"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 993
İvo Vayql: Dağlıq Qarabağ probleminin həlli beynəlxalq siyasətin prioritetinə çevrilməlidir
Mətbuat xidmətinin məlumatı 29 Noyabr, 2011
«Bütün dünya Ermənistanın Azərbaycan torpaqlarını işğal etdiyini bilir» Baş nazirin müavini – Dövlətqaçqınkomun sədri cənab Əli Həsənov 2011-ci il 29 noyabr tarixdə ölkəmizdə səfərdə olan Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsinin üzvü İvo Vayqlı qəbul etmişdir. Qarşılıqlı fikir mübadiləsi şəraitində keçən görüşdə Avropa Parlamenti deputatının ölkəmizə səfər proqramı çərçivəsində bir gün əvvəl məcburi köçkünlərin həyat şəraiti ilə tanış olmaq məqsədilə Ağdam rayonu ərazisində yeni salınmış qəsəbəyə səfərini, burada məcburi köçkünlərlə keçirdiyi görüşü, həmçinin problemin həllində Azərbaycanın haqq işi ilə bağlı söylədiyi fikirləri yüksək dəyərləndirən Ə.Həsənov qonağın diqqətinə çatdırmışdır ki, bu gün Azərbaycanın ən böyük problemi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsidir. Qonağın geniş diplomatik təcrübəyə malik olduğunu bir daha diqqətə çatdıran Baş nazirin müavini onu da bildirmişdir ki, bu problem təkcə Azərbaycana deyil, bütün regiona təhlükədir. Münaqişə, onun yaranma səbəbləri və bu günkü reallıqlar, eləcə də münaqişənin həllində yaranmış problemlərlə bağlı qonağa ətraflı məlumat verən Ə.Həsənov münaqişənin beynəlxalq ictimaiyyətin də diqqət mərkəzində olduğunu, lakin bütün bunlara baxmayaraq Azərbaycan torpaqlarının hələ də işğal altında qaldığını və qonağın da bütün bunlardan məlumatlı olduğunu diqqətə çatdıraraq bildirmişdir ki, bu məsələ ilə bağlı olduqca güclü hüquqi baza vardır, işğalçı qoşunların işğal olunmuş ərazilərdən qeyd-şərtsiz çıxarılmasını tələb edən qətnamələrin olmasına baxmayaraq bunlar yerinə yetirilmir. Bu səbəbdən də belə ədalətsizlik təkcə Azərbaycanın deyil, bütün regionun təhlükəsizliyinə və sabitliyinə böyük həmlədir, təhlükədir. Qonağı maraqlandıran məsələlərlə bağlı fikir mübadiləsi aparılan görüşdə Sloveniyadan olan İvo Vayql Dağlıq Qarabağ münaqişəsi, ATƏT-in Minsk qrupunun fəaliyyəti ilə yaxından tanış olduğunu, təmsil etdiyi qurumda münaqişənin həlli ilə bağlı Azərbaycanın haqq işinin qalib gəlməsi üçün bacarıq və səylərini əsirgəməməyə çalışdığını önə çəkərək həmçinin qeyd etmişdir ki, bu problem artıq diplomatlar tərəfindən həll ediləsi problem deyil. Bu baxımdan Avropa İttifaqının da münaqişənin həllində vasitəçilik missiyasını yerinə yetirən ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri olmasının vacibliyini onunla əlaqələndirmişdir ki, belə olduğu halda daha çox və effektli tədbirlər həyata keçirmək mümkündür: «Dağlıq Qarabağ probleminin həlli beynəlxalq siyasətin prioritetinə çevrilməlidir. Bu münaqişə nəticəsində doğma torpaqlarından didərgin düşmüş məcburi köçkünlər üçün Azərbaycan hökumətinin gördüyü işləri yüksək dəyərləndirən qonaq onu maraqlandıran məsələlərlə bağlı ətraflı məlumata görə minnətdarlığını bildirmiş, Azərbaycana səfəri, məcburi köçkünlərlə görüşü, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və problemin həlli yolları ilə bağlı ətraflı məqalə hazırlayacağını da vəd etmişdir.
29 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
27 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
27 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
18 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Nəzakət Teymurova: O torpaqda yenidən yeni həyat qurmaq lazımdır
18 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
18 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
15 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
15 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
13 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Əlaqələndirmə Qərargahının növbəti iclası keçirilib
12 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Tahir İmanov: İstənilən şəhəri, istənilən kəndi gözəlləşdirən onun doğma sakinləridir
07 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Firəngiz Mütəllimova: Şuşada böyük məmnuniyyətlə gedib yaşayacam
07 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Sosial medianın dövlət qurumları üçün əhəmiyyətinə dair təlim keçirilib
28 Fevral, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Laçın rayonuna çatıb
28 Fevral, 2024 / Mətbuat xidmətinin məlumatı Laçın rayonuna növbəti köç karvanı yola salınıb
27 Fevral, 2024 / Mətbuat xidmətinin məlumatı Əbədi məskunlaşmanın ünvanı: Qarabağ və Şərqi Zəngəzur
26 Fevral, 2024 / Mətbuat xidmətinin məlumatı Dövlət Komitəsinin kollektivi “Ana harayı” abidəsini ziyarət edib
22 Fevral, 2024 / Mətbuat xidmətinin məlumatı Müvəqqəti yaşayış yerlərindən daimi məskunlaşmaya
19 Fevral, 2024 / Mətbuat xidmətinin məlumatı Emin Musavi: Qonşularımız bizim uşaqlığımızı əlimizdən alıb
13 Fevral, 2024 / Mətbuat xidmətinin məlumatı Ehtiram Hüseynov: “Laçında, oradan çıxdığımız yaşdan, yeni həyata başlayacağıq”
06 Fevral, 2024 / Mətbuat xidmətinin məlumatı Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib