikolas Qovartla görüşüb.

 

Görüşdə Azərbaycanın öz ərazilərini Ermənistanın işğalından azad etməsi, nəticədə məcburi köçkünlərin daimi yaşayış yerlərinə qayıtmaq imkanı qazanması, bunun üçün hazırlıq işlərinə başlanması barədə qonağa məlumat verilib. Prezident İlham Əliyevin bu məsələlərə xüsusi diqqət yetirdiyi, bərpa-quruculuq işlərinin gedişini şəxsən nəzarətdə saxladığı, Birinci vitse-prezident xanım Mehriban Əliyeva ilə birlikdə tez-tez işğaldan azad edilmiş ərazilərdə olduğu bildirilib. Vurğulanıb ki, həmin ərazilərdə “ağıllı kənd”, “ağıllı şəhər” kimi ən müasir layihələr icra ediləcəkdir və bu işlər bir sıra Avropa ölkələri ilə əməkdaşlıq çərçivəsində həyata keçirilir. Bərpa-quruculuq işlərinin sürətləndirilməsi, məcburi köçkünlərin öz doğma yurdlarına təhlükəsiz qayıdışının başlanması üçün ərazilərin minalardan təmizlənməsinin vacibliyi qeyd edilib, Ermənistanın müvafiq xəritələri verməməklə beynəlxalq normaları pozduğu diqqətə çatdırılıb. 

 

Dövlət Komitəsi tərəfindən Azərbaycan Qızıl Aypara Cəmiyyətinin, Beynəlxalq Qızıl Xaç Komitəsinin dəstəyi ilə Ağdamda, Tərtərdə və Füzulidə mina təhlükəsizliyinə dair maarifləndirmə tədbirlərinin keçirildiyi bildirilib.

 

Avropa Komissiyasının Mülki Müdafiə və Humanitar Yardım Əməliyyatları üzrə Direktoratlığının eksperti Nikolas Qovart səmimi görüş üçün təşəkkür edib. O,  Azərbaycan hökumətinin müharibə nəticəsində ziyan dəymiş yerlərin bərpası üçün proaktiv fəaliyyət göstərdiyini qeyd edib. Eyni zamanda, hərbi münaqişədən əziyyət çəkmiş insanlara yardım göstərilməsi üçün Avropa İttifaqı tərəfindən vəsait ayrıldığını bildirib. Nikolas Qovart mina təhlükəsizliyinə dair maarifləndirmə tədbirlərinin davam etdirilməsinin əhəmiyyətini vurğulayıb.

 

Avropa İttifaqına məcburi köçkünlərə dəstək məqsədi ilə keçirilən layihələrinə görə təşəkkür edilib. Dövlət Komitəsi tərəfindən növbəti layihələrin icrası üçün zəruri dəstəyin göstəriləcəyi nəzərə çatdırılıb.

19 Mart, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
18 Mart, 2024 / Görüşlər Dövlət Komitəsinin sədri Siyəzəndə vətəndaşları qəbul edib
15 Mart, 2024 / Görüşlər Dövlət Komitəsində BMqT nümayəndələri ilə görüş keçirildi
13 Mart, 2024 / Görüşlər Dövlət Komitəsinin dəstəyi ilə həyata keçirilən layihənin təqdimatı keçirilib
12 Mart, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
05 Mart, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
04 Mart, 2024 / Görüşlər İctimai Şura üzvlərinin Böyük Qayıdış prosesində aktivliyi artırılacaq
01 Mart, 2024 / Görüşlər Dövlət Komitəsində almaniyalı deputatlarla görüş keçirilib
27 Fevral, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
21 Fevral, 2024 / Görüşlər Dövlət Komitəsinin sədri Ağdaşda vətəndaşları qəbul edib
20 Fevral, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
14 Fevral, 2024 / Görüşlər Dünya Bankı nümayəndələri ilə görüş keçirilib
13 Fevral, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
08 Fevral, 2024 / Görüşlər Dövlət Komitəsinin sədri bir qrup mərakeşli jurnalistlə görüşüb
30 Yanvar, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
23 Yanvar, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
23 Yanvar, 2024 / Görüşlər Dövlət Komitəsində Asiya İnkişaf Bankının nümayəndələri ilə görüş keçirilib
18 Yanvar, 2024 / Görüşlər Dövlət Komitəsinin sədri Şəmkirdə vətəndaşları qəbul edib
18 Yanvar, 2024 / Görüşlər Dövlət Komitəsində xarici qonaqlarla görüş keçirilib
16 Yanvar, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib