"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 1213
Məcburi köçkünlərin mütləq əksəriyyəti öz daimi yaşayış yerlərinə qayıtmaq niyyətindədir
Görüşlər 09 İyun, 2021

Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev ölkəmizdə səfərdə olan Latviya Respublikası Seyminin Azərbaycan parlamenti ilə əməkdaşlığın təşviqi qrupunun rəhbəri Roman Naudinşin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

 

Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə qaçqın və məcburi köçkünlərlə iş sahəsində həyata keçirilən dövlət siyasətinin əsas istiqamətləri haqqında qonaqlara məlumat verən Dövlət Komitəsinin sədri onların sosial problemlərinin həllinə daim xüsusi diqqət yetirildiyini, mənzil-məişət şəraitinin yaxşılaşdırılması, məşğulluq imkanlarının artırılması üzrə zəruri tədbirlərin davam etdirildiyini bildirib. Bu məsələlərə Birinci vitse-prezident xanım Mehriban Əliyevanın da həssas və qayğıkeş münasibət göstərdiyi vurğulanıb.

 

Azərbaycanın ötən il işğalçı Ermənistana qarşı apardığı 44 günlük Vətən müharibəsi nəticəsində öz ərazi bütövlüyünü bərpa etdiyi, 30 illik münaqişəni başa çatdırdığı qeyd olunub. Hazırda işğaldan azad edilmiş ərazilərin minalardan və partlayıcı qalıqlardan təmizlənməsi işləri aparılır, dağıdılımış şəhər və kəndlərin bərpasına, infrastrukturun yaradılmasına başlanılır. Bu zaman “ağıllı kənd”, “ağıllı şəhər” layihələrinə üstünlük verilməsi qərara alınıb. Doğma yurdundan ayrı düşmüş məcburi köçkünlərin mütləq əksəriyyəti öz daimi yaşayış yerlərinə qayıtmaq niyyətindədir. Könüllülük prinsipi ilə həyata keçiriləcək qayıdış prosesi həmin ərazilərdə təhlükəsizlik və layiqli həyat şəraiti təmin edildikdən sonra başlanacaq.

 

Minalanmış ərazilərin xəritəsinin verilməsi üçün Ermənistana təzyiq göstərilməsi ilə bağlı müraciət edildi. Bildirildi ki, xəritənin ölkəmizə verməkdən imtina edilməsi qayıdış prosesinin uzanmasına, eyni zamanda, həmin ərazilərdə xidməti vəzifəsini yerinə yetirən, işləyən vətəndaşların, o cümlədən doğma yurduna qayıtmağa tələsən bəzi məcburi köçkünlərin həyatlarını itirməsinə səbəb olur. Bildirilib ki, iki nəfər jurnalist və bir nəfər dövlət qulluqçusu bir neçə gün öncə Kəlbəcər rayonu ərazisində öz xidməti vəzifələrini icra edərkən vaxtilə erməni tərəfinin yerləşdirdiyi minanın partlaması nəticəsində həlak olublar. Onların hər üçünün Ermənistanın etnik ayrı-seçkilik və işğalçılıq siyasəti nəticəsində öz yurdunu tərk etmiş ailələrin övladları olduğu diqqətə çatdırılıb.

 

Qonaqlar səmimi qəbula görə təşəkkür ediblər. Latviya Respublikası Seyminin Azərbaycan parlamenti ilə əməkdaşlığın təşviqi qrupunun rəhbəri Roman Naudinş ata yurdu Azərbaycanda olmaqdan məmnunluq ifadə edib. Bildirib ki, Latviya hər zaman Azərbaycana dəstəyini nümayiş etdirib.

 

Daha sonra məcburi köçkünlərin məşğulluq, mənzil-məişət şəraitinin yaxşılaşdırılması kimi sahələrdə əməkdaşlıq imkanları ilə bağlı fikir mübadiləsi aparılıb.

16 Aprel, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
09 Aprel, 2024 / Görüşlər Dövlət Komitəsində BMT QAK-ın nümayəndələri ilə görüş keçirilib
09 Aprel, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
02 Aprel, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
19 Mart, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
18 Mart, 2024 / Görüşlər Dövlət Komitəsinin sədri Siyəzəndə vətəndaşları qəbul edib
15 Mart, 2024 / Görüşlər Dövlət Komitəsində BMqT nümayəndələri ilə görüş keçirildi
13 Mart, 2024 / Görüşlər Dövlət Komitəsinin dəstəyi ilə həyata keçirilən layihənin təqdimatı keçirilib
12 Mart, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
05 Mart, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
04 Mart, 2024 / Görüşlər İctimai Şura üzvlərinin Böyük Qayıdış prosesində aktivliyi artırılacaq
01 Mart, 2024 / Görüşlər Dövlət Komitəsində almaniyalı deputatlarla görüş keçirilib
27 Fevral, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
21 Fevral, 2024 / Görüşlər Dövlət Komitəsinin sədri Ağdaşda vətəndaşları qəbul edib
20 Fevral, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
14 Fevral, 2024 / Görüşlər Dünya Bankı nümayəndələri ilə görüş keçirilib
13 Fevral, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
08 Fevral, 2024 / Görüşlər Dövlət Komitəsinin sədri bir qrup mərakeşli jurnalistlə görüşüb
30 Yanvar, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
23 Yanvar, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib